Dənizin üstündə uçuşan qağayılar,
Onlar sanki sevgidən insanlartək anlayırlar.
Mürəkkəb duyğularımı səninlə paylaşan,
Bu çox vacib və çox maraqlı röyalar.
Sənin gözəl gözləri, xatırladır, parlaq günəşi.
Sən sanki, həyat çəmənliyində ən gözəl çiçəksən
Sən sanki, mələylər enəndə göylərdən
Mənim üçün dünyada qalmağı sən özün seçdin
Mən onu sevirəm, və bu adi sevgi deyil
Məni bu həyatda yaşamağa o etdi meyil
Onun saçları itəndə mənim əllərimdə
İlk dəfə itirdiyim şeyə görə hirslənmirdim.
Ağ geyimli gözəl mənim arzularımın
Reallıqla haşiyəsi və bu sevgi nəğməsi.
Nəğmələrin içində ən sevimlisi
Və bu sevimliliyin özündə gözəl biruzəsi.
O göydəki kiçik ayı, quyruqlu ulduzlar belə,
Mənim diqqətimi sənnən ayıra bilmir.
Mən bir külək olsam, sənsə sərin meh,
Qarışardıq bir-birimizə şirin röyalarda.
Səni ilk gördüyüm gündən, yanımdasan ayrılma!
Sənsiz artıq təsəvvür etmirəm həyatı anla!
Əgər getsən son olacaq bu kiçik dünyamda,
Divarlar söküləcək sakit qaranlıq otağımda.
Sənin narın saçlarından ayrılan əllərim,
Bir də çətin özündə təməlli güc tapsın.
Sənin məndən ayrılan işıq saçan gözlərin
Mənim həyat yollarımı qaranlıqlaşdırsın.
Bu yolun sonunda isə lap ölüm ayırsın bizi
Biz sənnən ümüd var o dünyada görüşəcik.
Yenə də əl-ələ tutub gəzərik küçələrdə,
Bəzərik sevgimizlə lap o gözəl cənnəti də.