2.04.2011

like elə bunu


bu gün mən çox darıxıram
ətrafım sıxır, utanıram bunu deməydən, amma 
like elə bunu!
dünən indi qaçırdım, yıxıldım.
çox pis özdə, 2 əl, 1 ayağ
like elə bunu
sevdim, əl-ələ gəzdim, yoruldum 
bezdim, ayrıldım, bəsdi.
like elə bunu!
həyatım sizdən uzağ, 
antisisteməm mən blin.
like elə bunu!
punk, emo, rok, 
host, rep, reqqi respect
like elə bunu!

PS, bəlkə də həyatım bundan ibarət, 
utanmıram nə gəldi yazıram bu da adət.
dərdimə yanan yox yüz faiz
like eliyənim var, amma
əsas darıxmıram ən tək olanda..
22:47 
04.02.2011

düzdü.


3 saatdı ayağlar durmadan gəzir,
artıq yer belə ayağımı əzir,
bəlkə də yaxında oturmağa var,
gözlərim bayağdan parkda yer gəzir.
nəhayət tapdım, keçdim oturdum. düzdü.
qulağımı da əzən ipod`a cibimdə yer tapdım,
elə onda da belim ağrıdı.
qocalıram dedim birdən özümə,
qocalıram bildim, çoxdan bilirəm. düzdü.
birdən, əlim cibimdə vərəqlə toqquşdu,
ərinmədən o birindən qələmi götürdüm. 
yazmağ ağlıma gəldi, kinolar yadıma düşdü. 
yazmağ qərarına gəldim və yazdım. düzdü :))
22:29 
04.02.2011

2.02.2011

fv


fərq var, sənin beyninlə mənim beynim arasında.
fərq var çox gümanki bunu oxuyanda dərd orasında,
fərq var cibinnən pul tökülən, aclığdan ölənlə
fərq var bunu heçə sayıb susan, sizə deyənlə
utanmazların etdiyi rəqsdən yaranan düşüncə,
undergraund deyə hər səviyyəsizə olan hörmətdə,
bilmirəm cəmiyyətdə yoxsa bizim millətdə,
yaranıb hər düşüy şeyə marağ brendlə, mal arasında.
fərq var boşboğazların xəbər boxçasında,
qiybəti edir utanmır, artığ camaat arxasından,
fərq varmı indi de qoyunla siz arasında?
yoxdusa başını yellə onsuz düzə sallanırda.
çoxsu bizdən dərin məna istiyir anlamıram.
fərqin daha geniş olduğunu deyir heç saymıram.
özü nə bilir edir deyə soruşanda?
mənə cavabda iki hıqqanır, onu anlıyıram. ((:

unkown
02.02.2011

12.31.2010

2011


2010`cu il düz 6 saat yarımdan sonra silinir, yerini 2011`ə verir. Bu günsə hamı sevinir. Mən demiyəcəm sizə ki, mənim üçün mənası yoxdu bu günün və ya çox böyük dəyəri var ki, əslində ən adi günlərdən biridir. Qısaca icmal kimi mənim üçün 2010`cu ili xarakterizə edəcəm.

12.20.2010

İMTHNLR


İmtahanlar yaxınlaşır. Yenə köhnə hamam köhnə tas. Hamı pul yığır (borc-xərc). Bizsə oxu zalında saatımızı saat eliyirik ((:
Ümumi Gigiyena, FarmakalogiyaPatoloji Fiziologiya fənnlərində hazırlıqlar gedir.
İnşallah yaxşı olar. İnşallah deməynən də.. Halva halva diməynən ağız şirin olmadığı kimi.. ((:
Ona görə diqqətsiz saxlıyıram hələlik blog`u. Onsuz adresi dəyişmişəm tapmağ çətindi ((:

P.S şəkili çox sevdim...

12.19.2010

ESP - BAR


Espanyol
1-5
Barcelona

Catalan derbisi. Gözlənilən növ oyun sərgilədi. Amma rəqib əvvəlkilər kimi zəyif olmadığından kontr ataklarda çox təhlükəli mövqe göstərirdi. İlk iki qolu birinci taymda vursağ da, növbəti taymın çətin olacağı təəccüblü deyildi. Pedro`nun vurduğu qoldan sonra, Espanyol artığ arzuladığı qolu vurdu. Mənim təəssüfləndiyim, Barcelona`ya 14 oyundu qol vurulmaması idi. Heçnə olmaz bu 14 oyunda vurduğu 33 qolun müqavilində qapısında cəmi bir qol görmüş oldu. Sonrakı iki qol isə Villa`nın sayəsində oldu.

Pedro, Xavi, Pedro, Villa, Villa

Highlights