7.08.2011

anti"antisistem", biraz da NET



insanların həyatlarına qarışıb, onların gündəlik eyni şey etdiklərini və bunun çox sıxıcı olduğunu deyən insanlar var və qabağlarına çıxan hər "divara" "fuck the system" deyənlər var.
onlar özləri başqa sistemdə, başqa dırnağlar içində olduğlarını bilmirlər, dərk etmirlər. onlar da eyni şeyi gündə edirlər və edirlər. boş-boş danışmırlar. danışdığlarında məntiq var. sadəcə bir şeyi "danışmağçun nəsə etməlisən" fikrini başa düşmürlər. el arasında dilivə görə dilçəyin olmalıdı sözü burda lap yerinə düşür.
onların həyatları sadəcə klaviatura arxasına keçdikdən sonra başlayır və saatın necə keçdiyindən xəbərləri olmadan davam edir. və gecə saat 3`də bitir. insanın yatmalı olduğunu bilib məcburən yatırlar yoxsa, bütün günü ordadılar. virtual cənnətlərində. onlar üçün cənnətdə xüsusi tədbirlər görmək lazımdı. eydiesel qoşmağ lazımdı. ya da heç o da yox. dayl-ap`a da icazə versələr bir ilə onu kəşf edərlər. narahat olmağ lazım deyil..

PS, əgər, deyirsənsə mən varam, çıx ortaya qışqır. bildir ki, varsan.

07.07.2011