7.03.2011

Blog ((:


Həmişə arxivləri qurdalıyanda necə də mənasız və heç bir zəhmətə dəyməyən yazılar və s.`lərlə rastlaşıram. bütün. hətta bir gün əvvəl yazdığım yazı da indi xoşuma gəlmir. deyirəm bu nədi yee yazmışam. amma başqa tərəfdən baxanda da fikirləşirsən ki, o dövr nə bilim uşağ idim, ya bu başıma gəlmişdi, bunu bilmirdim kimi, şeylər var. və "hər şey öz vaxtında, öz anında gözəldi" kimi bir şey var. o yada düşür. və deyirsən ki, ee elə yaxşı ki, olub, yaxşı ki, baş verib nəbilim, yaxşı ki, mövcuddu. :))
bu ay - dəqiq bilmirəm hansı gün bu blog`umun 3 yaşı tamam olur. çox insandan yaxın olub mənə. çox insandan çox xeyri dəyib mənə. nə bilim bu tip bir neçə cümlə daha.

Happy Birthday!!

6.17.2011

pacachinu

bu döyüş gücündü
qalibin özünündü, məğlub üzüldü,
yaşamağ qəliz, həyat düzündü,
sözlər bəzək üçün, saniyələrsə güzgü
nəsə dedilərsə demək düzdü
faizi 98 hədəf isə 100dü
qanundu, öyrəndiyini öyrətməlisən
bax bu, düzgündü
sistemi möhkəmləməlisən,
no kom. sözsüzdü.
döyməlisən özünü hər səhv edəndə
divarları saymalı, hər düz dəyəndə
gül üzündə, kədər içində
al kola iç! ol bizimlə. nə?
hə biz birlik deyilik axı.
ya da hər hansı bir nəsə.
nə bilim nəyinsə nəbilim nəyisə.
ətrafda hamı sənə baxır,
baxıb nəsə öyrənirsə yaxşı.
yerdəki mələklər göyə qalxır,
hər nə var ora axır, o da sözə baxır.
mənə süzün çaxır.
həm ləzzət eliyir,
həm də hər içəndə bir fikir dağılır.
zəhər beyin belliyir.
burda da bu zibil bitir

12.06.2011

6.04.2011

FC Barcelona is the best of best!!

Mejor el FC Barcelona es el mejor de los!

Lahij Arena



subject: some episodes from "the day of football".
location: Lahij Arena, Ismayilli, Azerbaijan ((:

30.05.2011

5.14.2011

Biutiful


Bu pulsuz bir adamın hekayəsidir. Zülmət işıqları ilə dolu bir yolda. Öləndən sonra insanları, Uxbal xilas edən qəhrəman və 2 ölüm təhlükəsində olan uşağların atası. O iylənmiş reallıqla mübarizə aparmağla məşğuldu. Sonda görür ki, bu onu sevmək, bağışlamaq və əbədi taleyindən çox uzağdı.


5.10.2011

hədiyyə.

...yadımdadı, uşaq vaxtı bir dəfə çətirimi itirmişdim. çox ağlamışdım həmin vaxt. çoxdan arzuladığım bir şey idi. ağladım çox! tərsliydən yağış yağırdı. mənsə dayanacağda ağlayırdım. yağış yağmağa davam edirdi. yağırdı. yağırdı. birdən damcılar məni özünə çəkdi. məni ordan çıxardı. göz yaşlarımı yudu. qucağladı, qucağladı.. üstüm tey yaş olana kimi, onunla oynadım. indi də oynayıram. və yəqin ki, o dünyaya gedənə kimi oynayacam.. kim bilir bəlkə orda da yağış var. bəlkə orda da oyanayaram. ((:

5.06.2011

Siesta

insanlar heç dəyişmiyib.
bunu xasiyyətlə əlaqələndirmək ən düzgün qərardı. çox düzgün yanaşırsan.
bu gün və ya 10 gün sora və ya bir il, 10 il sonra istənilən tanışına yaxınlaşıb. ən primitiv dialoqlar qursan da görərsən ki, o elə sən qoyduğun hamamdı, o köhnə tasdı. ((:
sevgiləri də elə qanad çalır o əvvəlki illərdəki kimi pupdan açılan kəpənək sadəcə 1 günlük..
bunun istedad olduğunu fikirləşirsən. sora dərin ah çəkirsən.
o "ah"ın səbəbi mənə məlumdu. dərd eləmə. düzələr
oturub istirahət eləmək istəyirsən. 10 saatlıq həyatında 1 saat yatmağ.
10 illik həyatıda 1 saat avaraçılığ etmək istəyirsən..
sonra özünə bir gün səhvən güzgüdə baxırsan uşağ vaxtı necə dəcəl idinsə elə indi də dəyişmədiyini görürsən. gülümsəyirsən və heçnə demirsən..

Sponsored P.S: join to Siesta