8.23.2009

İtən vərəqlər... by Rafit

1960’cı il. Mən o biri dostlarımla birgə nəşriyyatdan təzə çıxmışdım. Fizika dərsliyi. Həm də o dövrün ən çox gözlənilən kitabı...

Bütün məktəblər və şagirdlər bizi almağ üçün can atırdı. Oxuyan uşağlar...

Məni bir məktəb almışdı. Məktəbin adı yadımnan çıxıb amma yaxşı məktəb idi. Hər il bir uşağa oxumağ üçün verirdi. Sonra növbəti. Belə-belə uşağlar məni oxuyurdu. Hə nə dyim? Ömrümün düz 20 ilini belə keçirtmişəm. Çox yaxşı illər idi.

Sonra da yeni dərslik çıxdı. Bizi kitabxanaya təhfil verdilər. Kitabxanadadakı, 2-3 ildən bir açıb vərəqliyirdilər. Hə yaxşı yadıma düşdü, bir gün bir uşaq mənim vərəqlərimnən birini cırıb götürmüşdü. Neçə il idi o vərəqi axtarırdım. O vərəqdə Einşteinin nisbilik nəzəriyyəsinə görə enerji düsturunun (E=mc2) açılışı var idi. O açılışsız düsturu başa düşmək olmazdı. Nəisə...

Bir 20 il də belə keçdi. Bizdən sonra gələn dərsliklər də köhnəlmişdi. Onları kitabxanaya gətirəndə artığ yer olmadığınnan köhnə kitabları atmalıydılar. Bizi düz məktəbin həyətində bir kənara qoydular ki sonra atsınlar.

Bir neçə gündən sonra bir uşaq xəlvətcə məktəbin həyətinə girərək kitablardan bir neçəsini çırpışdirdı. O, kitabların içində mən də var idim. Vərəqlərim də köhnəlmişdi. Bir-birindən aralanmışdı...

Mənim bunnan sonrakı talehim bir tumsatanın yanında keçdi. Düzdü məni vərəqliyirdilər amma oxumağ üçün yox tum paketi düzəltmək üçün.

İtən vərəq yadıma düşdü. Bir zamanlar bir vərəq üçün narahat olurdum. İndi isə bir-bir bütün vərəqlərimi itirirəm...

P.S: Mən bu kitabı oxumuşam.