6.05.2010

BiD`ə resenziya...


Hisslərin ideal sinfoniyası və qırağdan müşahidəçi kimi digərinə anlatmaq, bu qədərmi gözəl ola bilər?!

*** * ***

H əyatda təkcə nifrət obyekti olan bəzi şeylər var ki, onları həmişə kölgədə saxlayan tutarlı səbəblər olur və bunları vecinə almırsan.
A ydındır ki, bu səbəbləri bəzən izah etmək çətin olur, bəzənsə izah edə bilmirsən, ya da bəlkə də nə vaxtsa edəcəksən,o anı gözləyirsən.
V ergül qoyub həyatına davam etmək istəyirsən, səni başa düzməzlər deyə öz içindəki dünyada yaşayırsan.
A zad hiss etdiyin yerdə sənə doğma olan sözləri eşidirsən, səni təklikdən ayıran, hisslərinin danışdığını hiss edirsən.
...əllərimizi burax ondansa ürəyimdən yapış.
bütün nifrəti içində boğub ürəyini hamı üçün açırsan elə o onda hamını qarşılıqsız sevirsən.sənə daha heçyerə getməy lazım deyil.sən artıq ürəylərdəsən.
...bəlkə də nə vaxtsa amma bugün yox.
həyatda buraxılmış o anı axtarırsan.o anı ki, sən həmin anda xoşbəxtsən.həmin anda nə problemlər nə pislər nə yaxşılar nə də ki qeyri-biri sənə manə olur.həmin o an yəqinki bugün olacaq ya da yox sabah...
...bizim işimiz sadəcə dinləməkdi.
adi həyat qeyri-adi tərzdə.sadəcə maraqla dinləyirsən.qulaqcıqdan bərk yapışırsan birdən hansısa sözü qaçırarsan.trek puzzle kimi dağılar.
...ürəyimi kimsə döyür deyəsən hisslərimdi.
ağıl notların təzyiqinə tab gətirmir.notlar isə bir-bir beyinə daxil olur beyində həll olunur bütün bədən rahatlanır.gözlər yumulur.başın yavaş yellənir.dodaqlar isə mahnını pıçıldıyır.ürəyinin qapısını açmaq vaxtıdı.
O lmaz deyib içində xəyalların puç olduğunu görürsən və bunu istəmədiyin üçün qarşındakıları tənqid etməyə başlıyırsan.
D urduğun halda birşey etmədiyinin fərqinə varıb, ətrafdakılara baxıb, səni "qoruyanların" səni məhv etdiyini anlayırsan.
...bu yazını oxumaq da dəb xətrinədi.
ətrafdakıların növbəti addımını əzbərdən bilirsən.süniliyi artıq gizlədə bilmirlər.ona görə də birgün bezirsən.dəblə ayaqlaşmaq istəmirsən.
...mən bəlkə hərşeyi verərdim təzədən doğulmaqçün.
səs titrəyir, “hıçqırıq” ürəyini tezləşdirir.niifrətini duymaqçün güzgüdə öz gözlərinə bax.
...bu izahatdı, deyil fəxriyyə.
bəzilərin gözlərini yandıran bəzi məqamlar işıqlandı.işıq əvvəlkidən də gur olduğundan gözləriniz budəfə birdəfəlik kor oldu.bundan sonra əllərinizlə gözünüzü tutunki çirkli ruhunuz görsənməsin.
...mənə doğru göstər sənə göz vurum.
hər bir şeyin nə yerdə olduğunu sizdən yaxşı bilirik.çox ağıl verməkdən ağlınız azaldı.hərəkətlərinizdən,yaxşı əməllərinizdən, savablarınızdan həzz ala bilmədiz.heçbir şey etmədən sizə gözəl dünya lazım idi.onda bax pəncərədən bu da sizə gözəl dünya (;
S evgidə özünü "itirdiyini" başa düşürsən və bunu hamıyla paylaşmaq istəyirsən, cəhd edirsən.
U lduzları yaxından seyr etməkdən çox onun gözlərindən öpmək istəyirsən, uzağlaşanda darıxırsan.
...sən ümidsən.
sevgini sözlərnən anlat desələr bəlkədə ilk növbədə bu trekin lyrics`dən istifadə edəcəm.sevgidən də artıq bir ümid.
...mən çağırdım sevərək səni səslədim...
pıçılda ”ümid yoxdu”.son yolun biraz da uzadılması.ya da təkrar getməy arzusu.təkrar təkrarları yaşamaq.qoy bu maraqsız olsun sadəcə bir olaq.sadəcə sənin mənim çağırışıma eşitmək istəyin olsun.
...gülüşümüzü öldürüb bizi böyütsünlər.
darıxmaq hissinin sonsuz uzadılması.sənə danışılası o qədər söhbət.
...olar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlayım..
həyat, şərab və peşmançılıq hissi.özünə təsəllini onda axtarmaq.1 milyon dollarlıq sual.gözün dolub onun qucağını axtarırsan.başqasını onun qucağında görürsən həmdə gülən.
T ərbiyəsiz cəmiyyətin kölgəsindən uzaq edib onu qucaqlamaq istəyirsən.
O nunla birgə olmağa mane olanları məhv etmək, ya da vaxt yoxdu, mane olmağlarını istəmirsən.
R əqib kimi baxıb, zəyif yerlərini tapıb onları yandırmaq üçün səhvlərini üzlərinə vurursan, etdiklərinə sevinirsən, fəxr duyursan.
P isliklərdən uzağ durub onları özləriylə döyüşməyə vadar edirsən, çox vaxt alınır, çox vaxt isə yox.
A lınsa da alınmasa da bu belədir deyib ağızlarından "şillə" vurursan və səhv olduğlarını anladırsan.
Q aydalara qarşı çıxıb, qaydaları qoruyanları qınayırsan hər şey özlərinə buraxırsan, qoy öz başlarını özləri çıxartsınlar bu həyatdan deyib sakitcə qeyb olursan...
...kanallar qoy bu söhbəti çəkməsin insan deyilik mövzusunu efire verməsin!
biz insan deyilik.”yös” məntiqinizi işə salın.sətiraltılar sıra ilə düzülüb.bizim düşəncə tərzimiz fərqli.fərqli deməli insan deyilik.
...dinlə.izlə.sözdə.qələmdə.sözüm əlimdə.
məntiq dibdədi.dayazda üzdüz.güzgünüzə baxıb elə özünüzə güldüz.
bizim üçün əhəmiyyət kəsb etmədiz.bunun günahını da bizdə gördüz.sonra bizdən isfəndiyara keçdiz...
...qaşını düzəlt gözünü çıxart.
dünya dağılır.siyasət.müharibələr.uşaqlar.aclıq.ölüm.çox sevdiyimiz söz –“ekologiya”.xahiş edirik dünyaya köməyini əsirgəmə - TV`yə bax!
...tərbiyəsiz cəmiyyətə HOST silləsi.
na na na nah.
...hələ çox söz yazılacaq ki, siz boş durmayasız.
susma.sən də fikrini bildir.hamını susdur.növbəni gözlə.fərqi yoxdu nədən danışırsan dayanma danış.əsas oduki başın boş olsun.

*** * ***

"Qısa Qapanma"`dan sonra HOST`un növbəti albomu olan "Biz İnsan Deyilik" AiD`in solo albomu bizə qismən tənqidi hissələrində cəmiyyətin "dostu" "Qarada Qırmızı" albomunu xatırlatdı, böyük olaraq isə ən əsası yeni bir cığır, yeni etap yaratdı. Və bunun da uğurlu alınması üçün əlindən gələni əsirgəməyən AiD`ə sonsuz təşəkkürlər.
Ətrafdakı cəmiyyəti bu albom kimi mükəmməl izah edən ikinci bir albom mənim fikrimcə dünya tarixində hələ də olmuyub. Jamal Ali`nin fikirləri. İndiki anticiklərə məktubu mənə lap ləzzət elədi...
Əsas da şərti olaraq albomun 4 hissəyə bölünməsində track`lərin paylaşması da çox heyrətamizdir.

linkin. Rafit
.