Iki ceyranın söhbəti...
Ağacın altında iki ceyran söhbət edirdi. Ana ceyran və onun balası.
-Ana?
-Hə Oğlum?
-Ana o düzdü ki, dünyadakı hər şeyi Allah yaradıb?
-Bəli oğlum.
-Bütün bitkiləri, heyvanları da?
-Bəli.
-Bəs niyə yaradıb? Məsələn ağacları? Onları niyə yaradıb?
-Bizi onları kölgəsində oturub güəşin istisindən qorumaq üçün.
-Bəs günəşi niyə yaradıb?
-Günəş bizə həm işıq verir, həm də qızdırır.
-Bəs otları? Hə bildim qidalanmaq üçün. Yaxşı bəs quşları?
-Bizə təhlükə yaxınlaşanda xəbərdarlıq vermək üçün. Onlar təhlükə hiss edən kimi topa halında uçurlar.
-Buludları bəs? Onları niyə yaradıb?
-Buludlar? Yağış yağır su içirik, ağaclar böyüyür.
-Bəs küləyi?
-Küləyi isə bax həmin o buludları bizə tərəf gətirir.
-Ana onda Allah bizi qoruyur?
-Bəli oğlum.
-Yox ana bəzi heyvanlar, məsələn, qurdlar, şirlər. Onlar bizi yeyir axı?
-Oğlum Allah onları ona görə yaradıb ki, bizim sürüdə olan qocalar, gücsüzləri təbii seçmə yolu ilə sürüdən çıxarsınlar. Amma bax cavanlar və güclüləri yeyə bilmirlər.
-Elə bəs onda çaqqalları bəs?
-Onları da ölmüş cəsədləri yemək üçün. Əgər ölmüş cəsədlər qalsa bir çox xəstəliklərə səbəb ola bilər axı.
-Aaa.. Onda səndən son bir şey soruşum. Bəs insanları? İnsanları niyə yaradıb?
Ana bir neçə saniyə dayandı və dərin bir ah çəkərək dedi:
-Bax onu mən də bilmirəm.. Gəl gedək göl tərəfə!
-Yaxşı ana.
P.S: Mənə bütün bunları onlara ağacın üstündən qulaq asan köstəbək danışdı ..