O elə heeey gedir. Getdiyi yer məlumdu. O gözlə görünmür. Heç səsi də eşidilmir. Amma insanlar onu kəşf elədilər. O çox qəribədir...
O hər şeyi görüb. Planetlərin yaranmasını. Onların necə formalaşmasını. Yerdə Ozon təbəqəsinin əmələ gəlməsini. Yerdə necə canlı varlıqların yaranmasını. Qütblərdə buzlaqların necə yaranmasını. Okeanların, güclü yeraltı təkanlar nəticəsində necə dağların əmələ gəlməsini. Onların arasında iki hava cərəyanın toqquşması nəticəsində necə ildırım çaxmasını. Buludların yaranması və onlardan ilk yağış damlalarının necə yerə düşməsini. İnsanın yaranmasını. Və onların inkişafını. Atlantidanın sakinlərini. Çayların göllərin quruyub necə çaylara çevrilməsini. Piramidaların tikilməsini. Ağacların necə əmələ gəlməsini. Onların insanlar tərəfindən kəsilməsini. Meşələrin yaranmasınıdan məhvinə kimi. Müharibələri. Onların nəticələrini...
Einştein’nin kəşflərini...
O yeri gələndə insanlara kömək də edir.
İnsanlar gördüylərini, görənlər tərəfindən eşitdiklərini vərəqlərə yazır. Bunu tarix adlandırır. Tarix isə hər geridə qalan saniyəylə birgə O’nun keçmişidir.
İnsanları çox yaxşı tanıdığını fikirləşir. Amma hər dəfə yanıldığına görə heyfislənir.
İsanların bir jeans şalvara görə bir-birini bıçaqlamsını görəndə. Bir çörək parçasına heç toyuğların belə dava eləmədiyi halda bir-birlərini döyməsi. Başqasının yanında heç nə üçün sual işərəsi kimi boynunu sallıyıb yalvarmasını görəndə. Bir qarış torpaq üçün 7-8 ölkənin müharibə etməsini görəndə...
Amma O, hər şeyin sonunda SON’nun olacağını bilir.
SON..
P.S: Qiyamətə gedən yolda, çalışaq düz yeriyək.