6.17.2010

Gəncəyə qarğalar gəldi!



Ayın 13`ü çoxtan gözlədiyimiz gün. Əvvəl getmiyəcəydim sona 3 gün qalmış, bəzi səbəblərə görə. Amma sonda yaxşı ki, getdim deyə sevinərək bu yazını yazdığıma görə hər şey əla olub deməli. Gəncəyə səhər tezdən saat 7:00`da Bakıdan çıxaraq yola düşdük. Yolda nisbətən sıxıcı və isti olduğu üçün darıxmaq və yxulamaqla davam etdiyimiz o anları bəzən HOST`un əzbərə bildiyimiz track`lərindən qoyaraq xorla oxuyurduğ. Qalan vaxtlar isə podişlə Sagopa və Eminem`in son albomlarını dinləyirdim.


Uzun, təqribən 6-7 saatlıqdan yoldan sonra, nəhayət Gəncəyə çatdığ. İlk baxışdan çox xoş və marağlı bir şəhər kimi gözə görsənirdi. Sonradan elə adi, standart Azərbaycan şəhərinin şəkili öz çərçivəsinə geri qayıtdı. Bakıdan biraz geri qalmış, Sumqayıtdan biraz inkişaf etmiş bir şəhər. Amma bizə heç bu marağlı deyildi, çünkü, təqribən 2 saat sonra bizim kansertimiz olacağdı. HOST. Uşağlarla söhbətlər, açılış, hazırlıq, səhnə deyə-deyə bir də gördük konsert başlıyır. Burda da ataşlarsız keçinmək olmadı. Ümumilkdə bu millət başa düşməyəcək heçnəyi düz. Sakitcə heçnəyi həll eləmək olmur ki, gərək nəsə olsun. Nəisə konsert dəhşət möhtəşəm keçdi. Aura çox gözəl idi. HOST`un səhnədə oxumağı isə tamam ayrı aləm, insanı tamam başqa dünyaya aparır.
Gəncəyə qarğalar gəldi. Çox uğurla gəldi. Yaxşı təəssüratla getdi. Evə qayıdarkən başımıza gələn digər macəralarla birgə unudulmayan günlərdən biri də. Sevdiyim insanlarla məzəli xatirələr və s.

HOST sevirəm səni mənə bunu yaşatdığın üçün.
by Rafit
14.06.10