10.25.2009

Barmaqlıqlar Arxası...

Onu hər gün döyürdülər. Hər gün huşunu itirənə kimi döyürdülər. Üzünə, gözünə yumruqla, təpiklə bədənini əzirdilər. O artıq bezmişdi. Hər gün işkəncə, hər gün əzab. Amma heçnə edə bilmirdi. Qarşı çıxanda isə üç gün yemək vermirdilər. Verdi yeməklər də heç düz əməlli deyildi. Hər gün iyrənə-iyrənə yeyirdi ac qalmasın deyə. Oturub fikirləşirdi bu düşdüyü vəziyyəti. Səssiz səmirsiz. Amma bir gün səhər hələ gözətçilər gəlməmişdən əvvəl oturub fikirə daldığı an doğurdan da niyə belə olduğunu anladıqda, səbəbini araşdırdıqda belə həyatın iyrəncliklərini dəyişməli olduğunu başa düşür. Ayağa qalxıb nə edəcəyini fikirləşir. Və biləylərini sıxan qandalları əllərini bir-birindən ayıraraq qırır. Özündə çox böyük yüngüllük hiss edir. Sevincdən dayanmadan dəmir barmaqlıqlara yaxınlaşır. Və heç bir ağırlıq hiss etmədən barmaqlıqları əyərək illərdi dustağ olduğu zindandan rahatlıqla qaçır. Qaçarkən qarşısına çıxan insanların hamısını əzərək çıxır. Sonda isə həbsxananın darvazasından xaricə çıxır. Və bir dəqiqə belə dayanmadan qaçır. Düz. O yol hara aparır aparsın düz gedir. Uzağda üfüqdə yoxa çıxır.

P.S Sən də bu cəmiyyətin əlində dustağsan. Səni hər keçən il daha da sıxırlar. Qır əlindəki zəncirləri! Azad ol!
by Rafit
23.10.09