Showing posts with label tRUPka. Show all posts
Showing posts with label tRUPka. Show all posts

9.04.2011

son 9gün

radion 2`ci sayının işlər demək olar ki, artığ 85%`i hazırdı. jurnalın CD şəklində çıxıb-çıxmamağı haqqda fikir ayrılığı yaranıb. bəlkə pulsuz buraxıldı bu sayı da. hər şey əladı. yəqin ki, bu sayı əvvəlkindən də marağlı olar millət üçün...

14:17

5.06.2011

Siesta

insanlar heç dəyişmiyib.
bunu xasiyyətlə əlaqələndirmək ən düzgün qərardı. çox düzgün yanaşırsan.
bu gün və ya 10 gün sora və ya bir il, 10 il sonra istənilən tanışına yaxınlaşıb. ən primitiv dialoqlar qursan da görərsən ki, o elə sən qoyduğun hamamdı, o köhnə tasdı. ((:
sevgiləri də elə qanad çalır o əvvəlki illərdəki kimi pupdan açılan kəpənək sadəcə 1 günlük..
bunun istedad olduğunu fikirləşirsən. sora dərin ah çəkirsən.
o "ah"ın səbəbi mənə məlumdu. dərd eləmə. düzələr
oturub istirahət eləmək istəyirsən. 10 saatlıq həyatında 1 saat yatmağ.
10 illik həyatıda 1 saat avaraçılığ etmək istəyirsən..
sonra özünə bir gün səhvən güzgüdə baxırsan uşağ vaxtı necə dəcəl idinsə elə indi də dəyişmədiyini görürsən. gülümsəyirsən və heçnə demirsən..

Sponsored P.S: join to Siesta

3.14.2011

fərq var - fv3



onlar hələ də mərhəmət arzulayırlar. hələ də TV`də açılan yalvar-yaxarlar kampaniyalarına bezmədən baxmaq, ürəyi yanmağla məşğul olurlar.
axırda istifadə olunan elə özləri olacağlar.
kloun telekanallarda sevgi dilənçiliyi ilə məşğul olan fahişələri seyr etməkdən bezmirlər.
biqeyrət müğənnilərin, stilistlərin biqeyrət həyatlarını izləyib, təkrarlamağı təzəcə fikirləşənlər və seçənlər. ətrafımız bundan ibarətdir.
TV industriyası indiki, cəmiyyətdən öz övladı kimi razıdı.
bir qırığ kərpicə görə, öz mənliyini, özünü satan insanlar da tanıdığ. sonda isə hamı əməlindən peşimandı.
təzəliycə hamı nədənsə qorxur. uzadan əllər yox, alan əllər kəsilib kimi görsənir. qəribəsi ordadı ki, bu vəziyyətə sevinən insanlarda yağışdan sonrakı ilbizlər kimi görsənir.
bunu da deyim, bu millət "ilbizlə", "iblisi" də dəyişik salır. indi görürəm ki, bəzən fərqin də olmadığı yerlərə rast gəlirik.
hamını qaranlıq otağa salıb, sorğu-sual etsək, mərcə girməyə belə hazıram ki, 100%`i peşaman olar.
peşmançılığ müsəlmanın qanındadı. qanımızda başqa şeylər də var. və bunların hamısı normal sosial həyat sürən insanların həyatına baxanda fərqin var olduğunu qızıl həriflərlə yazıldığı məqamlardır.
biz xəstə adamlara baxanda ağlayan və eyni zamanda göz qamaşdırıcı geyimlərdən ötrü ürəyi gedən canlılarıq.

PS, evində dərman üçün pul tapmıyıb, öz xəstə oğlunun can verməsini izləyən ana ilə, bir mərtəbə aşağıda piyli ərciyindən aldığı pulu xəyalında necə silikonlu dodaqlara çevrilməsini görən eyni yaşlı fahişənin fərqini heç kim bilmir..

Rafit, chester
26.02.2011

6.05.2010

BiD`ə resenziya...


Hisslərin ideal sinfoniyası və qırağdan müşahidəçi kimi digərinə anlatmaq, bu qədərmi gözəl ola bilər?!

5.31.2010

Uğur uğur dalıyca...


Deməli bu ilin Milli kitab mükafatçısı QaraQanın "A" romanı oldu...
hamını təbrik edirəm, HOST`un növbəti uğuru münasibəti ilə...
Gələn il də "Bir Milyon Dollarım Olsaydı" olar birinci yer yəqin ki (;

Milli Kitab Mükafatı 2010 

5.29.2010

Biz İnsan Deyilik


Maska bi dənə albom gəlir...Repin tarixinə öz damğasın vuracaq...
Mən deyərdim sənət əsəri. ya da HOST`un hələki ən dəhşətli layihəsi...
Çox danışmıyağ...
Sabah albom çıxır hamıya məcbur edirəm albomu alsın! yoxsa pis olar ((:
Qısacası böyük gün sabah...

4.24.2010

Ofside & YOL @ RAPFEST [2010]

 
Artıq bildiyiniz kimi may ayının 16`sı Tac.Az və Underground.Az saytlarının dəstəyi ilə ölkədəki gənc reperlərin yarışması keçirilir. Bu yarışmaya OffsideYol qrupları da dəvət alıblar. Ümidvaram ki, öz birliyimiz həmişə olduğu kimi burada da sübut edə biləcəyik. Bunun üçün sadəcə sizin dəstəyinizə ehtiyacımız var. Və 16 May saat 14:00`da Metkarting`də keçiriləcək olan bu yarışmada sizin dəstəyinizi gözləyəcəyik. Biletləri almaq üçün xahiş olunur ki, 050 543 42 49 və 055 579 75 89 nömrələri ilə əlaqə saxlayasınız.