9.01.2010

Rafitobioqrafiya



Əvvəla belə bir söz deyim ki, son vaxtlar dilimə düşən bu "zad"(ki, çox məhşurdu, ətrafımda demək olar hamı) sözünü bu yazıda, çox yerdə işlətmək istəsəm də, istifadə etmiyəcəm. yazı qoy mədəni olsun. və tam bioqrafik də yox, kiçik formada sizə Rafit haqqda məlumat verəcəm. Bir də onu deyim bu yazı kimə marağlıdı, marağsızdı vecimə deyil. oxuyursan oxu, oxumursan oxuma yəni! tanıyanlar az tanıyır, tanımıyanlar bilib agah olsunnar ki, bu Rafit çox sakit insandı. əsəbləşmədiyi halda heçkimlə "iş" görməz, heçkimlə də savaşmaz. ümumiyyətlə dava etmiyib, etmir, etməyəcək. sevdiyi insanlarla əla. sevmədiyi insanlarla isə məcbur olduğu halda yalnız kiçik dialoqlar şəklində ünsiyyət qurar. bir də utanqac deməzdim, çox fikirləri özündə saxlıyır, heç kimlə paylaşmır. bax indi də bir söz deyəcəydi, demir kimi. ona yaxın olanları çox istiyir, amma, nədənsə həmişə mübahisə edir. bu elə adamdı. əsəbləşəndə fikirlərini tam çatdıra bilmir. gərək sakit şəkildə desin. tez-tez söhbətlər zamanı gözünü qaçırmaq kimi gic xasiyyəti var. sonradan bunu sadəcə bəzi demək istiyib də, demək istəmədiyin fikirlərlə əlaqəli olduğunu öyrəndi. bu tip insanların da az olmadığını öyrəndi. bildi. ümuyyətlə bu öyrənmək və bilməklə əlaqəli.

həddindən çox kinoya baxır. adventure janrından tutmuş mistika, psixolirika, fantastika(çox az olmaq şərti ilə), drama(çox çox olmaq şərti ilə), adını belə bilmədiyi janrlara və s. kinomandı, bir dənə də zay xüsusiyyəti var ki, bir sıra kinoların adlarını yadda saxlıya bilmir.. mənasızdı da yəni. ən çox sevdiyi aktrisa Sarah Michelle Gellar, aktyor isə Leonardo Dicaprio və Brad Pitt arasında qalır. bu yazıda adlarının çəkilməsinə nail olmaq üçün bu insanlar məhşur olduğları üçün yox, sadəcə istedadlı rol ifa ediblər. hətta istedadlı yox mən ona rolu əla yaşamağ(yaşamağın əlası məlası olmur, nəisə də) deyərdim ((:.

qulağ asdığı musiqilər əsasən indie janrındadı. amma HOST adlı dünyada yaşadığı üçün rep üstünlük təşkil edir. bu dünyada yaşamağ söhbəti əsasdı. bunu çoxsu papulyardı deyə çox işlədir. amma, onnar da vecinə deyil deyə(fəxr söhbəti) sakit! deməli bu adam həm HOSTçudu, həm də fanatdı. təzə trek çıxan kimi özünü öldürür bir 50 dəfə qulağ asır. əzbərliyir bəzi yerlərin. aypodunda ayrıca HOST adlı playlisti var. iki ay ərzində bi dəfə ona başdan ayağa qulağ asar, bezməz. qayıdağ indie janrına. Bang Gang qrupu onun iç dünyasını mükəmməl bildirməyi bacarır. Coralie Clément də var fransızca da olsa başa düşməsə də tərcüməsi, oxunuş tərzi filan. Hip-Hop`un "uzağ sahillər"inə keçsək Dutch`ə də qulağ asır. bu "yaxın sahillər"dən Eminem`i sevir. bəzi onu sevənlərə(ya sevgisini gözstərənlərə) də qırağdan baxıb gülümsəyir. nəsə.. Sagopa Kajmer və Sokrat ST`yə türkişlərdən.. digər janrlara da qulağ asır, cazdan sevdiyi dalğalar, muğamlardan belə qulağ asdığı var və s. bezdim ee yazmağdan ((:S..

həyata baxışı, pozitiv. vecsiz deyil. dini, tərki-islam ((:P. sevginin allah olduğunu isə kimsə deyir deyə yox. oturub illərlə fikirləşmiş, formalaşmış, dəyişmiş fikri və reala ən yaxın bu olduğu üçün deyir. G(L)D. vətənpərvər deyil. olmuyacağ da. sadəcə çox girişmir bu işlərə. ikiüzlülük edib camaatnan ermənilərə hücum barədə fikirlər belə yürüdür hərdən, mırta. insanların hamısını sevir. hamı ilə gülərüz davranmağı bacarır. bəzən qəribə insanlardan qəribə hərəkətlər görəndə ümumiyyətlə fikir verməmiş kimi özünü aparır. amma, ona ləzzət eliyir. ümumiyyətlə bu fərqli sözünə olan münasibəti, əladı. fərqli olduğu üçün yox. normal "göründüyü" üçün.. ən zəhləsi gedən şey "təşəkkür edirəm", "çox sağol", "o nə demək sən sağol", "sən olmasaydın mən niyniyərdim?" bu tip minlərlə, insanları bir-birindən uzağlaşdıran, bir-birinə yad edən söhbətlərdi. ona görə, bu, dəyişən bir insani-xüsusiyət olmadığına görə bu tip söhbətlərdən maksimum uzağ durur. və yalnız hörmətli şəxslərə deyir. o da ayıb olmasın,(haha) zrft, reaksiyalar gülməli olur deyə lazımdı hərdən ((:P.

içki içmiyib heç vaxt, siqaret çəkmiyib, hələ o ağ olanı heç görmüyüb ((:. mənə görə mənasız həyat sürür. bunnarı sizə çatdırmaqda məqsəd sadəcə yazı yazmağ idi. dedim görüm bunu yazsam nə olar?`dı. bir də boş-boş zaddara fikir vermiyin. kiminsə nəyisə, həyatı və s. sizə marağlı olmalı deyil. bu son vaxtlar daha çox-çox artan feysmarağ, sizi məhv edəcək. hər şeyi tulluyub gələcəyinizi fikirləşin. indi belə bir fikir irəli sürülür ki, bu Rafit`in 10 il sonrakı halı necə olacağ?, nə edəcək? və s. bu da mənə də marağlıdı. heç təsəvvürüm belə yoxdu. onu bilirəm ki, həkim olacağ, dərsləri çalışdığı qədər oxuyur. uni`də işlər yaxşıdı. belə həyatını yaşıyıb. gələcəkdə yada salıb üzündə gülümsəmə yaradan bir sıra xatirələrə də malikdi. sevdiyləri ilə müzakirə, söhbətlər edəcək ətrafa da malikdi. elə də olar. evlənər, qocalar, ölər, bir əngəl çıxmasa. olurda bu ölməyə qədər olan vaxt qısala da bilər ((:.

P.S ala, işiviz-gücüvüz yoxdu yee.. bunu axıra kimi oxuduz.. valla deyəsi sözüm yoxdu. gedin işinizlə məşğul olun! ((:P...