3.24.2011

dshnmrm


bu yollarda tərk edildim
indilərdə gəldim baxmağa
o amansız gündən
çox izlər qalıb arxada
düşünmürəm mənə lazım olar
bir daha yada salmağa
diqqət yetir mənim kəlmələrim
qan ağlıyır ürək fəyadına
sərtmi oldu həyat mənə? yox.
məndən də əzab çəkənlər çox
onda bu nə? əzabmı lazım mənə
unut getsin yenə
biletim ölüb yerim boş qalacağ
bu gün məna axtaran sabah tapır
axtarmayan deyir mənə
soyuğdan donmamağdan çox
bu sual mənə marağlı niyə?
cavab gəlmədikdə nə olsun ilə
göz yaşlarım başladı..
"bu günlük də bu bəsdi"ylə.
bla bla ze ze zeee...

PS, yenə də tərk et məni!!

19:20 
24.03.2011

Novrooze







3.16.2011

lrk 1


hərdən özümü özümdə tapıram mən..
öldürürəm mələylərimi - pis, yaxşı
bəlkə yoxdular onlar, yoxdular 
bəsdi yaxşı! bəsdi yaxx... ağlıyıram..
boğazımdakı quruluğu da anlıyıram (su..)
mənə lazım o, deyil dərd bu
açar ondadı, qıfıl məndədi
sevgi ordadı, ürək səndədi
kim açacağ qapımı yenə 
yenə sual mənədi..
cavablar məndədi, bilmirəm
ya da bilirəm sadəcə demirəm..
demək istəmirəm, (..mirəm ..rəm...)
ətrafımda fırlanır, 
başımüstə fırlanır, günəş (günəəəəş..)
bəsdi artığ səs etdik
tut əlimdən gəl getdik..
 
23:15
16.03.2011

the end


çıxılmaz vəziyətdə olmusan heç?
söhbət sevdiyin insanlara, 5 dəqiqə əvvəl çörək aldığın satıcıya və yaxud dünən müəllimin qabağında  yalanıvın keçmədiyini anlayan zaman, çıxılmaz vəziyətə düşməyindən getmir.
söhbət sabahına deyiləcək yalanından gedir. bax. gələcəyini fikirləş demədim mən.
artığ deyillər azad olmağ üçün işləmək lazımdı, boş nəfəs almağ bəs eləmir. oturub quru divarlarda mənzərələr kəşf etmək bəs eləmir.
bəzən nəyisə gözləməli oluruq. gözləyici rolunu bizə ötürərək, bu rola daxil olmağını bizdən tələb edən ətrafımız.
deyirlər ki hamı bir-birindən asılıdı.
kimsə puldan asıldı, kimsə internet dünyasından, kimsə narkotik maddələrdən asılı. kimsə şəxsi neftindən, kimsə Rusiya və Amerikadan asılıdı, kimsə isə sadəcə gələcək işindən asılıdı.
Hamı haçansa bu rolda olduqlarını bizə bəyan edib, bunun heçvaxt dəyişilməyəcək bir aksioma bənzədirlər.

PS, fərq varın axırıncı yazısı idi bu. the end

chester, Rafit
25.02.2011

3.14.2011

fərq var - fv3



onlar hələ də mərhəmət arzulayırlar. hələ də TV`də açılan yalvar-yaxarlar kampaniyalarına bezmədən baxmaq, ürəyi yanmağla məşğul olurlar.
axırda istifadə olunan elə özləri olacağlar.
kloun telekanallarda sevgi dilənçiliyi ilə məşğul olan fahişələri seyr etməkdən bezmirlər.
biqeyrət müğənnilərin, stilistlərin biqeyrət həyatlarını izləyib, təkrarlamağı təzəcə fikirləşənlər və seçənlər. ətrafımız bundan ibarətdir.
TV industriyası indiki, cəmiyyətdən öz övladı kimi razıdı.
bir qırığ kərpicə görə, öz mənliyini, özünü satan insanlar da tanıdığ. sonda isə hamı əməlindən peşimandı.
təzəliycə hamı nədənsə qorxur. uzadan əllər yox, alan əllər kəsilib kimi görsənir. qəribəsi ordadı ki, bu vəziyyətə sevinən insanlarda yağışdan sonrakı ilbizlər kimi görsənir.
bunu da deyim, bu millət "ilbizlə", "iblisi" də dəyişik salır. indi görürəm ki, bəzən fərqin də olmadığı yerlərə rast gəlirik.
hamını qaranlıq otağa salıb, sorğu-sual etsək, mərcə girməyə belə hazıram ki, 100%`i peşaman olar.
peşmançılığ müsəlmanın qanındadı. qanımızda başqa şeylər də var. və bunların hamısı normal sosial həyat sürən insanların həyatına baxanda fərqin var olduğunu qızıl həriflərlə yazıldığı məqamlardır.
biz xəstə adamlara baxanda ağlayan və eyni zamanda göz qamaşdırıcı geyimlərdən ötrü ürəyi gedən canlılarıq.

PS, evində dərman üçün pul tapmıyıb, öz xəstə oğlunun can verməsini izləyən ana ilə, bir mərtəbə aşağıda piyli ərciyindən aldığı pulu xəyalında necə silikonlu dodaqlara çevrilməsini görən eyni yaşlı fahişənin fərqini heç kim bilmir..

Rafit, chester
26.02.2011

3.12.2011

ağ qara


"Həyatı ağ qara bildirməyi sevirəm. hərdən  elə olmadığı, 'fikirlərini dəqiqləşdir' deyə özümlə mübahisə etsəm də, sevirəm. mənim xəyallarımı bildirməyin ən rəngli formasıdır bəlkə də. uşağlıqda belə deyildim, sonradan nəsə oldu mənə. şəkillərimi sevənlər də yəqin mənimlə həmfikir olarlar. fürsətdən istifadə edib onlara salamalarımı çatdırmaq istəyirəm. sevirəm sizləri. aha, qayıdağ ağla qaraya, bu iki rəng tam olaraq bir-birlərinin əsləridi, amma, iki sevgili kimi görürəm onları. çalarlarda fikir versəz onların rəqsinə şahid olarsız. müxtəlif musiqi janrları ilə elə şəkillərin janrlarında oxşarlıq bundadır. hər bir kölgəlik, musiqiçinin və ya eyni zamanda rəssamın gizləndiyi bəmlərdir məsələn. incəsənət buna görə indiyə görə sağdı. kim fikir verir ki, ona indi?! çox az adam indi onun dəyərini bilir. yox bu auksiyonlara görə deyil. auksiyonlarda satılan şəkillərin 90%`ni dəbçün alır indiki insanlar. nəisə söhbəti korlamıyım. hə dediyim ki, ağla qaranın sevgisi məni feyziyab edir. ona görə onları heçnəyə dəyişmərəm. digər rənglər qısqancdı həm də. sevimlilərim ağ qara isə yox.
kistlər diqqətinizi çəkdi deyəsən. şəkillərimdə bunlardan istifadə edirəm. bunlar mağazalarda satılan ən ucuz kistlər olmasına, rəsm təcrübəsində demək olar ki, heç kim tərəfindən istifadə olunmamasına baxmayaraq, çox rahatdılar, nazik çəkirlər məncə. kətan isə normal kətandır, məncə çəkilən müstəvinin heç bir önəmi yoxdur. əsasən də sevimlilərim üçün."
- salam
- qorxdum ee
- nə edirsən? yenə məşq? bəsdir sən allah. heç kimə marağlı deyil şəkillərin.
- yox bu dəfə məncə marağlanacağlar.
- həə. marağlanacağlar, bu saat..
"mən də şad oldum sizinlə söhbət etməyə. çox sağolun."

PS, hər bir insan digər insanın diqqətində olmağını istəyir. sosial varlıq olmağın nəticəsidir bu bəlkə də. kimi buna asanlıqla nail olur, kimi hələ də nail olmağ istəyir, kimi isə bezir çəkilir bir otağa və öz xəyallarında yaşayır. amma, inanın ki, yenə də bu barədə fikirləşir və fikirləşir..

19:47
12.03.2011