10.10.2011

rdn

2-3 iradəsiz, məqsəsiz insana görə əsəbləməyə dəyməz. həyat davam edir və bu həyatı sevmək mcburiyyətindəyəm...

9.19.2011

podishizenyuvord

Choxdandir qachmagh arzumu öldürmüshem. Ölkeden qachmaghdan gedir söhbet. Yeqinki gijdiyim tutub. Bu yazini oxuyan deyerli oxuyucularim. Menim uchun dua edin. ))
Menim buna ehtiyacimin oldugunun ferqine vardim)) allah axirimi yaxshi elesin))

9.04.2011

son 9gün

radion 2`ci sayının işlər demək olar ki, artığ 85%`i hazırdı. jurnalın CD şəklində çıxıb-çıxmamağı haqqda fikir ayrılığı yaranıb. bəlkə pulsuz buraxıldı bu sayı da. hər şey əladı. yəqin ki, bu sayı əvvəlkindən də marağlı olar millət üçün...

14:17

8.27.2011

üşüyənlər..

insanları dərd bürüyür. onlar artığ dərddən üşüyürlər..
başa düşürəm mən bəzilərini, amma, hər dərdin arxasında bir səhv durur.
isti bir şey axtarırlar. qoy axtarsınlar.
mənsə çəkilim qırağa seyr edim. görüləsi işim yoxdu..

21:42
27.08.2011

7.16.2011

Kaybedenler Kulübü - Aşık Olmak

rəngli dünya

-dünya 3 rəngdən ibarətdi. yaşıl, mavi, qara
-niyə 3? niyə yaşıl?
-yaşıl bitkilərin rəngidi. gözəlliyin rəngidi. insanlar hələ bütün bitkiləri məhv etmiyiblər.
-mavi niyə?
-mavi, köksündə quşlar üzən səmanın rəngidi, bax o təmiz səmanın. insanlar hələ elə uzun binalar tikmiyiblər.
-yaxşı bəs niyə qara?
-o isə elə həmin o insanların çirkli fikirlərinin rəngidir. və get gedə tündləşir. ola bilsin yaşılı və mavini də sonsuz göyqurşağında basdırsın. bütün dünya qara rəngə boyansın.

16.07.2011

7.15.2011

torrent

sevgi torrent file kimidi.
nəsə lazım olanda pause`a basıb, gündəlik normal işlərinə qayıda bilirsən.
bitirdikdən sonra isə dərindən nəfəs alıb yenidən start - davam edə bilirsən.
heçbir sevgi sonsuza qədər davam edə bilməz.
haçansa file error verəcək ya da ən gözəl halda yüklənib bitəcək.((:

15.07.2011