12.01.2010

Eqoist


Bəlkə keçmişi yada salım, çox darıxıram..
Elə əvvəldən gəlim, açıb şəkilləri uşağlığımı yada salım.
Kiçik əllərimə toxunum.. o əllərə toxunan əllərə baxım..
Məni o zamanlar çox sevirmişlər. ağlıyım, sızlayım. böyüdüyümdən utanım...
Böyüdüyümü yadıma saldım.
Niyə hər dəfə peşman oluram. Bir dəfə də etdiyimdən fəxr edim..
Bax bu nəyəsə dəyər deyim.
-Çox demisən..
-Çox demişəm? yadıma gəlmir. Niyə?
-Unutqan insan olduğundandı bəlkə?!
-Yox mən elə deyiləm.
-Eh... yenə başladı. Rahat özünü tənqid edirdin...
-Nə?...
-Eqoistliyini deyirəm. Başladın yenə də... sənnən adam olmuyacağ! Beləcə də davam edəcəysən. Sən özünü tanımırsan. Və özündən çox razısan və bitti!..
-Nə bitti sən nə danışırsan? Səhv deyirdin axı. Mən eqoist deyiləm!
-...
-Ey, hara getdin?..

P.S yazını yarımçığ. heçnəyə yaramaz halda buraxıram. Məncə vermək istədiymi mesaj açığ aydındı. Özünüzü bir qabağınıza qoyun! Papağdan keçib. Və utan özündən. Çünkü sən heçnə etməmisən. Bu sən timsalda hamıya aiddir, nəyəsə nail olmuş insandan tutmuş heçnəyə nail olmayan insana kimi... Bill Qeytsdən, Snup Doqdan və s.'dən tutmuş, Toniyə, Coniyə, Əhmədə kimi...
P.P.S bir də özünüzə və mənə həmişəki kimi məntiqsiz sual vermiyin ki, o biri danışan kim idi?!!

01.12.10