5.14.2011

Biutiful


Bu pulsuz bir adamın hekayəsidir. Zülmət işıqları ilə dolu bir yolda. Öləndən sonra insanları, Uxbal xilas edən qəhrəman və 2 ölüm təhlükəsində olan uşağların atası. O iylənmiş reallıqla mübarizə aparmağla məşğuldu. Sonda görür ki, bu onu sevmək, bağışlamaq və əbədi taleyindən çox uzağdı.


5.10.2011

hədiyyə.

...yadımdadı, uşaq vaxtı bir dəfə çətirimi itirmişdim. çox ağlamışdım həmin vaxt. çoxdan arzuladığım bir şey idi. ağladım çox! tərsliydən yağış yağırdı. mənsə dayanacağda ağlayırdım. yağış yağmağa davam edirdi. yağırdı. yağırdı. birdən damcılar məni özünə çəkdi. məni ordan çıxardı. göz yaşlarımı yudu. qucağladı, qucağladı.. üstüm tey yaş olana kimi, onunla oynadım. indi də oynayıram. və yəqin ki, o dünyaya gedənə kimi oynayacam.. kim bilir bəlkə orda da yağış var. bəlkə orda da oyanayaram. ((:

5.06.2011

Siesta

insanlar heç dəyişmiyib.
bunu xasiyyətlə əlaqələndirmək ən düzgün qərardı. çox düzgün yanaşırsan.
bu gün və ya 10 gün sora və ya bir il, 10 il sonra istənilən tanışına yaxınlaşıb. ən primitiv dialoqlar qursan da görərsən ki, o elə sən qoyduğun hamamdı, o köhnə tasdı. ((:
sevgiləri də elə qanad çalır o əvvəlki illərdəki kimi pupdan açılan kəpənək sadəcə 1 günlük..
bunun istedad olduğunu fikirləşirsən. sora dərin ah çəkirsən.
o "ah"ın səbəbi mənə məlumdu. dərd eləmə. düzələr
oturub istirahət eləmək istəyirsən. 10 saatlıq həyatında 1 saat yatmağ.
10 illik həyatıda 1 saat avaraçılığ etmək istəyirsən..
sonra özünə bir gün səhvən güzgüdə baxırsan uşağ vaxtı necə dəcəl idinsə elə indi də dəyişmədiyini görürsən. gülümsəyirsən və heçnə demirsən..

Sponsored P.S: join to Siesta