12.17.2010

Dəyişib..


Dərsdən çıxmışam evə gəlirəm. Artığ uni-məhlə adlı uzun bir yolu elə də az vaxt sərf etmədən geridə qoyduğdan sonra məhlə girdim. Çox nadir hallarda olsa da həmişəki kimi qabağıma çıxan köhnə tanışlar, qonşular çıxmasına baxmayaraq təəccübləndirən halla rastlaşdım. Adətim olmayan "Salam" sözünü işlətsəm də məni heç görmüyüb yanımdan keçən Xəlil əmi, Ədilə xala, 3`cü blokdan Vüsal və liftin ağzına çatanda qapı qonşumuzun məni tanımadan yoluna davam etməsi, içimdə şübhəli suallar yaratmağa başladı. Gülməli olsa da dedim bəlkə ölmüşəm kinolardakı kimi, ruham indi və heç kim məni görmür ((: 
Liftdə güzgüyə baxdıqdan sonra gülümsədim:
- Salam, Necəsən?
- Yaxşıyam sağol.. ((:
...
Evə gələndə Mama ilə görüşəndə:
- N`olub yenə?
- Heç camaat artığ əvvəlki deyil.
Səbəbini soruşmadan gülümsədi..
Gülümsəməyinin səbəbi artığ hər şeydən narazı olduğumnan təəccüblənməməsi idi. İş də orasındadı.
İnsanlar dəyişib. Dəyişib deyəndə bir az nisbi səslənir. Əsas olan nə istiqamətdə dəyişib, və niyə?
Hamı bilir. Hamı susur...
bilmirəm, bəlkə elə belə yaxşıdı? \\:

P.S heçnə..

17.12.10