12.09.2010

Başa düşdün nə demək istədiyimi...


Günü yaxşı keçirdim, pis keçirdim. həyatımız necə də mənasızdı...
Məncə hər gün təəccüblənməliyik... ki, nəsə öyrənək...
Heç vaxt getmədiyiniz, ya da çoxdandı getmədiyiniz yerlərə gedin...
Şəkillər çəkdirin... hmm.. elə dedim ki, guya özüm dəhşət də dəyişiylik edənəm...
Amma çalışıram (axır vaxtlar)... çalışıram... çalışıram...
Ən azınnan sənə baxanda mən xoşbəxtəm...
Əlindən tutub, "uşağ kimi" ilk dəfə karuselinə mindiydəki kimi həyəcanlanan sevgilim yoxdur...
Amma oxuduğca həzz aldığım kitablarım var...
Valideynlərimin hesabına aldığım son model maşınım yoxdur...
Onun əvəzində baxmadığım bir sürü kino var...
Ətrafdakı insanlarla elə də isti əlaqəm yoxdur...
Əvəzində əsl dəyər verdiyim bir neçə insan var...
Özümü təriflədiyim bəsdir. Başa düşdün nə demək istədiyimi...

P.S bu yazıda elə də xüsusi məna yox idi. baş sındırmağa çalışma. tapsan nəsə çəkinmə şərh yaz görəy ((:

09.12.10