10.16.2009

Gəl əl çək…

Bir gün Dərvişin biri yol ilə tək tənha gedirdi. Birdən qabağdan sürətlə qaçan siçanı görür. Və onun yolunu kəsərək soruşur:
-Ay Allahın heyvanı sən hara qaçırsan? Kimnən qaçırsan?
Siçan sürətin azaldaraq cavab verir:
-Görmürsən arxamca o boyda pişik gəlir. Məni yemək istəyir.
Bu sözləri siçan deyənnən sonar yenə də sürətlə qaçmağa başlayır. Dərvişsə qarşıdan gələn pişiyi saxlayıb soruşur:
-Ay pişik sən nə istiyirsən bu siçandan. Yazzığdı gəl əl çək onu yeməkdən.
Pişik təəccüblə deyir:
-Mən heç bir siçan dalıyca qaçmıram. Mən arxadan gələn köpəyə görə qaçıram. O məni tutan kimi ətimi didiy-didiy edəcək. Sonrada ləzzətlə yeyəcək.
Dərvişsə hər şeyin cavabı bu itdədir deyib ərinmədən onu da saxlayıb soruşur:
-Gəl sən bu pişiyi yemə? O ki, yazzığdı. Sakit pişikdir. Rahat burax!
İt isə cavab olaraq deyir:
-Mən pişiyi yemək istəmirəm. Sadəcə pişiyin siçanı necə tutması mənə marağlıdır. Ona görə onu güdürəm.
Dərviş isə başını yelləyərək öz-özünə gülür. Köpək onun bu gülüşünün səbəbini öyrənmək üçün sual verdikdə isə cavab olaraq Dərviş deyir:
-Pişik elə bilir ki, sən onu yemək istəyirsən. O sənnən qorxub qaçır. Siçan isə pişiyin onu yeməsinnən qorxur. Əslində isə pişik onu fikirləşmir. Gəl əl çək onları qorxuzmaqdan…
By Rafit
12.10.09