7.16.2011

rəngli dünya

-dünya 3 rəngdən ibarətdi. yaşıl, mavi, qara
-niyə 3? niyə yaşıl?
-yaşıl bitkilərin rəngidi. gözəlliyin rəngidi. insanlar hələ bütün bitkiləri məhv etmiyiblər.
-mavi niyə?
-mavi, köksündə quşlar üzən səmanın rəngidi, bax o təmiz səmanın. insanlar hələ elə uzun binalar tikmiyiblər.
-yaxşı bəs niyə qara?
-o isə elə həmin o insanların çirkli fikirlərinin rəngidir. və get gedə tündləşir. ola bilsin yaşılı və mavini də sonsuz göyqurşağında basdırsın. bütün dünya qara rəngə boyansın.

16.07.2011