2.06.2010

Monea("pis" yaxşı)(part1)



Ölümün son adım olacağını çox eşitmişəm ona görə də özümdə dərin mövqeylər tutdum...
Zamanı boğdum bir anlıq və boşluğu dərk etmək istədim. Fəza xəttlərindən zamanın dördüncü olduğunu bilirdim. Amma bu dünya alimləri tərəfindən hələ kəşf olunmadığı üçün öz müəmmalığın saxlayır. Bunu mən də axtardım, və yalan olduğunu qərara aldım. Oturub Einştein kimi bu xətti fikirləşirdim. Boşuna Fizika və ona uyğun "elmləri" oxuyurdum. Zamanı dərk etmək üçün isə biraz fəlsəfə. Materializmdən idealizmə. Bu macəralar mənə böyük ölçüdə kömək edən yollardan birini verdi. Həyatımda inanılmaz dərəcədə keçidi, mənə yaşamın, yaradılışın mövcudluğu zad, bu fikirlərə qarışmağımı təmin edən iri addımlar...
Yazılar və HOST...
HOST`un, böyük ölçüdə isə QaraQan`ın "Qısa Qapanma" albomundakı öz daxili fikirləri... İlk dəfə mənə yaxın olan insanların olmasını bildirdi... Hələki belə insanlar çox az qarşıma çıxıb. Amma təkcə yaşadığım "ölkədən" yox yer kürəsində belə insanların olmasına inamım 1-5 artdı...
Mübarizəmizi əhatə edən prizma sındı... Və hərşeyin özünə qarşı mübarizədən başlamağına bərkitdim... Nəfisini gəbərt! Səni əhatə edən suallara keç!
Məni "öldürən" suallara cavabı elə özüm verirdim. Və bir müddətdən sonra isə o verdiyim cavabları dəyişirdim, çünkü yenə də boğurdular...
Mən həmişə demişəm insanın ən böyük müəllimi, elə özüdür. Sən ancağ sənə kömək edə bilərsən. Mənə sənə ancağ sən kömək edəcək. Valideynlərə inanma çünkü onların yaşından keçib. Onlar da bu dövrü keçiblər, lakin, "ölüblər". Ona görə də "ölülərdən" kömək istəmək, sənin yorulmağına gətirib çıxarır, sən özün də bilirsən ki sənə yorğun tələbə lazım deyil...
Sən "ölümdən" keçmisənsə növbəti etab Yaşamın dərki... Həyatda səni yaradanı və yaradılışın sirrlərini anlamağa...
Məncə məni və məni əhatə edən hər şeyin yarısını Tanrı yaradıb. Bu sualı cavbalandırmağçun mənə yardımı olan yenə də mənəm. Lakin uzağ görmüş. Hər bir dini əhatə edən kitablar. Və Əsas dini kitabları oxumaq. Düzdü hələki dəqiqləşdirməmişəm. Lakin məncə bu mənə ömrümün axırınacan bəs etməz, çox az vaxta...
Hələlik qərarım heç bir dinin olmadığı bir mühitdir... Deizm...
Sonradan bunun da qollarının olduğunu gördüm ona görə də oturub fikirləşməliyəm...
Belə isə dünyanı fikirləşmək lazımdı...
Mənə görə yox belə baxanda hamı müharibəyə qarşıdı, amma, hamı onu istəyir. Çünkü elə bir ölkə yoxdu ki, onun bu problemi olmasın(istisnalar var).
Nifrətim insanlara qarşı, ətrafımda yalan danışan, özünü aldadan insanlara qarşı.
Ona görə də sevmirəm onları, amma, onlardan ayrıla bilmirəm...
Belə, anarxiyalara, mentalitetlərə baş qoşmadım. Onlara qarşı olmadım...
Heyifslənirəm faşistlərə, yəhudilərə etdiklərinə görə. Qırılmış o qədər insana görə...
"İtirdim yaşanan o illəri ki, heç yaşanmıyıb."
İndilərdə qismən mənim kimi fikirləşən uşağlarlayam. Onlarla birlikdə qrup yaratmışıq əsas məqsədimiz vaxtımız marağlı keçməsi, cəmiyyətdə boğulmamaq... (WMI)
Mən isə həmişə özümlə olmuşam, ona görə özümə yaxın olanları seçib onların özləriylə tanış olmağ istəmişəm.
Məni sevən hər kəsi sevir. Mənə nifrət edənlərə isə heç özümü yormuram... Heç nifrət belə etmirəm...
İndi bilmirəm bunun axırı necə olacağ? Axıra çatacağmı? yarıdamı qalacağ bilmirəm...
hər halda bu vərəqdə öz həyatımnan yazmağ istədim bəlkə bunun davamını yazdım sora heç onu da bilmirəm...
Bu yazını 22:02`də 05.02.2010 tarixində yazdım, o da boş-bekar oturduğum üçün idi...
Ardı var...