10.23.2009

Boş dəftər...

Boş dəftər

Bu dəftərdə çox şey yazılıb. Əslində hər şey haqqda məlumat var. Marağlı faktlar, əsl məlumatlar. Orda hər şey yerində yazılıb.

Vərəqdə bu böyük kürənin çaylarında su içən, çəmənliylərində otaran dinc heyvanların ilbəil sayının azalmasının onlarla qidalanan vəhşi heyvanlarının sayının azlmasına təsiri. Bu təbii seçmədir deyib amma səbəbini insanlarla əlaqələndirən tutarlı faktlar. Bu bitki aləmi dünənnən bəllidi də day. Hər il neçə min ağac kəsilir. Və neçə yüz ağac əkilir.

İllərlə neft deyilən mayenin insanlara ikinci günəş olduğu məlumdur. Onun yerin ən dərin qatlarınnan vəhşi kimi çıxarılıb min cür şeyə çevirib həddindən artıq bahalı maşınlara “içirdirlər”. Həmin günəşi kiçik a.k.v`i 12 olan karbon atomlarına kimi parçalıyırlar amma yenə də onu istifadə eliyyənnən sonra yerinə qaytara bilmirlər. Ha ha =). Bəzi alimlər işliyirlər üzərində Qlobal “Üşümənin” səbəbinə gətirib çıxarır deyə. Amma yenə də fikir verən yoxdu.

Fikir verən var əslində 6 milyardlıq ordu. “Hamı” qarşıdı bu qlobala. Yalnız qarşıdı.

Ən varlı insan və ən kasıb insan. Bax buna bax gözlərin “yaşarsın”, hər gün Afrikada acınnan ölən 30`a yaxın gözü yaşlı uşaq və gündə, heç özüdə bilmir nə qədər qazanan Bill.

Başını sxemin içinə salıb özünü onun bir hissə kimi hiss edən yaponlar. Özləri də bilmir kim və nə üçün yaşayan mini beyinli ermənilər.

Camaatı əfəl kimi aldadan telefon şirkətləri. Tələbat adıynan hər 3 günnən bir təzə model çıxarıb içini, formasını dəyişən “adamlar”. Və özünü əfəl sayıb hər 3 günnən bir “təzə telefon çıxıb e, bilirsən nə zor funksiyası var gedirəm onu almağa” deyib də geydirmə distribyuterlərin maqazinlərinə girən “adamlar”.

Ya da hamının diqqətdində olan futbol matçları. Bu kafsent məsələsi təzə çıxdı. Futbola iyrənclik qatır. Hər il milyonlarla dollar bu kafsentlərin şotuna gedir klubların cibinə.

Artan viruslar. İnsanlar tərəfinnən yaradılmış min cür modifikasiyası dəyişilmiş elə min cür virus və elə həmin insanlar tərəfindən hazırlanmış həmin o min cür virusa qarşı vaksin.

Böhrandı, batırıq, gəlirlər azalır və xərclər artır. Bunun hesabına bəziləri varlanır. Bəziləri isə əksinə. Hamı eyni vaxtda öz pulunu bankdan götürsə, bütün ölkələr batar, fiasko...

Bəsdi bu qədər. Qalanın da özünüz oxuyun. Bu yazılanlar bu dəftərdə var. Hamı belə dəftərləri alır. Siz də alın. Bütün maqazinlərdə, dəftərxanalarda, küçələrdə satılır. Amma heç kim onları oxumur üzərindəki hərfləri, sözləri görmürlər elə boş dəftər sayıb üzərinə neçə-neçə kimya reaksiyaları, riyaziyyat məsələləri, şeirlər, işçilərin siyahısı, imtahanda pul verənlərin siyahısı və sair gic-gic şeylər yazırlar...

by Rafit

21.10.09

10.19.2009

Fərqliyəm...

Mən belə baxanda çox fərqliyəm.
Mənə baxıb, yox elə götürək, bu yazını oxuyub gülənnən. O bilir ki, o heç yaşadığı dünyada heçnəyə nail olmayıb. Və bilir ki, yaxın “yüz ildə” də heçnə edə bilməyəcək. Atdığı hər atdım çuxurda. Salamlaşdığı hər adam ondan uzağlaşmaqda. Mən fərqliyəm...
Əlində partfel işdən evə, evdən işə qaçıb ailəsini ayda bir dəfə görənlərdən. Mən fərqliyəm əlindəki, son yığdığı pulunu yeməyinə yox, il boyu bir dərs belə oxumadığı dərsdən imtahana görə müəlliminə rüşvət verənnən. Elə həmin məllimin də dərsindən. Mən fərqliyəm damarını, əlinə keçən zəhərli otlarla doldurannan. Onun həyat çərçivələrini belə qırmağınnan. Mən fərqliyəm əlində mikrafon tutub ağzını yalandan tərpədən, sifətində “minnən” çox əməliyyat keçirən çobannan. Mən fərqliyəm elə həmin çobanların “qoyunlarından”. Otarmaq üçün yaylaq var. ŞouBiznes. Fərqliyəm Conidən, Tomidən, Jeniferdən. Onların boş başlarını yarımçığda olsa dolduran HOLLYWOOD`dan. Fərqliyəm başında tükü olmayan Əhməd dayıdan, uzun saçlı Alfreddən uncle`dan. Gecə gündüz o, bankı yarmaq üçün baş sındıran dahidən, elə həmin bankın mühavizəsini təşkil edən başıboş kütbeyinnən. Mən fərqliyəm hakimlərdən ki, hansı ki, elə məhkəmə zamanı hansı daha çox pul verdi fikirləri ilə beynini qarışdırır. Buna qarşı çıxan “Ədalət deyilən şey yoxdur!” yazılı plakatları əllərində bayraq kimi tutanlardan. Mən fərqliyəm hər binanın, hər mərtəbəsini daha da keyfiyyətsiz tikən fəhlələrdən. Mən fərqliyəm kitabıbının arasında qurutduğu kəpənəyi yenidən uçması üçün göyə tutan Lalədən. Uçmayandı göz yaşlarını saxlamağı bacarmır. Quşlardan ki, o gözəl qanadlarının qiymətini bilmirlər. Uçarkən göylərdə xarüqələr yaradardım. Fərqliyəm ağacların o xoş ətirli çiçəkləri olan budağların altındakı kölgəni, şəhərdəki, tozlu, tüstülü, çirkablı havaya dəyişənlərdən. Fərqliyəm çıxardığı neftin hara və necə getdiyini heç anlamağ belə istəməyən neftçidən. Seçkilərə gedib lazımı səsi verib də sonra narazılığını bildirənlərdən. Fərqliyəm bu cəmiyyətdən. Cəmiyyətdən ki, özünə savadsız kütləni maqnit kimi yığır. Mən razı deyiləm ki, “kimsə özünü yuxarıdan aparsın”. Özünü başqasından üstün hesab etsin. Onu əllərimlə didərdim. Mən fərqliyəm o insanlardan ki, məclisdə, süfrədə arağ olmasa öz ürək sözlərini, tostunu deyə bilməyənlərdən. Özünə fərqli deyənlərdən də fərqliyəm. Mən fərqliyəm. Bu kürəni kəşf etmişəm. Özümə görə dünya görüşüm var. Hər nə də olsa bir cüt gözüm var “başqalarından” fərqli olaraq düzgün görürəm. Düzgün eşidir, düzgün addım atıram. Ümüdvaram. Mən öz dünyamda “yalnızam”. Məni başa düşən çox azdı, lap çox az. Amma bilirəm ki heç olmasa tək deyiləm. Bu da fərqlidir...

By Rafit
09.10.09

Müəllim...

Müəllim…

Ey “hörmətli” müəllim,

Hər ciblərdə gözün var.

Hər kənddə, hər şəhərdə

Sənin söyənlərin var.

Aldığın rüşvətlərin

Gülü çiçəyi solmaz.

Dünyada sənin kimi

Varlı şalban tapılmaz.

remaked by Rafit

10.10.09

10.16.2009

Gəl əl çək…

Bir gün Dərvişin biri yol ilə tək tənha gedirdi. Birdən qabağdan sürətlə qaçan siçanı görür. Və onun yolunu kəsərək soruşur:
-Ay Allahın heyvanı sən hara qaçırsan? Kimnən qaçırsan?
Siçan sürətin azaldaraq cavab verir:
-Görmürsən arxamca o boyda pişik gəlir. Məni yemək istəyir.
Bu sözləri siçan deyənnən sonar yenə də sürətlə qaçmağa başlayır. Dərvişsə qarşıdan gələn pişiyi saxlayıb soruşur:
-Ay pişik sən nə istiyirsən bu siçandan. Yazzığdı gəl əl çək onu yeməkdən.
Pişik təəccüblə deyir:
-Mən heç bir siçan dalıyca qaçmıram. Mən arxadan gələn köpəyə görə qaçıram. O məni tutan kimi ətimi didiy-didiy edəcək. Sonrada ləzzətlə yeyəcək.
Dərvişsə hər şeyin cavabı bu itdədir deyib ərinmədən onu da saxlayıb soruşur:
-Gəl sən bu pişiyi yemə? O ki, yazzığdı. Sakit pişikdir. Rahat burax!
İt isə cavab olaraq deyir:
-Mən pişiyi yemək istəmirəm. Sadəcə pişiyin siçanı necə tutması mənə marağlıdır. Ona görə onu güdürəm.
Dərviş isə başını yelləyərək öz-özünə gülür. Köpək onun bu gülüşünün səbəbini öyrənmək üçün sual verdikdə isə cavab olaraq Dərviş deyir:
-Pişik elə bilir ki, sən onu yemək istəyirsən. O sənnən qorxub qaçır. Siçan isə pişiyin onu yeməsinnən qorxur. Əslində isə pişik onu fikirləşmir. Gəl əl çək onları qorxuzmaqdan…
By Rafit
12.10.09

Sətir6 otağım...

Mənim bir qaranlıq otağım var. İçinə əlimə nə keçirdi atırdım. Pisliklər, kinlər, nifrətlər, bədxah hərəkətlər, qeybətlər və s. Pəncərəsiz boş divarlar və toz basmış döşəmə. Həmişə o otağı təmizləmək istəmişəm, amma, içinə doldurduğlarım heç qapını açmağa belə icazə vermirdi. Mən darıxırdım. Bu otağ məni sıxırdı. Bu dörd divar məni sıxırdı.
Bir gün ağlıma bir fikir gəldi, “gəl mən bu otağı yandırım”. Uzağı içindəkilər yanacağ divarlara isə heçnə olmaz. Təzədən boyayayaram. Döşəməsini təmizləyərəm. O, otaq sonra mənə lazım olacağ. Elə də etdim. Yenidən rənglədim, təmizlədim. Pəncərə qoydum. İndi otaq tər-təmizdi. İçinə sevinclərimi, sevgilərimi, gözəl duyğularımı yığıram səliqəli.

P.S Həyatda hər pisliyi, yaxşılıqla əvəz etsək gör nə olar..?
By Rafit
15.09.09