2.11.2011

svlbgymrtllhblrkkyprt ((:


sosiallaşmadan bir gün yaşıya bildim,
yəqin ki, yaşayaram başqa bir gün daha
düzü yeni bir heçnə öyrənmədim,
hələ gün qutarmıyıb hər şey qabağda.
ümüd uzağda ona çatmağ deyil istək,
əsas odu yaşayasan nə olar olar deyək.
stolun üstündə siçan, klaviatura
biraz uzağda dayanıb monitor,
əslində bitişikdi bunnar bir-birinə,
noutbukda sistem yaradılıb belə,
bilmirəm niyə, keçmək istədim,
buna dəxli olmayan başqa sətirə,
tanıdım bu gün yeni bir nəfər də,
yeni həyat, yeni tale, yeni nəfəslə,
qatdı öz rəngini mənim təsəvvür şəkilmə..
nəsə bəsdi onsuz marağsızdı
yazmağ da mənə, nəsə yenə..

22:03 
11.02.2011

Для нее


qaqaşın canı yansın. maskadı da..
Когда потухнет свет на кухне, там останется Guf

 

Rafit Monea


diyəsən dünən oturub fikirləşirdim ki. yox yox fikirləşmirdim, elə birdən ağlıma gəldi ki, mən sosiallaşmağ nə`m qloballaşmağ zad istəmirəm. heç məhşur da olmağ istəmirəm. elə bu. amma bloqumun peycini açmağ ideayısı facebook`un səhifələr üçün yaratdığı söhbətdən sora gəldi. dostlarımnan biri təklif elədi düzün desəm. elə açdı. məni də admin elədi. dedim: "yaxşı. onsuzda çıxırdım feysdən." bu qalsın elə əvəzimə. elə-belə mırt söhbətlərdən son nəticə olaraq bu alındı. heç kim məcbur deyil və bu yazını heçkimə məcbur eləməmişəm oxumağa. nəsə qalanı msn. ((:
yazdı: antisistemşik Rafit :P
dəyişməyə özümüzdən başlayaq deyir həm də.. ((:
love u`r all.

13:29
11.02.2011

2.09.2011

mktbsndylnszmmblkdsnd :/


unutmamışam səni. diyəsən bu gün ya dünən idi sənin adını sayığladım səhər. evdəkilər mənnən soruşanda "o kimdi?". "yuxumdakı gözəl qız persanajı" deyəndə, nə bilim diyəsən anladılar məsələni. nəsə vecimə deyillər onsuz. mən sənə darıxıram. özdə çox. artığ nə siqaret nə də ATV`nin bağlanma səbəbini öyrənmək kifayət edir səni unutmağa. bəlkə də heç vaxt unutmayacam. biri çıxsaydı qarşıma bu bəlkəni də bir fikirləşərdim. nəisə bəsdi bu qədər yazdım. sağol.

PS, romantik zad deyiləm. elə-belə yazdım.
PPS, axır vaxtlar nəsə çox elə-belə yazıram. Allah axırın xeyir eləsin.

15:53
09.02.2011

2.07.2011

://


görəsən qar əriyəndə bütün ağ hara gedir? ://

2.06.2011

deyə-deyə


bu millət əla, real həyat kef-damağ yerində,
artığ like`lar yox fav`lar girir gözə.
əvvəllər tag idi, qutarmışdığ, a bunədi belə
saymıyağ bunu təhqir, lazımdı hərdən düz
bizdə belədi, deyəndə sözü düz. sallanır üz.
siz heç dəyişmiyin güclə öyrəşmişəm
sadəcə deyirəm, oxu və at qırağa küs
vecimə deyil, vecimə deyil heç, deyil heç.
əsas odu, öz həyatında öz yolunu düz seç
fikir vermə, mənimkimiyə, mənim kimiyə
bizlər elə deyə-deyə, deyə-deyə
çürüyüb öləcəy hardasa bir yerdə..

PS, bəsdi! bəsdi! bəsdi!

21:10 
06.02.2011

3:10


saat 3:10 canlı yayım. test 1212..
bayağları baxdığım futbol mənə deyir ki,
yaz mənim haqqda, blogunda bir yerdə..
nəs axır vaxtlar mənimki, olub şer yazmax..
əslində dyil bu kakoyta şer sadəcə demişdim.
bəzən qafiyəyə görə sözlərdən
lazımdı yığıncağ. oyuncağ
aha barça vurdu 3 qol, rəqibi hansısa Madridi
za eta spasibo za ball i samoye vaşnomu Messi
bu qaqaşlar bacarır futbol, 
sevirəm onları nəisə qatığladım 
əlim ağrıyı yazmıram. hansı? -sol.
indi də gecə mənə deyir bu da son.
get ay bala get yat. bəsdi
jj məni bağışla.. bu da dramatik "son"

03:17
06.02.2011