8.22.2009

Tekliyimde sen dediyim men... by Antimefistofel

Sən təksən.Sən ancaq özünə aidsen.Qiraqda gorduyum her şey sadece goruntudur.Insanlar senin gozunde gorunen şekilden başqa 1şey deyil.Sen heç kimle danişmirsan.Sen ancaq ele ozunle danişirsan.Senden başqa heç ne yoxdur.Her şeysene goredir.Sen oz filminin baş rol ifaçisisan.Senin rejissorunsa,senin duşunduklerin ve seni yaradandir.Sen kim oldugunu eslinde bilmirsen.Sen kim oldugunu heç vaxt da bilmeyeceksen.Çunki,sen bunu bilmeyin her şeyin boşluga çevrilmeyine,menasizligna,getirir. ve bu ise her şeyi mehv olmagidir.Mehv olmagi heç vaxt da bilmeyeceksen,derk ede bilmeyeceksen.Bile bilmezsen.Çunki mehv olmamisan.Çunki eger mehv olsan sen artiq olmadigindan mehv olmagi da bilmeyeceksen.Sen kimsen?Sen guya insansan.Bes insan kimdir?Axu o biri kenardakilar da guya insandir.Bes sen axi o goruntulerden ayrisan.O goruntulere sen ancaq guzgude eks olaraq dost olursan.Eger onlar insandirsa,onda insan şekildir.Amma sen ki,şekil deyilsen.Bes sen nesen?Sen kimsen,nesen bunlari anlamayacaqsan.Onu bil ki,sen teksen.O gorduyun şekiller de eslinde tekdir.Bunu bele bilmelisen.Bele bilmesen deli olarsan.Bes deli nedir?Yox onu da bilmeyecksen.Çunki deli olmamisan,ya da ki,sen ele dogurdan da delisen.Amma bunun bele oldugunu sen bile bilmezsen.Axi sen delisen.Senle danişan yani men kimdir?Menim fikremce,SEN MENDEKI SENSEN.Butun heyatim boyu senle danişiram.Aha.Demeli men tek deyilem.Men mendeki senle birlikde yaşayiram.Bes mendeki sen kimdir???Sen kimsen bilmesen tebii ki,nece yarandigini da bilmeyeceksen.Amma bu qeder qeribe oldugundan tebii ki,oz başina yaranmamisan.Yaradilmisan.Tutaq ki yarandigimi nece oldugunu bilmedin.Bes niye yaranmisan?Bes bu qiraqdaki isteyirsen mendeki sene gore olan goruntu,mene gore olen var olan her şey alem,kainat niye var/Yaradilanlar ve yaradan niye var?Var olmaq niye var/Bes yox olmaq niye var?bes niye niye var?HE DERK EDE BILMIRSEN.Sen bu cavabsiz suallari men kimi.Mendeki sen sene sualim çoxdur,bitmir.Deyirem ki, sen varsan menle bu heyat boyu etdiyime gore cennete ve ya cehenneme duşum.Bes niyeaxi bu cennet,cehennem var.Quy heç bu dunya da,kainat da olmasin.Arxasinca olan ebedi olub ebediliyini de,ozunu de derk ede bilmediyim dunya da.Niye var bunlar?niye var melekler/niye var iblis?niye var kainat?niye men varam?niye var olmaq var?Amma sen,gorursen bir az da ireli getsem,artiq gunaha gedecek duşuncem.Çunki,artiq 1suala çatdim.O sual HEM USYAN,HEM ACIZLIKDIR.Amma yene de soruşa bilmirem.Çunki yaradan meni yaradibsa,bu qederi bexş edibse,menim haqqim yoxdu bu suala.He adi sohbetlere geldim.Çunki artiq gunahdan qorxdum.Neyse,mendeki sen.Ne deyim ele menden de,mendeki senden de qorxuram.Çunki cox mohteşem ve qeribeyik.Sagol demirem.amma helelik deyirem.GUYA.ÇUNKI ESLINDE HEÇ VAXT BIZ AYRI OLMURUQ.

21 avqust 2009


Salam bu gün yalnız NET.
Səhərdən axşama kimi.
iki dənə hostçu dostum artdı.
Əfsanə, TərkiDünya
Bir də blog`un yeni autor`u var Antimefistofel
Əla gün oldu

8.21.2009

Dalğalar Danışır... by feck

Mənim üzüm dənizə, onun üzü dağlara, yaşıllıqlara tərəf idi. O özünün ən çox sevdiyi mənzərəyə baxırdı mən özümün ən çox sevdiyim mənzərəyə. Biz yan-yana oturmuşduq. Bizi sevgidən başqa bir cüt əl və isti qum birləşdirirdi. Bir də arada bir toxunan çiyinlərimiz. Çox qəribə idi. Bizi birləşdirən əsas səbəblərdən biri olan sevgi hava ilə əlaqədar idi. Hava soyuq olanda sevgimiz də soyuyur, hava isti olanda sevgimiz də isinirdi. Hava yağışlı olanda biz ayrılırdıq, hava küləyli olanda biz barışırdıq. Bu nə qədər qəribə olsa da beləydi. Bu təsadüf ola bilməzdi. Çünki təsadüf həmişə eyni hadisənin təkrarlanması demək deyil. Təsadüf hərdən olur. Amma bu təsadüfün özü belə təsadüfən olmur. Mənə elə gəlirdi ki, bu ALLAH`ın bizə verdiyi cəzadı. Biz nəyə görə cəza almalıydıq axı? ALLAH ədalətlidir. Bunun bir səbəbi olmalıdır. Mən dəyəsən üstümə gələn dalğaların qorxusundan, ya da mənnən arxadakı mənzərənin fərqli aurasından bunun səbəbini tapmışdım. Çünki o, böyük dağları, dağlardakı çiçəkləri, yaşıl ağacları, ağacların budaqlarındakı quşların səsini, meşədə itməyi, çəmənləklərdə qaçıb yorulmağı, yorulduqdan sonra elə oradaca uzanıb gecə ulduzlara baxmağı, səhər duranda yeni meşələr, yeni çəmənliklər axtarışına çıxmağı istəyirdi. O qəribə heyvanlarla qarşılaşıb qorxmağı, onlardan qaçmağı, bu qaçışın hündür qayalardan dənizə özünü tullamağa gətirib çıxarmağını istəyirdi. O üstümüzdən uçan qartalın bizi pəncəsiylə göyə qaldırmağını, bizi hündürdə uçurtmağını, yorulanda isə bizi hardan gəldi yerə atmağını istəyirdi. O adamıza göydən baxmaq istəyirdi. O adamızın hər qarışını kəşf etmək istəyirdi. O sevgisini qışqırmaq, bu qışqırığa bütün quşların qanad çalma qorxusunu duymaq istəyirdi. Mən.. mən isə sakitcə oturub dənizə baxmaq, dalğaların özünü niyə məhz buludlara oxşatma istəyini anlamaq istəyirdim. Hərdən dönüb onun saçlarının ətrini içimə çəkirdim. Sonra yenidən dəniz. Hərdən dönüb ona olan sevgimi qulağına pıçıldayırdım sonra yenə dəniz.. mən sakit oturanda ona baxan gözlərimin danışdığını hiss edirdim.. mən sakit oturanda ona hər şeyi baxdığı mənzərənin anlatdığını sanırdım.. hələ dənizin səsini demirəm.. bizim sevgimizdən danışırdı dəniz.. ona da demişdim.. nə vaxt mən lal olsam getsin dənizə qulaq assın.. çünki bizim sevgimiz elə böyükdüki, dəniz heç vaxt susmur. Kim nə vaxt gedir getsin, dəniz həmin adama belə bizim sevgimizdən danışır. Siz bəlkə də dənizin səsini adi su səsindən ayıra bilmirsiz, sizə bəlkə də adi gəlir. Ya da mənə dəli kimi baxırsınız. Bəlkə də indi peşmansınız dəli kimi baxdığınız bir insanın yazısını oxuduğunuz üçün. Yox dəli deyiləm mən bunu birinci dəfə indi özümnən eşitdim elə.. Amma dəqiq bilmirəm mən yazarkən necə oluram.. bəlkə də elə bir dəliydi bunu yazan...
mənbə: qaradaqirmizi.com

20 avqust 2009

Salyanda kef.. Futbol, kart, voleybol, PS 2 Playstation kirayə götürdüy.
Çempianat futbol.. Günün devizi: Qol.... Evə gəlmişəm. NET.
Bir də Azər (BizimERA`nın admini) Bizim track`lərdən
birini sayta qoyub.
Siz isə track`i yükləməklə
qrupa dəstəy ola bilərsiz..

8.20.2009

19 avqust 2009


Bu gün zor oldu.
Evvel Bakidan seher-seher chixib getdiy Salyana.
Orda qohum eqraba.
Chixdigh üzü Lenkeran terefe. Bilesuvardan kechdiy.
Orda bi dene pir var idi.
Ziyaret edenden sonra bir az yemey, futbol.
Cherez Masalli geri qayitdigh.
Indi Salyandayam.
Bura zordu.
Kür...

8.19.2009

18 avqust 2009

Quba, futbol.
Seherden günortaya kimi. Bir dene topu cirdigh.
Bashqa top tapdigh onnan oynadigh.
Sonra ise günorta bir az gezdiy.
Azerbaycanin her yeri gözeldi.
Ve Bakiya-doghma shehere qayitdigh.
Indi Bakidayam.
Sabah ise inshAllah Salayan, Lenkeran seferine chixaciq.
Görüm orda ne var?
He bu arada yeni track hazirdi.
Sabah ya da birisi gün bura yerleshdirerem.
Kelmeyi Cinayet - Danishmayanlar Danishsaydi

8.17.2009

17 avqust 2009


Bu gün nèhayèt ki, Bakìnì 1günlük dè olsa tèrk etdim. Yolumuz ailèvi olaraq Quba'ya idi. èla kechdi hèr shey. mashìnnan getdiyi Qubanìn Qèchrèsh kèndinè. Sonra orda bir yèrdè dayanandan sonra bazara, shey-shüy, qida, kömür alandan sonra oturub yemèkdèn doyandan sonra bulaghin yanìnda dayandìgh. Bunlar bir söhbèt eliyir. Mèn dè qìraghdan onlara qulaq asìram.
Sonra getdiy asma körpü deyilen yere. Ordada bir körpü var.
Uchuq salxax. VAllah adam qorxur.
Neise onu kechdiy. O da Qudyal chayin üstündedir. Neise. Maraghli gün saymaq olar.
Günün devizi: hansisa verlishin soundtrack'inde hansisa raper'in oxudughu verse'deki cümle "yüz tike ète bir shish var"
Bu günü burda qaldigh. Burda da NET olmadighindan yazini telefondan yaziram Hariflerin hamisi yoxdur.