12.27.2012

dek 27

bayaq kolidordan keçəndə gözüm güzgüyə dəydi. özümə baxdım (düzdü ilk dəfə deyil və özaramızdı mən də güzgüləri sevmirəm, bunun söhbətə dəxli yoxdu ona görə mötərizədən çıxıram), çoxdandı gecələr normal yatmıram deyə göz almalarımdakı damarlar gözümə kobud görsəndi. yuxum gəlmir. mənə qəribə gəlməli olduğu halda hələ bunu normal qiymətləndirirəm. yuxusuzluğ deyirlər narahatlıq ya stress olanda olur. Allah axırın yaxşı eləsin..

PS. yazarkən fonda: Sagopa - Düşərsəm Yanaram , EMİNEM - When am Gone

12.24.2012

dek 24 - 02:52

salamlaşmağa və söhbəti həyif o günlərdən`lərə gətirmək istərdim, amma, gərəksiz olduğunu hər dəfə yeni hərfi yazdığca daha da dəstəklədiyimi anladım. keçmişdə indikindən fərqli birşeylər baş verməlidi əlbət. böyümüşəm?
- xeyir böyüməklə əlaqəli deyil məncə.

- axırı nəsə zamanla əlaqəli bir şeydisə zamanla dəyişən nə ola bilər ki, demək istəyirdim ki, birinci cümlədə dəstəkləmək felini niyə underline`la yazdığmı anladım.
- sən qorxağsan onsuz. nə deməy istiyrsən yaxşı keç mətləbə nə bilim söhbətivə!
- söhbətə? aha.. budu ki, bloqun çürümüş postlarını gizlətməy istiyirəm. fikirlər paylaşmağ üçündü deyib yeni yazılar yazmağ istiyirəm.
- vaxtun var?
- 20 dəqiqə ayırmağa nə var...