9.11.2009

Xeyrin, Şərindən, Qorx

Real olub-olmamasından asılı olmayaraq risk və təhlükə hissinə elmdə qorxu deyirlər. Bu, əsas emosiyalardan biridir. Bir sıra filosoflar, xüsusən qorxu məsələsinə əxlaqi nöqteyi-nəzərdən baxanlar qorxunu pis nəticələr törədən zərərli emosiya adlandırırlar. Belə şeyləri oxuyanda Maksim Qorkinin 'Fəlsəfənin zərəri' hekayəsindəki obrazın məşhur sözü yadıma düşür: 'Fəlsəfə ilə məşğul olmaq tum çıtlamaq qədər əyləncəlidi, elə bir o qədər də faydalıdır'.
Amma qorxuya başqa cür yanaşanlar da var. M
əsələyə bioloji cəhətdən girişən filosoflar deyir ki, qorxu faydalıdır. çünki o, ağrı hissi kimi təhlükəli situasiyalarda adamı xəbərdar edir. Təbii ki, qorxunu pis tərəfi də var. Amma deyirlər ki, dünyada elə bir pis yoxdu ki, onun yaxşı tərəfi də olmasın. Bu yaxınlarda çoxdandı məni düşündürən belə bir suala cavab tapdım: ''Niyə it urvatında yaşayan xalqlar hər zaman doğub-törəyirlər?'' Cavab bundan ibarətdir: çünki onlar qorxurlar. Bu şərtlər daxilində ki, onlar yaşayır, övladlarının nəsli davam etdirmək imkanları böyük risk altındadır. Onların gələcəyi çox qaranlıqdır və sual işarələri ilə doludur. Heyvanlarda da bəyəm belə deyil? Bu, instinkt kimi bir şeydi, təhtəlşüurun pıçıltiısıdır. Niyə fil yeddi ildə bir dənə bala doğur? çünki onun fil kimi dayısı, pardon ata-anası var, qoruyucusu var! Amma dovşan ildə onunu doğur? çünki onun tülkü, çaqal, canavar, bəbir, pələng, kaftar, yırtıcı quşlar və daha hansı düşmənləri var.
Adamlar da el
ədi. Məsələn, Afrikada, xüsusən bu qitənin yaşayış çətin olan yerlərində artım çox yüksəkdi. Gündəlik həyat, ətrafda baş verənlər bunu zəruri edir. Konkretləşdirək. Tutaq ki, afrikalı Rumba-Tumba kişi günlərin birində evdən çıxıb gedir pul qazanmağa. Bir də eşidir ki, Tumba-Yumbanın uşağı banan dərən yerdə yıxılıb ölüb. Nəticə çıxarmaq lazımdı. Dəsfaha əlinin üstünə bir xaç qoyur. Evə qayıdanda hadisəni zövcəsinə danışır və müzakirələrdən sonra qərara gəlirlər ki, uşaqlarının biri də artıq olsun. çünki ikisi də, xüsusən zövcə banansevərdir, uşaq da, adətən, dayıya çəkir. Birdən könlünə banan düşdü, ağaca çıxdı, ayağı sürüşdü, tfu-tfu.... Yox, rezerv mütləq lazımdı. Beləcə artım barədə qərar verilir və səhər Rumba-Tumba kişi əlinin üstündəki xaçı silir. Aradan bir il keçir. Yenə həmin kişi evdən çıxıb qazanc gətirməyə gedir. Bir də eşidir ki, Nissano-Murano kişinin uşağını timsah yeyib... Yenə əlinin üstünə xaç qoyur. Evə gəlib zövcəsi ilə məsləhət edəndə arvad deyir: 'Oy, mama, timsahlardan heç gözüm su içmir!' Yenə həmin qərar və səhəri Rumba-Tumba yenə xaçı silir. Beləcə arta-arta gedir və bir də sayıb görürlər ki, evdə yeddi cüt, bir tək uşaq var!
Az
ərbaycanda da elə. Düzdü, bizdə timsah-filan, banan ağacı yoxdu, amma təhlükələr, risklər az deyil. Rezerv uşaq mütləq olmalıdır. Başqa tərəfdən, uşaq çox olsa, gələcəkdə bir-birlərinə həyan olarlar. Biri keçəl olsa, hərəsi bir tük verər, onun saç problemi də həll olunar. Biri tutulanda, yanına yemək-içmək aparan olar. Həri. Uşaqlar əkiz olsa, lap əla. Paltar razmerləri də eyni olacaq. çox paltara ehtiyac qalmayacaq.
Antik mifologiyada Qorqon bacıları deyil
ən varlıqlar var. üç bacıdırlar. üçünün birlikdə bir dişi və bir gözü var, növbəylə yararlanırlar. Biri kitab oxuyanda gözü götürür, istifadə edir. O birinə diş lazımdı, götürür işlədir. Sonra yerinə qoyur ki, o biri bacıya lazım olar.
Az
ərbaycan xalqının bir oxşaması var: 'Ay Tanrım, bundan beş dənə ver!' Buradan mən belə bir elmi qənaətə gəlirəm ki, bu oxşamanın təşəkkül tapdığı, yəqin ki, orta əsrlərdə Azərbaycanda xalqın güzəranı o qədər də xoş olmayb. Risklər çox olub ki, çox övlad istəyiblər. İndi də ölkə müharibə vəziyyətindədi. O gün küçədən keçirəm, gördüm qonşu Xıdır kişi uşağını oxşayır: 'Ay Tanım, bundan beş dənə ver'. Sözünü qurtarmamışdı ki, zövcəsi Fatmanisə xala 'zameçaniye' elədi: 'Altı-yeddi olanda dünyamı dağılar?


by İntelegent'