5.14.2011

Biutiful


Bu pulsuz bir adamın hekayəsidir. Zülmət işıqları ilə dolu bir yolda. Öləndən sonra insanları, Uxbal xilas edən qəhrəman və 2 ölüm təhlükəsində olan uşağların atası. O iylənmiş reallıqla mübarizə aparmağla məşğuldu. Sonda görür ki, bu onu sevmək, bağışlamaq və əbədi taleyindən çox uzağdı.


5.10.2011

hədiyyə.

...yadımdadı, uşaq vaxtı bir dəfə çətirimi itirmişdim. çox ağlamışdım həmin vaxt. çoxdan arzuladığım bir şey idi. ağladım çox! tərsliydən yağış yağırdı. mənsə dayanacağda ağlayırdım. yağış yağmağa davam edirdi. yağırdı. yağırdı. birdən damcılar məni özünə çəkdi. məni ordan çıxardı. göz yaşlarımı yudu. qucağladı, qucağladı.. üstüm tey yaş olana kimi, onunla oynadım. indi də oynayıram. və yəqin ki, o dünyaya gedənə kimi oynayacam.. kim bilir bəlkə orda da yağış var. bəlkə orda da oyanayaram. ((:

5.06.2011

Siesta

insanlar heç dəyişmiyib.
bunu xasiyyətlə əlaqələndirmək ən düzgün qərardı. çox düzgün yanaşırsan.
bu gün və ya 10 gün sora və ya bir il, 10 il sonra istənilən tanışına yaxınlaşıb. ən primitiv dialoqlar qursan da görərsən ki, o elə sən qoyduğun hamamdı, o köhnə tasdı. ((:
sevgiləri də elə qanad çalır o əvvəlki illərdəki kimi pupdan açılan kəpənək sadəcə 1 günlük..
bunun istedad olduğunu fikirləşirsən. sora dərin ah çəkirsən.
o "ah"ın səbəbi mənə məlumdu. dərd eləmə. düzələr
oturub istirahət eləmək istəyirsən. 10 saatlıq həyatında 1 saat yatmağ.
10 illik həyatıda 1 saat avaraçılığ etmək istəyirsən..
sonra özünə bir gün səhvən güzgüdə baxırsan uşağ vaxtı necə dəcəl idinsə elə indi də dəyişmədiyini görürsən. gülümsəyirsən və heçnə demirsən..

Sponsored P.S: join to Siesta

4.18.2011

jbfsdbf


mənim indi hər günüm marağlıdı,
çatlasın düşmənlər onlar artıq arxadadı.
çoxdandır yazmıram dedim, götürdüm
vərəq köhnə qırağ bucağları əzik-üzük
tale "dostlarımızın" barmağlarına qalın üzük
təbii ki, bunlar hamısı sözlərdi, etmə ağzını büzük.
bəsdi artıq yazmıram, yuxu edir gözlərimi bükük



3.24.2011

dshnmrm


bu yollarda tərk edildim
indilərdə gəldim baxmağa
o amansız gündən
çox izlər qalıb arxada
düşünmürəm mənə lazım olar
bir daha yada salmağa
diqqət yetir mənim kəlmələrim
qan ağlıyır ürək fəyadına
sərtmi oldu həyat mənə? yox.
məndən də əzab çəkənlər çox
onda bu nə? əzabmı lazım mənə
unut getsin yenə
biletim ölüb yerim boş qalacağ
bu gün məna axtaran sabah tapır
axtarmayan deyir mənə
soyuğdan donmamağdan çox
bu sual mənə marağlı niyə?
cavab gəlmədikdə nə olsun ilə
göz yaşlarım başladı..
"bu günlük də bu bəsdi"ylə.
bla bla ze ze zeee...

PS, yenə də tərk et məni!!

19:20 
24.03.2011

Novrooze