12.18.2010

The Social Network

...
Arada ADSL`imlə bağlı olan problemlərin sayəsində bu kinoya baxa bilməmişdim. Ona görə də "baxacağlarım" adlı list`də çox gözləməli oldu. Sonda baxdım təqribən 5-6 gün əvvəl və dəhşətə gəldim. Ümumilikdə bu tip kinoları sevirəm, realda baş vermiş hadisələrə söykənən və qeyri-fantastik (düzdü burda elə də inandırıcı olmayan rəqəmlərdən söhbət gedir) filmlərdən. Hə nə deyim, baxdım. facebook.com`un yaranmasına və indiyə kimi gəldiyi yollara qədər, doğurdan da marağlıdır.

....
Filmdə  Mark Zukerberq adlı gənc bir proqramist tələbənin 500.000.000 nəfərlik kütləni heyrətə gətirən sosial internet şəbəkə yaratması bəhs edilir. Bu ideanın ağlına gəlməsi film boyu şübhəlilik törətsə də, oğurluq olduğuna dair şübhələr daha məqsədə uyğundur. Ona görə də məhkəmələrə dəvət alan bu xəsis oğlanın, bəlkə də hamıdan üstün tutduğu sayt arzuları çin olur və o dostu ilə birgə bu ideanı gerçəkləşdirir. Əvvəlki adı thefacebook.com`la işə başlıyırlar və daha da mükəməlləşdirə-dirə çox az bir zamanda maximum yuzer sayını keçir. Çevrəni daha da genişləndirmək istədikcə bu şəbəkə məhşurlaşır. Getdikcə bütün dünyaya yayılırdı. Sonradan bu iki gənc oğlan Sean Parker adlı çox uğurlu olmayan kariyeraya sahib saytmeykerlə danışığlara gedirlər. Və bu gündən bu iki dostun münasibətləri və thefacebook.com`un gələcəyi dəyişir. Mark maliyə problemlərinə görə dostundan ayrılır və Sean`la çalışmağa başlıyır. Beləliklə adı dəyişən facebook`un ən qlsa zamanda 1.000.000 yuzerə çatması artığ böyük bir problemə çevrilir. Bu sayt sanki partlamağa həran hazır böyük bir bomba idi. Günü gündən böyüyür və yuzerlərinin sayı artırdı. Yeni dəyişilərlə birlikdə, çoxlu gəlir gətirirdi. Məhkəmələrə düşmə səbəbi də elə bu idi...

.....
Filmi çox iyrənc başa salıram ümumilikdə mən. və ona görə baxmağa dəvət edirəm.


......

The Social Network - Trailer (2010) HD New Full from GetMovie.Us on Vimeo.

P.S Onu deyim ki, filmdə çox kiçik idealardan, çox böyük bir şey əldə etmək olar kimi böyük bir idea var. Mən çox çalışıram bu fikri dəyərləndirmək üçün. Adam əslində istədiyi etməlidir. Təbii ki, cəmiyyət çərçivəsində çıxmama şərti ilə. ((: