10.19.2009

Fərqliyəm...

Mən belə baxanda çox fərqliyəm.
Mənə baxıb, yox elə götürək, bu yazını oxuyub gülənnən. O bilir ki, o heç yaşadığı dünyada heçnəyə nail olmayıb. Və bilir ki, yaxın “yüz ildə” də heçnə edə bilməyəcək. Atdığı hər atdım çuxurda. Salamlaşdığı hər adam ondan uzağlaşmaqda. Mən fərqliyəm...
Əlində partfel işdən evə, evdən işə qaçıb ailəsini ayda bir dəfə görənlərdən. Mən fərqliyəm əlindəki, son yığdığı pulunu yeməyinə yox, il boyu bir dərs belə oxumadığı dərsdən imtahana görə müəlliminə rüşvət verənnən. Elə həmin məllimin də dərsindən. Mən fərqliyəm damarını, əlinə keçən zəhərli otlarla doldurannan. Onun həyat çərçivələrini belə qırmağınnan. Mən fərqliyəm əlində mikrafon tutub ağzını yalandan tərpədən, sifətində “minnən” çox əməliyyat keçirən çobannan. Mən fərqliyəm elə həmin çobanların “qoyunlarından”. Otarmaq üçün yaylaq var. ŞouBiznes. Fərqliyəm Conidən, Tomidən, Jeniferdən. Onların boş başlarını yarımçığda olsa dolduran HOLLYWOOD`dan. Fərqliyəm başında tükü olmayan Əhməd dayıdan, uzun saçlı Alfreddən uncle`dan. Gecə gündüz o, bankı yarmaq üçün baş sındıran dahidən, elə həmin bankın mühavizəsini təşkil edən başıboş kütbeyinnən. Mən fərqliyəm hakimlərdən ki, hansı ki, elə məhkəmə zamanı hansı daha çox pul verdi fikirləri ilə beynini qarışdırır. Buna qarşı çıxan “Ədalət deyilən şey yoxdur!” yazılı plakatları əllərində bayraq kimi tutanlardan. Mən fərqliyəm hər binanın, hər mərtəbəsini daha da keyfiyyətsiz tikən fəhlələrdən. Mən fərqliyəm kitabıbının arasında qurutduğu kəpənəyi yenidən uçması üçün göyə tutan Lalədən. Uçmayandı göz yaşlarını saxlamağı bacarmır. Quşlardan ki, o gözəl qanadlarının qiymətini bilmirlər. Uçarkən göylərdə xarüqələr yaradardım. Fərqliyəm ağacların o xoş ətirli çiçəkləri olan budağların altındakı kölgəni, şəhərdəki, tozlu, tüstülü, çirkablı havaya dəyişənlərdən. Fərqliyəm çıxardığı neftin hara və necə getdiyini heç anlamağ belə istəməyən neftçidən. Seçkilərə gedib lazımı səsi verib də sonra narazılığını bildirənlərdən. Fərqliyəm bu cəmiyyətdən. Cəmiyyətdən ki, özünə savadsız kütləni maqnit kimi yığır. Mən razı deyiləm ki, “kimsə özünü yuxarıdan aparsın”. Özünü başqasından üstün hesab etsin. Onu əllərimlə didərdim. Mən fərqliyəm o insanlardan ki, məclisdə, süfrədə arağ olmasa öz ürək sözlərini, tostunu deyə bilməyənlərdən. Özünə fərqli deyənlərdən də fərqliyəm. Mən fərqliyəm. Bu kürəni kəşf etmişəm. Özümə görə dünya görüşüm var. Hər nə də olsa bir cüt gözüm var “başqalarından” fərqli olaraq düzgün görürəm. Düzgün eşidir, düzgün addım atıram. Ümüdvaram. Mən öz dünyamda “yalnızam”. Məni başa düşən çox azdı, lap çox az. Amma bilirəm ki heç olmasa tək deyiləm. Bu da fərqlidir...

By Rafit
09.10.09