Dört divarı bu gün saydım 100 dəfə
Vaxtım keçdi mənim bax belə
Çox maraqlı zamandır addımlarım
Ömrümün sonuna bir az yaxınlaşdım
Bağla sən o gözəl iri gözləri
Fərqlilik artıq dəyişir nəbzimi
Sətirlərə diqqət yetir ginən sən
Özünə lazım olar fikirləşsən
Mən və mənim tənha addımlarım
Bu günü, sabaha çox ucuz satdım
Dəyər dəyməzə, mənim vecimə deyil
Çünki həyatda düzgünlüyə yox meyil
Sən get cəmiyyətin çürüy beyni
Səninki bu yumru dünyada gətirdi
Sənə bu gün yaşamağ çox rahat
Məktəb, universitet, qız, toy, həyat
Ya da düş, əsiri ol o qara ağın
Zəhərli bitkilərin qurudulmuş yarpağın
Yaşa öz ömrünü sən həzlə, keflə
Bu o olacağ cəlladın, baltası əlində
Ya ən maraqlı yaşam tərzi budur bax!
Bu kart, bu kazino, qumar axmağ
Nə var yaşıyırsan namuslu kasıb
Bicliylə pulu qazanmağa az qalıb
Şəhərli, olsun sənin partfel, ofisin
Yesinlər onun bu marka hobbisin
Azərbaycan keçə bilmir erməni lobbisin
Marağlıdı niyniyəcik bu oyunun qalibin