12.31.2010

2011


2010`cu il düz 6 saat yarımdan sonra silinir, yerini 2011`ə verir. Bu günsə hamı sevinir. Mən demiyəcəm sizə ki, mənim üçün mənası yoxdu bu günün və ya çox böyük dəyəri var ki, əslində ən adi günlərdən biridir. Qısaca icmal kimi mənim üçün 2010`cu ili xarakterizə edəcəm.


Yanvar 2010
Əvvəli gərgin hazırlıqlarla yadda qalan təhsilimizin gözü-işığı imtahanlarla yadlarda qalır.
Və keçən 2009`un bitmə abu havası ilə bir göz qırpımında bitir.

Fevral 2010
Əslində adi ay olsa da. Bu il çox marağlı keçmişdi.
13 fevral atamın ad günü və elə həmin gün HOST`un ad günü ilə məni sevindirir.
Heç şübhə də doğurmadan sonda Rekviem konserti ilə əla başa çatır.

Mart 2010
Niyəsə Mart eşidən də Novruz bayramı ya da düşür. Və hamı b bayramı qey edir.
Mən də kənara çımıyıb deyim ki, uşağlarla sıx görüşlərimizin olduğu. çərşəmbəaxşamlı bayramlı bir ay olur.

Aprel 2010
Zəhləm gedir bu aydan gülüş bayramı olduğuna görə yox bu ayda həmişə xəstələnirəm deyə.
Xəstələnmişdim. Elə də xüsusiyyəti olmayan bir ay kimi yadda qalır.

May 2010
Dərslər qutarır və ən vacib olan 3 ayın gəlişini gözləməklə imtahanların gərgin və sıx vaxtı..

İyun 2010
O qədər gözləməyimə dəyən Biokimya imtahanından kəsilməyimi də əlavə etsəm. Marağlı ay..

İyul 2010
Hardasa Paytaxdan düz 300 km uzağdayam və təmiz hava ilə qidalanıram əlimdə vərəq, qələm nəsə yazıram.

Avqust 2010
Paytaxta çox da olmasa biraz yaxınam Böyük Qafqazın ətəyi. Fındığ yiyirəm.. ((:

Sentyabr 2010
Yeni dərs ili ilə salamlaşmağ, öyrəşməy, kəsir imtahanı elə tez keçir ki, növbəti ayı da bunun kimi keçiririrsən...

Oktyabr 2010
Sevirəm bu ayı amma tez keçir gedir. Ad günümü qeyd edirəm. yağışın altında saatlarla gəzirəm...

Noyabr 2010
2003`cü ildən sonra bu ay xüsusi olub mənə. Bu il də dəyişiklik olmadı.
QısaQapanma üçün konsertdə olduğ və uzun üç nöqtə..

Dekabr 2010
Elə yeni il gəlir, yeni il gəlir adıynan başlıyır. yeni il gəldi, yeni il gəldi deyə-deyə keçir...

Elə də xüsusi bir şey baş vermədi bu il. Heç gözləmirdim. Qaraskopda oxumamışdım nə olacağ 2010`da deyə..
İndi gedim oxuyum. Bəlkə nəsə oldu. ((: sağolun

Happy New Year!!
Everybody Gloww!..