8.22.2009

Bu gün... by Rafit

Bu gün 2 aldım.

-Heçnə olmaz sabah oxuyaram, düzəldərəm..

Bu gün müəllim mənim üstümə qışqırdı.

-Heçnə olmaz gələn dəfə özümü yaxşı apararam..

Bu gün imtahanı verə bilmədim.

-Heçnə olmaz payızda hazırlaşaram, verərəm..

Bu gün öz sinif yoldaşımnan dava elədim.

-Heçnə olmaz sonra barışaram..

Bu gün universitetə daxil ola bilmədim.

-Heçnə olmaz gələn il daxil olaram..

Bu gün semestr imtahanından kəsildim.

-Heçnə olmaz gələn dəfə verərəm..

Bu gün iş tapa bilmədim.

-Heçnə olmaz sabah qəzetin başqa səhifəsinə baxaram..

Bu gün o, evi ala bilmədim.

-Heçnə olmaz daha çox pul yığaram, alaram..

Bu gün verlşə baxa bilmədim.

-Heçnə olmaz sabahsı gün təkrarına baxaram..

Bu gün yeni ili yaxşı keçirtmədim.

-Heçnə olmaz gələn il dostlarımnan birgə, marağlı keçirərəm..

Bu gün sevdiyim qıza onu sevdiyimi etiraf edə bilmədim.

-Heçnə olmaz gələn dəfə diz çöküb təntənəli surətdə söyləyərəm..

Bu gün istədiyim maşını ala bilmədim.

-Heçnə olmaz yarısını özüm, yarısını da kreditnən alaram..

Bu gün bir şirkətdən təklif gəlməli idi.

-Heçnə olmaz sabah yadlarına salaram..

Bu gün telefonum əlimnən yerə düşüb qırıldı.

-Heçnə olmaz təzəsini, onnan da yaxşısını alaram..

Bu gün oğlumun istədiyi oyuncaq mağazada qurtarmışdı.

-Heçnə olmaz dedim, sabah yenisi gətirəcəylər..

Bu gün stadionda Azərbaycanın oyununa bilet tapa bilmədim.

-Heçnə olmaz TV’də canlı baxaram..

Bu gün oğlumun istədiyi qızın evinə elçi gedəcəydik. Problem çıxdı gedə bilmədik.

-Amma heçnə olmaz gələn həftə gedərik..

Bu gün dostum rəhmətə getdi, amma, mən yasa gedə bilmədim.

-Heçnə olmaz 3’nə gedərəm..

Bu gün həkimin yanına getməliydim. Artıq ürəyim xəstədir.

-Heçnə olmaz həkimə deyərəm ki, sabah gəlim..

Bu gün 1 yaşına hədiyyə ala bilmədim.

-Heçnə olmaz gələn il 2’ini alaram..

Bu gün isə xəstəxana palatasında gözlərimi açıram. Və ətrafımda bütün yaxınlarım. Mən bilirəm ki, son nəfəsimdi.

-Amma, onu da bilirəm ki, bunun heçnə olmazı, gələn dəfəsi yoxdu...

THE END

P.S: Ölümnən başqa, hər şeyə çarə var!