7.16.2011

Kaybedenler Kulübü - Aşık Olmak

rəngli dünya

-dünya 3 rəngdən ibarətdi. yaşıl, mavi, qara
-niyə 3? niyə yaşıl?
-yaşıl bitkilərin rəngidi. gözəlliyin rəngidi. insanlar hələ bütün bitkiləri məhv etmiyiblər.
-mavi niyə?
-mavi, köksündə quşlar üzən səmanın rəngidi, bax o təmiz səmanın. insanlar hələ elə uzun binalar tikmiyiblər.
-yaxşı bəs niyə qara?
-o isə elə həmin o insanların çirkli fikirlərinin rəngidir. və get gedə tündləşir. ola bilsin yaşılı və mavini də sonsuz göyqurşağında basdırsın. bütün dünya qara rəngə boyansın.

16.07.2011

7.15.2011

torrent

sevgi torrent file kimidi.
nəsə lazım olanda pause`a basıb, gündəlik normal işlərinə qayıda bilirsən.
bitirdikdən sonra isə dərindən nəfəs alıb yenidən start - davam edə bilirsən.
heçbir sevgi sonsuza qədər davam edə bilməz.
haçansa file error verəcək ya da ən gözəl halda yüklənib bitəcək.((:

15.07.2011

...

səninlə mənin arasında olan boşluqda üzürəm sanki.
hərdən boğuluram səni məndən ayırdığına görə,
hərdən isə üzgüçülər kimi dərinliklərə baş vururam.
çünkü sevmirəm səni. mən sənə vurulmuşam
bu isə sevgi kimi, belə bir-iki günlük deyil...

15.07.2011

7.08.2011

anti"antisistem", biraz da NET



insanların həyatlarına qarışıb, onların gündəlik eyni şey etdiklərini və bunun çox sıxıcı olduğunu deyən insanlar var və qabağlarına çıxan hər "divara" "fuck the system" deyənlər var.

7.04.2011

R, C, N, P

Dəhşət bir şey edirik uşağlarnan.
çox yaxında gözlərin bərəlməsinin şahidi olacağsınız..
bomb comin` up..

7.03.2011

Blog ((:


Həmişə arxivləri qurdalıyanda necə də mənasız və heç bir zəhmətə dəyməyən yazılar və s.`lərlə rastlaşıram. bütün. hətta bir gün əvvəl yazdığım yazı da indi xoşuma gəlmir. deyirəm bu nədi yee yazmışam. amma başqa tərəfdən baxanda da fikirləşirsən ki, o dövr nə bilim uşağ idim, ya bu başıma gəlmişdi, bunu bilmirdim kimi, şeylər var. və "hər şey öz vaxtında, öz anında gözəldi" kimi bir şey var. o yada düşür. və deyirsən ki, ee elə yaxşı ki, olub, yaxşı ki, baş verib nəbilim, yaxşı ki, mövcuddu. :))
bu ay - dəqiq bilmirəm hansı gün bu blog`umun 3 yaşı tamam olur. çox insandan yaxın olub mənə. çox insandan çox xeyri dəyib mənə. nə bilim bu tip bir neçə cümlə daha.

Happy Birthday!!