8.25.2009

24 avqust 2009


Bu gün sakit oturmaq deyildi məqsədim,
İstədim çıxım bayıra, bir az keff edim.
Dedim vaxtım yoxdu həm də yorğunam,
Günüm boş keçdi indisə mən peşmanam.
:))
Bu dörtlüyü indi yazdım..
İmza: Evdə könüllü dustağ

8.23.2009

23 avqust 2009


Paradox`ların məcmuəsi.
VAllah belə baxanda maraqlı keçdi.
Özümlə söhbət. Maraqlı nüanslar.
Və onlardan çıxan nəticələr.
Yaxında bu mövzunu açacam. Geniş miqyasda.

İtən vərəqlər... by Rafit

1960’cı il. Mən o biri dostlarımla birgə nəşriyyatdan təzə çıxmışdım. Fizika dərsliyi. Həm də o dövrün ən çox gözlənilən kitabı...

Bütün məktəblər və şagirdlər bizi almağ üçün can atırdı. Oxuyan uşağlar...

Məni bir məktəb almışdı. Məktəbin adı yadımnan çıxıb amma yaxşı məktəb idi. Hər il bir uşağa oxumağ üçün verirdi. Sonra növbəti. Belə-belə uşağlar məni oxuyurdu. Hə nə dyim? Ömrümün düz 20 ilini belə keçirtmişəm. Çox yaxşı illər idi.

Sonra da yeni dərslik çıxdı. Bizi kitabxanaya təhfil verdilər. Kitabxanadadakı, 2-3 ildən bir açıb vərəqliyirdilər. Hə yaxşı yadıma düşdü, bir gün bir uşaq mənim vərəqlərimnən birini cırıb götürmüşdü. Neçə il idi o vərəqi axtarırdım. O vərəqdə Einşteinin nisbilik nəzəriyyəsinə görə enerji düsturunun (E=mc2) açılışı var idi. O açılışsız düsturu başa düşmək olmazdı. Nəisə...

Bir 20 il də belə keçdi. Bizdən sonra gələn dərsliklər də köhnəlmişdi. Onları kitabxanaya gətirəndə artığ yer olmadığınnan köhnə kitabları atmalıydılar. Bizi düz məktəbin həyətində bir kənara qoydular ki sonra atsınlar.

Bir neçə gündən sonra bir uşaq xəlvətcə məktəbin həyətinə girərək kitablardan bir neçəsini çırpışdirdı. O, kitabların içində mən də var idim. Vərəqlərim də köhnəlmişdi. Bir-birindən aralanmışdı...

Mənim bunnan sonrakı talehim bir tumsatanın yanında keçdi. Düzdü məni vərəqliyirdilər amma oxumağ üçün yox tum paketi düzəltmək üçün.

İtən vərəq yadıma düşdü. Bir zamanlar bir vərəq üçün narahat olurdum. İndi isə bir-bir bütün vərəqlərimi itirirəm...

P.S: Mən bu kitabı oxumuşam.

22 avqust 2009


Bu gün orucluq ayı girdi..
Mən də oruc tutmuşdum.
Allah hamının orucunu qəbul etsin!
Amin
Belə isə heçnə eləməmişəm.
Bla bla bla

8.22.2009

Bu gün... by Rafit

Bu gün 2 aldım.

-Heçnə olmaz sabah oxuyaram, düzəldərəm..

Bu gün müəllim mənim üstümə qışqırdı.

-Heçnə olmaz gələn dəfə özümü yaxşı apararam..

Bu gün imtahanı verə bilmədim.

-Heçnə olmaz payızda hazırlaşaram, verərəm..

Bu gün öz sinif yoldaşımnan dava elədim.

-Heçnə olmaz sonra barışaram..

Bu gün universitetə daxil ola bilmədim.

-Heçnə olmaz gələn il daxil olaram..

Bu gün semestr imtahanından kəsildim.

-Heçnə olmaz gələn dəfə verərəm..

Bu gün iş tapa bilmədim.

-Heçnə olmaz sabah qəzetin başqa səhifəsinə baxaram..

Bu gün o, evi ala bilmədim.

-Heçnə olmaz daha çox pul yığaram, alaram..

Bu gün verlşə baxa bilmədim.

-Heçnə olmaz sabahsı gün təkrarına baxaram..

Bu gün yeni ili yaxşı keçirtmədim.

-Heçnə olmaz gələn il dostlarımnan birgə, marağlı keçirərəm..

Bu gün sevdiyim qıza onu sevdiyimi etiraf edə bilmədim.

-Heçnə olmaz gələn dəfə diz çöküb təntənəli surətdə söyləyərəm..

Bu gün istədiyim maşını ala bilmədim.

-Heçnə olmaz yarısını özüm, yarısını da kreditnən alaram..

Bu gün bir şirkətdən təklif gəlməli idi.

-Heçnə olmaz sabah yadlarına salaram..

Bu gün telefonum əlimnən yerə düşüb qırıldı.

-Heçnə olmaz təzəsini, onnan da yaxşısını alaram..

Bu gün oğlumun istədiyi oyuncaq mağazada qurtarmışdı.

-Heçnə olmaz dedim, sabah yenisi gətirəcəylər..

Bu gün stadionda Azərbaycanın oyununa bilet tapa bilmədim.

-Heçnə olmaz TV’də canlı baxaram..

Bu gün oğlumun istədiyi qızın evinə elçi gedəcəydik. Problem çıxdı gedə bilmədik.

-Amma heçnə olmaz gələn həftə gedərik..

Bu gün dostum rəhmətə getdi, amma, mən yasa gedə bilmədim.

-Heçnə olmaz 3’nə gedərəm..

Bu gün həkimin yanına getməliydim. Artıq ürəyim xəstədir.

-Heçnə olmaz həkimə deyərəm ki, sabah gəlim..

Bu gün 1 yaşına hədiyyə ala bilmədim.

-Heçnə olmaz gələn il 2’ini alaram..

Bu gün isə xəstəxana palatasında gözlərimi açıram. Və ətrafımda bütün yaxınlarım. Mən bilirəm ki, son nəfəsimdi.

-Amma, onu da bilirəm ki, bunun heçnə olmazı, gələn dəfəsi yoxdu...

THE END

P.S: Ölümnən başqa, hər şeyə çarə var!

Tekliyimde sen dediyim men... by Antimefistofel

Sən təksən.Sən ancaq özünə aidsen.Qiraqda gorduyum her şey sadece goruntudur.Insanlar senin gozunde gorunen şekilden başqa 1şey deyil.Sen heç kimle danişmirsan.Sen ancaq ele ozunle danişirsan.Senden başqa heç ne yoxdur.Her şeysene goredir.Sen oz filminin baş rol ifaçisisan.Senin rejissorunsa,senin duşunduklerin ve seni yaradandir.Sen kim oldugunu eslinde bilmirsen.Sen kim oldugunu heç vaxt da bilmeyeceksen.Çunki,sen bunu bilmeyin her şeyin boşluga çevrilmeyine,menasizligna,getirir. ve bu ise her şeyi mehv olmagidir.Mehv olmagi heç vaxt da bilmeyeceksen,derk ede bilmeyeceksen.Bile bilmezsen.Çunki mehv olmamisan.Çunki eger mehv olsan sen artiq olmadigindan mehv olmagi da bilmeyeceksen.Sen kimsen?Sen guya insansan.Bes insan kimdir?Axu o biri kenardakilar da guya insandir.Bes sen axi o goruntulerden ayrisan.O goruntulere sen ancaq guzgude eks olaraq dost olursan.Eger onlar insandirsa,onda insan şekildir.Amma sen ki,şekil deyilsen.Bes sen nesen?Sen kimsen,nesen bunlari anlamayacaqsan.Onu bil ki,sen teksen.O gorduyun şekiller de eslinde tekdir.Bunu bele bilmelisen.Bele bilmesen deli olarsan.Bes deli nedir?Yox onu da bilmeyecksen.Çunki deli olmamisan,ya da ki,sen ele dogurdan da delisen.Amma bunun bele oldugunu sen bile bilmezsen.Axi sen delisen.Senle danişan yani men kimdir?Menim fikremce,SEN MENDEKI SENSEN.Butun heyatim boyu senle danişiram.Aha.Demeli men tek deyilem.Men mendeki senle birlikde yaşayiram.Bes mendeki sen kimdir???Sen kimsen bilmesen tebii ki,nece yarandigini da bilmeyeceksen.Amma bu qeder qeribe oldugundan tebii ki,oz başina yaranmamisan.Yaradilmisan.Tutaq ki yarandigimi nece oldugunu bilmedin.Bes niye yaranmisan?Bes bu qiraqdaki isteyirsen mendeki sene gore olan goruntu,mene gore olen var olan her şey alem,kainat niye var/Yaradilanlar ve yaradan niye var?Var olmaq niye var/Bes yox olmaq niye var?bes niye niye var?HE DERK EDE BILMIRSEN.Sen bu cavabsiz suallari men kimi.Mendeki sen sene sualim çoxdur,bitmir.Deyirem ki, sen varsan menle bu heyat boyu etdiyime gore cennete ve ya cehenneme duşum.Bes niyeaxi bu cennet,cehennem var.Quy heç bu dunya da,kainat da olmasin.Arxasinca olan ebedi olub ebediliyini de,ozunu de derk ede bilmediyim dunya da.Niye var bunlar?niye var melekler/niye var iblis?niye var kainat?niye men varam?niye var olmaq var?Amma sen,gorursen bir az da ireli getsem,artiq gunaha gedecek duşuncem.Çunki,artiq 1suala çatdim.O sual HEM USYAN,HEM ACIZLIKDIR.Amma yene de soruşa bilmirem.Çunki yaradan meni yaradibsa,bu qederi bexş edibse,menim haqqim yoxdu bu suala.He adi sohbetlere geldim.Çunki artiq gunahdan qorxdum.Neyse,mendeki sen.Ne deyim ele menden de,mendeki senden de qorxuram.Çunki cox mohteşem ve qeribeyik.Sagol demirem.amma helelik deyirem.GUYA.ÇUNKI ESLINDE HEÇ VAXT BIZ AYRI OLMURUQ.