2.22.2010

Zamanın bağırtısı...


Zaman keçir.Tik-tak,tik-tak deyə səsləri gəlir,ətrafdakı səs-küyə baxmayaraq qulağıma pıçıldayır:”Dayana bilmirəm,gedirəəmm” deyə...Pıçıltı yüksəlir getdikcə.Bağırtı ancaq mənim qulağıma səslənir,deyəsən,burda. Dinləyirəm,anlayıram,bilirəm,susuram.Susqunluğum zəifliyimin ifadəsi,zaman qarşısında susuram..Danışdıqda danışmqmı ki mənimki?Susqunluğum zəifiyimsə,danışmağım bədbəxtliyim..Danışdıqca batıram.Qəlbimin dərinliyində parçalanır bir şe,çökürəm dərinliyə.Əsl səsim gizlədilib bu boşluqda.mən'im MƏN'imi gizlədib.Qışqırır ağlayaraq,ancaq hıçqırtıları çatır beynimə,bu hıçqırtı çox şey deyir mənə əslində.Bəlkə də,anlamıram...Zaman keçir...Nisbidir deyirlər.Zamanımızı bizmi yaradırıq?Omu bizi aparır,bizmi onu?Onun başlanğıcı hanı?Hər birimizin zamanı özəlsə,yaşım qədərmi?Yoooxx,bəlkə,bizik nisbiləşdirən də,özəlləşdirən də?Alışmışıq buna,bölmüşük onu a özümüz kimi.Bəlkə,O kimi o da əzəldən?Suallar,cavalar...Yoox,cavabsız suallar,bir də qaçışlar.Suallardan qaçışlar,qaçışlarımın sonu-“Çıxışlarım”-Yeni qaçışlarımın mənbəyi...BOĞULURAAAMMM.Hər tərəfim onlarla çərçivələnib.Mənim sərhədlərimdir onlar,dairə boyu qaçsam da,son başladığım nöqtə.Bir periodda qət olunan məsafənin “Vahid”inin nə fərqi ki?Tezlik də bir gün,bir ay,bir yaş?Önəmsiz...
Tik-tak,tik-tak.Bu səs ölümümə doğru addımlayır,mənim zamanımdırsa,mənim,ümumidi
rsə,dünyanın...Vəzifəsini yerinə yetirərək sonuna qaçır o.Əbədilik öldürəcək onu.O öləcək,bizi əbədiliyin ixtiyarına verəcək...Çox güvənməsin o da özünə,onun da gücü bir yerə qədərdir.Amma hələki onun dərinliklərində hər birimizin səssiz bağırtısı qalır.O gedirrr...Vecinə də almır onu günahlandıran sözləri.Hər atışı-anı ilə bizi həyata çağırır yenə də,dirilməyəə,yaşamağaa.Kim bilir?Bu səsə hardasa biri də qulaq asır,kim bilir,olmasın bu səs, bir “saatdakı” qum dənəciklərinin tükənməsinə nə vaxtsa birisii də baxıb,ölümünü gözləyib,qum dənəciklərini qatilləri kimi görüb.Kim bilir,o qatilləri mən də tapdalamışam,kim bilir,torpağa qarışan o qumların altında neçə-neçə cinayətləri gizlənir...
Heeh,zaman hələ də axır,gedir.O,bir gün olacaq sonuna,bizsə başlanğıcımıza doğru irəliləyirik.Tərs mütənasiblik...Tik-tak.Mon
oton səsin arxasında həzin bir qışqırıq,duya bilənlərə,duymaq istəyənlərə:”Mən sizi qovmuram,siz məni qaçırdırsınız” deyir o səs,bəlkə də,kim bilir?Mənə də deyir:”Həə,neyləyirsən?Səsli sinif otağında səssizliyinlə gələn səsləri də duymamazlığa vurub sakitcə gözləyirsən...Nəəyiii?Zəngii?Sonra?O biri zəng?Həə?Daha sonra?Nəhayətində ölümün?Başlanğıcın?Nəyi???Bilirsəənn...Qovursann mənii,,tələsdirirsən,tələsirsən,qaçırsan yeni bir başlanğıcla əbədi sonsuzluğa doğru.Bu sonsuzluq sənin “Sonun” olacaq belə getsə.Sonsuz dövrə dönəcək “Yaşamın” cəhənnəmin içində.Cinayətin həyatın,cəzan ora...Duy səsimi,duy səsimi,artıq başlaa,başlaa!!!” 
by Chechako 
Fizika dərsində =))