9.01.2009

MC Donalds... by Rafit


Fast food ən zəhləm gedən şeydi. Çox az yemişəm. Qamburger, Dönər, Lahmacun. Amma ölkəmizdə buna maraq çoxdu. Alimlər onlarin zıyanlari barədə o qədər araşdırma aparıblar və məlum olub ki bu qidalar heç də biz fikirləşdiyimiz kimi "Halal" mehsullarla hazirlanmır. Fast food ŞÜARI tez - bazar, ucuz və doyuzdurucu olsada əslinde bu belə deyil. Beləki fast foodlar xüsusi kimyəvi məhsullarla hazırlanır ve onların fast hazırlanması üçün tərkibində kimyəvi qarışığı olan bərk yağlardan istifadə edirlər.Bir nüansıda nəzərinizə çatdırmaq istərdim ki, fast foodlara əlavə kimyəvi preparadlar qatılır ki, bu da bu cür yeməklərdən insaları asılılıq yaratsin (bir növ narkotik kimi). Buna görədə müştəri heç vaxt qarni tox cixa bilmir və mecbur olub yenidən sifariş edir (əla siyaset). Fast foodu yedikdə belə onu heç vaxt soyuq coke ilə içməyin. Sebəb ise soyuq cola bədənə daxil olan kimyəvi yağları bərkidir və rahat həzm olunmasını qarşısın alır. Bu nəinki insani ağırlaşdırır hətda gələcəkdə başqa xəstəliklərin yaranmasına səbəb ola bilər. Hələ Azərbaycanda ən çox məhşur olan MC Donalds`dı ki, ora girən insanların sayı itə-tökdü. Qiymətlər də ki, gedib normal restarandakı normal yeməyin qiymətini soruşsaz görərsiz ki, bahadır. Amma sərf etməsə belə ziyannı şeyləri almaqda bizim gözəl ölkənin üstünə yoxdur. Ziyan olan şeyi xalq`a düzgün təbliğ etmək lazımdır.

Əsasən də uşaqları. Orda uşaqların diqqətini çəkən hədiyyə kampaniyaları olur ki, o da hər həftə dəyişilir uşaqları cəlb edir. İndiki uşaqlar isə Valideyini idarə etmək üçün nə istəsələr edirlər. Elə ağlıyırlar ki..

İndidən uşaqların başını xarab edirlər ki, sonradan onlar böyüyəndə də mən də uşaqlıqa belə olmuşam, niyə ki, öz uşağım getməsin... Ağıllı fikirləşiblər.