9.11.2009

Xeyrin, Şərindən, Qorx

Real olub-olmamasından asılı olmayaraq risk və təhlükə hissinə elmdə qorxu deyirlər. Bu, əsas emosiyalardan biridir. Bir sıra filosoflar, xüsusən qorxu məsələsinə əxlaqi nöqteyi-nəzərdən baxanlar qorxunu pis nəticələr törədən zərərli emosiya adlandırırlar. Belə şeyləri oxuyanda Maksim Qorkinin 'Fəlsəfənin zərəri' hekayəsindəki obrazın məşhur sözü yadıma düşür: 'Fəlsəfə ilə məşğul olmaq tum çıtlamaq qədər əyləncəlidi, elə bir o qədər də faydalıdır'.
Amma qorxuya başqa cür yanaşanlar da var. M
əsələyə bioloji cəhətdən girişən filosoflar deyir ki, qorxu faydalıdır. çünki o, ağrı hissi kimi təhlükəli situasiyalarda adamı xəbərdar edir. Təbii ki, qorxunu pis tərəfi də var. Amma deyirlər ki, dünyada elə bir pis yoxdu ki, onun yaxşı tərəfi də olmasın. Bu yaxınlarda çoxdandı məni düşündürən belə bir suala cavab tapdım: ''Niyə it urvatında yaşayan xalqlar hər zaman doğub-törəyirlər?'' Cavab bundan ibarətdir: çünki onlar qorxurlar. Bu şərtlər daxilində ki, onlar yaşayır, övladlarının nəsli davam etdirmək imkanları böyük risk altındadır. Onların gələcəyi çox qaranlıqdır və sual işarələri ilə doludur. Heyvanlarda da bəyəm belə deyil? Bu, instinkt kimi bir şeydi, təhtəlşüurun pıçıltiısıdır. Niyə fil yeddi ildə bir dənə bala doğur? çünki onun fil kimi dayısı, pardon ata-anası var, qoruyucusu var! Amma dovşan ildə onunu doğur? çünki onun tülkü, çaqal, canavar, bəbir, pələng, kaftar, yırtıcı quşlar və daha hansı düşmənləri var.
Adamlar da el
ədi. Məsələn, Afrikada, xüsusən bu qitənin yaşayış çətin olan yerlərində artım çox yüksəkdi. Gündəlik həyat, ətrafda baş verənlər bunu zəruri edir. Konkretləşdirək. Tutaq ki, afrikalı Rumba-Tumba kişi günlərin birində evdən çıxıb gedir pul qazanmağa. Bir də eşidir ki, Tumba-Yumbanın uşağı banan dərən yerdə yıxılıb ölüb. Nəticə çıxarmaq lazımdı. Dəsfaha əlinin üstünə bir xaç qoyur. Evə qayıdanda hadisəni zövcəsinə danışır və müzakirələrdən sonra qərara gəlirlər ki, uşaqlarının biri də artıq olsun. çünki ikisi də, xüsusən zövcə banansevərdir, uşaq da, adətən, dayıya çəkir. Birdən könlünə banan düşdü, ağaca çıxdı, ayağı sürüşdü, tfu-tfu.... Yox, rezerv mütləq lazımdı. Beləcə artım barədə qərar verilir və səhər Rumba-Tumba kişi əlinin üstündəki xaçı silir. Aradan bir il keçir. Yenə həmin kişi evdən çıxıb qazanc gətirməyə gedir. Bir də eşidir ki, Nissano-Murano kişinin uşağını timsah yeyib... Yenə əlinin üstünə xaç qoyur. Evə gəlib zövcəsi ilə məsləhət edəndə arvad deyir: 'Oy, mama, timsahlardan heç gözüm su içmir!' Yenə həmin qərar və səhəri Rumba-Tumba yenə xaçı silir. Beləcə arta-arta gedir və bir də sayıb görürlər ki, evdə yeddi cüt, bir tək uşaq var!
Az
ərbaycanda da elə. Düzdü, bizdə timsah-filan, banan ağacı yoxdu, amma təhlükələr, risklər az deyil. Rezerv uşaq mütləq olmalıdır. Başqa tərəfdən, uşaq çox olsa, gələcəkdə bir-birlərinə həyan olarlar. Biri keçəl olsa, hərəsi bir tük verər, onun saç problemi də həll olunar. Biri tutulanda, yanına yemək-içmək aparan olar. Həri. Uşaqlar əkiz olsa, lap əla. Paltar razmerləri də eyni olacaq. çox paltara ehtiyac qalmayacaq.
Antik mifologiyada Qorqon bacıları deyil
ən varlıqlar var. üç bacıdırlar. üçünün birlikdə bir dişi və bir gözü var, növbəylə yararlanırlar. Biri kitab oxuyanda gözü götürür, istifadə edir. O birinə diş lazımdı, götürür işlədir. Sonra yerinə qoyur ki, o biri bacıya lazım olar.
Az
ərbaycan xalqının bir oxşaması var: 'Ay Tanrım, bundan beş dənə ver!' Buradan mən belə bir elmi qənaətə gəlirəm ki, bu oxşamanın təşəkkül tapdığı, yəqin ki, orta əsrlərdə Azərbaycanda xalqın güzəranı o qədər də xoş olmayb. Risklər çox olub ki, çox övlad istəyiblər. İndi də ölkə müharibə vəziyyətindədi. O gün küçədən keçirəm, gördüm qonşu Xıdır kişi uşağını oxşayır: 'Ay Tanım, bundan beş dənə ver'. Sözünü qurtarmamışdı ki, zövcəsi Fatmanisə xala 'zameçaniye' elədi: 'Altı-yeddi olanda dünyamı dağılar?


by İntelegent'

10 sentyabr ARTDay

Həyat... by Rafit

Əsəbləşirəm..
Hərdən hər şeyi bir kənara atıb qaçmaq istəyirəm..
Hərdən..
Bir də görürsən yox e alınmır..
Hətta geri qayıdıb üzr istəməli olursan..
Standart cümlələr...
Mən çox fikirləşmişəm bu nə həyatdı yaşıyıram..
Nə bilim, mənasız..
Yaşamağdan bezmişəm..
Heç biri lazım deyil!..
Bunlar hamısı boş-boş şeylərdi..
Keff elə!! Üç günlük dünyadı.
Öz həyatıvı yaş!
Hər şeyə tüpür..
Heç nə eləmə..
Kef
Belə də olmur axı..
Gələk elə yaşayasan ki, həm rahat həm də lazım gələn tələb
Ayağları dirəmək, Lap lazım gəlsə dişləri də sıxmaq
Elə bu həyatı Allah sənə tapşırıb..
Və sən də həzz ala-ala yaşamalısan.
Bu ən böyük hədiyyədir..
Mən çox fikirləşmişəm bundan böyük hədiyyə mövcud ola bilməz
Haqqları tələb etmək lazımdır sadəcə
Sözlərim heç də sətiraltı deyil..

10 sentyabr 2009


on

Sentyabr
ikimindoqquzuncu il
Ayın 1/3`i
Marağ dairəsinə heç daxil olmadı
Arxivdən yazıları qoydum blog`a

Sualı cavablandırdız
Sağolun birini özüm qoymuşdum.
Sizsə 4`ünü.. Sağolun bəyəndiyinizə görə..
Çalışıram indən sonra daha da
tempi artırım..
Universitet yaxınlaşır..

2`ci kurs görək nə olacacğ..

9.10.2009

Tənha Qız... by Rafit

At əlindəki o çirkin ülgücü,

O edəcək sənin həyatına son üzücü.

Sən həmin əclavfa görə, dəyərmi ona ölməyə,

Həyatını vermə bada, uyma sən şeytana.

Tut əllərimdən, üzün bir az gülsün!

O qəmli baxış sənin qəmzəndə itsin!

Bir az sevin bu çox yaraşır sənə,

Sən əslində tənha deyilsən,

Biz varıq səninlə birgə.

Sən əsil sevgiyə layiqsən

Bir gün olacaq səni sevənlə sən görüşəcəysən.

Onu o an hiss edəcəksən

Səni sevəni,

İlk dəfə sənə sevgini anlayacaqsan.

Bax bu olacaq,

Onunla birgə xoşbəxt, sevincli həyat,

Sənin üçün hər yer dolacaq sanki kainat..

Həyatın öyrətdiylərinə bax!.. by Rafit

Pislik. Neyniyirəm bunu ki, əgər neçə-neçə yaxşılıqlar buna qurban olursa..
Rüşvət. Neyniyirəm bunu ki, əgər neçə-neçə uşaqlar heç xəbərləri də olmadan rüşfətxor atasının evə gələndə aldığı çörəydən bi dişdək yiyirsə..
Qarğış. Neyniyirəm bunu ki, əgər neçə-neçə insanlar narahat yaşıyırsa..
Böhtan. Neyniyirəm bunu ki, əgər neçə-neçə şəxslər ona görə dəmir barmaqlıqlar arxasında yaşıyırsa..
Haram. Neyniyirəm bunu ki, əgər neçə-neçə oğrular bu gün heçnə olmamış kimi yardığları bankdakı pulları evdə sayırlarsa..
Söyüş. Neyniyirəm bunu ki, əgər həyətdəki uşağların dilindən düşmürsə..
Yaltaqlıq. Yaxşı bəs bunu neyniyirəm ki, əgər neçə-neçə insanların müdürlərin önündə sual işarəsi (?) vəziyyətini alırsa..
Zəyiflik. Neyniyirəm bunu ki, əgər neçə-neçə insanlar sıf zəif olduğu üçün əzilirlərsə..
Qorxaqlıq. Bəs bu. Həmin o, zəiflərin əzilməsinin tək səbəbidirsə..
Kasıblıq. Neyniyirəm bunu ki, əgər hər gün neçə-neçə insanlar buna görə acınnan ölürsə...

P.S: Həyatın öyrətdiylərinə bax!

Səviyyəsizlər və elələri... by Rafit

O, sürücü, avtobusda qoca(yaşlı) cibində pul olmadığından sürücüyə heçnə vermədiyi üçün beynindəki, bütün söyüşləri, hərflərlə, səslərə çevirib böyük sürətlə yan-yana düzür ki həmin o yaşlı uzağlaşmamış çatdırsın..
Ya o, fəhlələr, təkcə camaat görməsin deyə, onlara, həmin o camaatın prezidentin vədlərinə əməl etmir deyə(başqa bəhanə olmadığından) qarşı çıxadığı məmurların əmr verildiyi kimi, gecəylə ağacları gizlincəəssinlər..
Ya o, polislər, təzə qorxu çıxdı, ADNA'da olan hadisədən sonra, universitetlər qorunur deyənə qapıda qarolçuluq edənlər, qapıdan keçən hər qıza(hələlik oğlanlar yoxdu) tələbə bilətini yoxlayarkən, scaner kimi öndən, arxadan süzürlər..
Bəs sabah o qız dalınca düşən oğlanlardan qurtulmaq üçün polisə şikayət edəndə, o polis də oğlanlara qoşulacağ..
Ya da o, süpürgəçilər, eyni yolu gündə 3 dəfə süpürməyə də razıdılar ki, həyatın keçməkeçli anlarını rahat yaşasınlar deyə, "pula ehtiyacdan", yer hələ də toz qalsın və bunları yenidən həmin yerə, şəhərdi də küləkləən toz olur bəhanəsiylə təyin edilsin..
O, "ata" işlədiyi yerlər fərqli, işlədiyi insanlar kimi, geyindiyi səliqəli kostyumların cibləri və ora daxil olan çirk pullar(əlavə maaş), evə gələrkən "evə bir şey alım" həvəsiylə əli doludu qapını arxasıyla açır, "az arvad əlimdəkiləri götür, gör nələr almışam", "ata mənə snikers aldın" sualına "aldım oğlum" deyə cavab verməsi.. Qorx belələrindən..
O, satıcı, girirsən maqazinə deyirsən lap olsun lap brand'di(guya da indi) "neçiyədi?" sualına cavab olaraq 60AzN deyir a
həmin maqazindən 10dəq'dən sonra o maqazindən onu 30AzN'ə alırsan e, demək bu təqribən 20AzN'ə imiş ki, onu mənə o qədər düşür..
k yenid

Ya o, TV "kanal"izasiyalarda yaltaq kimi saatlarla, bəzən də günlərlə bütün Azərbaycan xalqının bezdiyi(bəlkəə yox) mövzuları dəfələrlə göstərirlər, əsasən də 1-2'si..
Ya da bütün Azərbaycanda artan heykəllər..
Çox mürəkkəbdi..