5.10.2011

hədiyyə.

...yadımdadı, uşaq vaxtı bir dəfə çətirimi itirmişdim. çox ağlamışdım həmin vaxt. çoxdan arzuladığım bir şey idi. ağladım çox! tərsliydən yağış yağırdı. mənsə dayanacağda ağlayırdım. yağış yağmağa davam edirdi. yağırdı. yağırdı. birdən damcılar məni özünə çəkdi. məni ordan çıxardı. göz yaşlarımı yudu. qucağladı, qucağladı.. üstüm tey yaş olana kimi, onunla oynadım. indi də oynayıram. və yəqin ki, o dünyaya gedənə kimi oynayacam.. kim bilir bəlkə orda da yağış var. bəlkə orda da oyanayaram. ((: