O özünü bu geniş cəmiyyətdə sıxılmış hiss edir..
O artıq hər şeyi başa düşür..
Onu aldatmaq indi mümkün deyil..
O zamanı indi boş-boş dərslərdə, mühazirələrdə sözün əsl mənasında keçirmək istəmir..
O bəziləri kimi onu əhatə edən insanların pis xüsusiyyətlərini görüb də sakit durmaq istəmir..
O hər şeyi başa düşür..
Sadəcə olaraq gözləmək lazım olduğunu da bilir..
O dinnən dəm vurub, nəinki, dindarlıq heç adi qaydaları belə riayət etməyənləri görüb utanır..
O öz millətinin niyə belə rəzil durumda olduğunu görüb utanır..
O öz millətini sevir, xalqını sevir..
Və millətinin , xalqının ağ günə çıxması üçün əlindən gələni etməyə hazırdır..
O gic gənclərin küçələrdə gicliklə məşğul olmağına əsəbləşir..
O digərlərinə baxanda gedəcəyi yolu və bu yolu necə gedəcəyini bilir..