10.31.2009
10.25.2009
HOST by taracan
Əla şəkil...
Bəlkə də ilin şəkli...
Barmaqlıqlar Arxası...
P.S Sən də bu cəmiyyətin əlində dustağsan. Səni hər keçən il daha da sıxırlar. Qır əlindəki zəncirləri! Azad ol!
23.10.09
10.23.2009
Boş dəftər...
Boş dəftər
Bu dəftərdə çox şey yazılıb. Əslində hər şey haqqda məlumat var. Marağlı faktlar, əsl məlumatlar. Orda hər şey yerində yazılıb.
Vərəqdə bu böyük kürənin çaylarında su içən, çəmənliylərində otaran dinc heyvanların ilbəil sayının azalmasının onlarla qidalanan vəhşi heyvanlarının sayının azlmasına təsiri. Bu təbii seçmədir deyib amma səbəbini insanlarla əlaqələndirən tutarlı faktlar. Bu bitki aləmi dünənnən bəllidi də day. Hər il neçə min ağac kəsilir. Və neçə yüz ağac əkilir.
İllərlə neft deyilən mayenin insanlara ikinci günəş olduğu məlumdur. Onun yerin ən dərin qatlarınnan vəhşi kimi çıxarılıb min cür şeyə çevirib həddindən artıq bahalı maşınlara “içirdirlər”. Həmin günəşi kiçik a.k.v`i 12 olan karbon atomlarına kimi parçalıyırlar amma yenə də onu istifadə eliyyənnən sonra yerinə qaytara bilmirlər. Ha ha =). Bəzi alimlər işliyirlər üzərində Qlobal “Üşümənin” səbəbinə gətirib çıxarır deyə. Amma yenə də fikir verən yoxdu.
Fikir verən var əslində 6 milyardlıq ordu. “Hamı” qarşıdı bu qlobala. Yalnız qarşıdı.
Ən varlı insan və ən kasıb insan. Bax buna bax gözlərin “yaşarsın”, hər gün Afrikada acınnan ölən 30`a yaxın gözü yaşlı uşaq və gündə, heç özüdə bilmir nə qədər qazanan Bill.
Başını sxemin içinə salıb özünü onun bir hissə kimi hiss edən yaponlar. Özləri də bilmir kim və nə üçün yaşayan mini beyinli ermənilər.
Camaatı əfəl kimi aldadan telefon şirkətləri. Tələbat adıynan hər 3 günnən bir təzə model çıxarıb içini, formasını dəyişən “adamlar”. Və özünü əfəl sayıb hər 3 günnən bir “təzə telefon çıxıb e, bilirsən nə zor funksiyası var gedirəm onu almağa” deyib də geydirmə distribyuterlərin maqazinlərinə girən “adamlar”.
Ya da hamının diqqətdində olan futbol matçları. Bu kafsent məsələsi təzə çıxdı. Futbola iyrənclik qatır. Hər il milyonlarla dollar bu kafsentlərin şotuna gedir klubların cibinə.
Artan viruslar. İnsanlar tərəfinnən yaradılmış min cür modifikasiyası dəyişilmiş elə min cür virus və elə həmin insanlar tərəfindən hazırlanmış həmin o min cür virusa qarşı vaksin.
Böhrandı, batırıq, gəlirlər azalır və xərclər artır. Bunun hesabına bəziləri varlanır. Bəziləri isə əksinə. Hamı eyni vaxtda öz pulunu bankdan götürsə, bütün ölkələr batar, fiasko...
Bəsdi bu qədər. Qalanın da özünüz oxuyun. Bu yazılanlar bu dəftərdə var. Hamı belə dəftərləri alır. Siz də alın. Bütün maqazinlərdə, dəftərxanalarda, küçələrdə satılır. Amma heç kim onları oxumur üzərindəki hərfləri, sözləri görmürlər elə boş dəftər sayıb üzərinə neçə-neçə kimya reaksiyaları, riyaziyyat məsələləri, şeirlər, işçilərin siyahısı, imtahanda pul verənlərin siyahısı və sair gic-gic şeylər yazırlar...
by Rafit
21.10.09
10.19.2009
Fərqliyəm...
Mənə baxıb, yox elə götürək, bu yazını oxuyub gülənnən. O bilir ki, o heç yaşadığı dünyada heçnəyə nail olmayıb. Və bilir ki, yaxın “yüz ildə” də heçnə edə bilməyəcək. Atdığı hər atdım çuxurda. Salamlaşdığı hər adam ondan uzağlaşmaqda. Mən fərqliyəm...
Əlində partfel işdən evə, evdən işə qaçıb ailəsini ayda bir dəfə görənlərdən. Mən fərqliyəm əlindəki, son yığdığı pulunu yeməyinə yox, il boyu bir dərs belə oxumadığı dərsdən imtahana görə müəlliminə rüşvət verənnən. Elə həmin məllimin də dərsindən. Mən fərqliyəm damarını, əlinə keçən zəhərli otlarla doldurannan. Onun həyat çərçivələrini belə qırmağınnan. Mən fərqliyəm əlində mikrafon tutub ağzını yalandan tərpədən, sifətində “minnən” çox əməliyyat keçirən çobannan. Mən fərqliyəm elə həmin çobanların “qoyunlarından”. Otarmaq üçün yaylaq var. ŞouBiznes. Fərqliyəm Conidən, Tomidən, Jeniferdən. Onların boş başlarını yarımçığda olsa dolduran HOLLYWOOD`dan. Fərqliyəm başında tükü olmayan Əhməd dayıdan, uzun saçlı Alfreddən uncle`dan. Gecə gündüz o, bankı yarmaq üçün baş sındıran dahidən, elə həmin bankın mühavizəsini təşkil edən başıboş kütbeyinnən. Mən fərqliyəm hakimlərdən ki, hansı ki, elə məhkəmə zamanı hansı daha çox pul verdi fikirləri ilə beynini qarışdırır. Buna qarşı çıxan “Ədalət deyilən şey yoxdur!” yazılı plakatları əllərində bayraq kimi tutanlardan. Mən fərqliyəm hər binanın, hər mərtəbəsini daha da keyfiyyətsiz tikən fəhlələrdən. Mən fərqliyəm kitabıbının arasında qurutduğu kəpənəyi yenidən uçması üçün göyə tutan Lalədən. Uçmayandı göz yaşlarını saxlamağı bacarmır. Quşlardan ki, o gözəl qanadlarının qiymətini bilmirlər. Uçarkən göylərdə xarüqələr yaradardım. Fərqliyəm ağacların o xoş ətirli çiçəkləri olan budağların altındakı kölgəni, şəhərdəki, tozlu, tüstülü, çirkablı havaya dəyişənlərdən. Fərqliyəm çıxardığı neftin hara və necə getdiyini heç anlamağ belə istəməyən neftçidən. Seçkilərə gedib lazımı səsi verib də sonra narazılığını bildirənlərdən. Fərqliyəm bu cəmiyyətdən. Cəmiyyətdən ki, özünə savadsız kütləni maqnit kimi yığır. Mən razı deyiləm ki, “kimsə özünü yuxarıdan aparsın”. Özünü başqasından üstün hesab etsin. Onu əllərimlə didərdim. Mən fərqliyəm o insanlardan ki, məclisdə, süfrədə arağ olmasa öz ürək sözlərini, tostunu deyə bilməyənlərdən. Özünə fərqli deyənlərdən də fərqliyəm. Mən fərqliyəm. Bu kürəni kəşf etmişəm. Özümə görə dünya görüşüm var. Hər nə də olsa bir cüt gözüm var “başqalarından” fərqli olaraq düzgün görürəm. Düzgün eşidir, düzgün addım atıram. Ümüdvaram. Mən öz dünyamda “yalnızam”. Məni başa düşən çox azdı, lap çox az. Amma bilirəm ki heç olmasa tək deyiləm. Bu da fərqlidir...
By Rafit
09.10.09
Müəllim...
Müəllim…
Ey “hörmətli” müəllim,
Hər ciblərdə gözün var.
Hər kənddə, hər şəhərdə
Sənin söyənlərin var.
Aldığın rüşvətlərin
Gülü çiçəyi solmaz.
Dünyada sənin kimi
Varlı şalban tapılmaz.
remaked by Rafit
10.10.09
10.16.2009
Gəl əl çək…
-Ay Allahın heyvanı sən hara qaçırsan? Kimnən qaçırsan?
Siçan sürətin azaldaraq cavab verir:
-Görmürsən arxamca o boyda pişik gəlir. Məni yemək istəyir.
Bu sözləri siçan deyənnən sonar yenə də sürətlə qaçmağa başlayır. Dərvişsə qarşıdan gələn pişiyi saxlayıb soruşur:
-Ay pişik sən nə istiyirsən bu siçandan. Yazzığdı gəl əl çək onu yeməkdən.
Pişik təəccüblə deyir:
-Mən heç bir siçan dalıyca qaçmıram. Mən arxadan gələn köpəyə görə qaçıram. O məni tutan kimi ətimi didiy-didiy edəcək. Sonrada ləzzətlə yeyəcək.
Dərvişsə hər şeyin cavabı bu itdədir deyib ərinmədən onu da saxlayıb soruşur:
-Gəl sən bu pişiyi yemə? O ki, yazzığdı. Sakit pişikdir. Rahat burax!
İt isə cavab olaraq deyir:
-Mən pişiyi yemək istəmirəm. Sadəcə pişiyin siçanı necə tutması mənə marağlıdır. Ona görə onu güdürəm.
Dərviş isə başını yelləyərək öz-özünə gülür. Köpək onun bu gülüşünün səbəbini öyrənmək üçün sual verdikdə isə cavab olaraq Dərviş deyir:
-Pişik elə bilir ki, sən onu yemək istəyirsən. O sənnən qorxub qaçır. Siçan isə pişiyin onu yeməsinnən qorxur. Əslində isə pişik onu fikirləşmir. Gəl əl çək onları qorxuzmaqdan…
12.10.09
Sətir6 otağım...
Bir gün ağlıma bir fikir gəldi, “gəl mən bu otağı yandırım”. Uzağı içindəkilər yanacağ divarlara isə heçnə olmaz. Təzədən boyayayaram. Döşəməsini təmizləyərəm. O, otaq sonra mənə lazım olacağ. Elə də etdim. Yenidən rənglədim, təmizlədim. Pəncərə qoydum. İndi otaq tər-təmizdi. İçinə sevinclərimi, sevgilərimi, gözəl duyğularımı yığıram səliqəli.
P.S Həyatda hər pisliyi, yaxşılıqla əvəz etsək gör nə olar..?
10.09.2009
eng
10.08.2009
10.05.2009
Cəmiyyətin Səhvləri
Real xal itirdi. Şükür Allaha.
Getdim zibilxanaya kompensasiya
oldu bütün əhvalım əksinə.
Yenə bir küncdə oturub
"cəmiyyətin səhvlərin"i başa düşürdüm.
Nəisə mən bu blog`da heç "qığılcım" görmürəm ki,
"Qısa qapanma" baş versin...
Nəisə yenə MSN, HOST network, fb hə fb demişkən.
GalataSarayın oyunu həyif oldu...
heçnədən 5 xal itirdi...
Heçnə olmaz axırı yaxşı olar...
10.04.2009
2-0=2
Saat 12:oo...
Evi yığışdırırdılar dedim mən də kömək eliyim.
Boş bekar dayanmışam. Peşman oldum...
Çəkildim otağa "Qaranlıq Otağ".
Nəisə niyniyəcəm girdim NET`ə.
ordan ora burdan bura.
Bir də futbola gəldim...
CHelsea 2-0 LivPool MSN:
rafit vs amir, anti vs rafit, pika vs rafit))
suallar suallar hanı sualların cavabı...
"Müsəlmançılığ"
Bu gün saat 1`də getdim dayımgilə ailəvi.
Dayım oölunun sünnəti idi.
"Müsəlmanlığın təməli" qoyulurdu.
Belə bütün günü şit hərəkətlərə gülürdüm
Beləliklə dayım oğuna olan
valideynlik borcunu ödədi))
Belə marağlı keçdi...
Qohum əqrabanı, sevdiyim və
sevmədiyim insanları gördüm...
10.03.2009
Facebook...
Şəkilim profil picture...
Get də..!
Mən marağsızam
yox novella bilirəm axırı pis qurtaracağ
faciyə
partlayış görürəm
maşın görürəm
əlində silahlı uşaq
daxmada acınnan ölən körpəni doyuzdurmaqçun nə istəsən edə bilən ana
qanlı göz yaşları
və onların üzündə süzülərək itməsi
mən kiməm bunları görən ya...
ya hiss edən
yoo mən marağsız insan
heç yaşamımnan tanışlarımdan başqa heçkəsin xəbəri yoxdu
yoo marağsızam
özüm özümə maraqsızam
bunların olduğunu bilib də rahat yaşıyıram.
rahat da deyil..
Elə adlanır...
10.01.2009
em es en
QaraQan - Gözəlçə
Məktəbi bitirib Tibb Universitetinə girdim.Və onunla ilk dəfə orada tanış oldum. O, hündürboy, gülərüz, cəsarətli oğlan idi. Onu bütün qızlar sevirdi. Mən də vurulmuşdum. Amma heç bir tədbir görmürdüm. Vaxt keçdikcə anlayırdım ki, o da məni sevir. Çünki qrupda hamı ilə söhbət edirdi, mənə tərəf isə heç baxmırdı. Yazıq çox utancaq idi. Amma bir-iki aydan sonra çox şey dəyişdi. O cəsarətlənib mənə yaxınlaşdı. İlk söhbətimiz sözbəsöz yadımdadı: “Ay qız, mənim yerimə bu məsələni həll edə bilərsən?..” Görün bu cümlədə nə qədər sevgi var.”Ay qız”, “ay qız”, o mənim adımı belə dilinə gətirə bilmirdi.Mən gülümsəyərək dəftəri götürdüm. O yazıq isə o saat çıxdı aradan. Bir saniyə də qalsaydı, dözməyib diz çökəcək, sevgisini etiraf edəcəkdi. Mən kimya məsələsini həll edib dəftəri ona qaytardım. Həmin gündən o mənimlə əlaqə saxlasın deyə tez-tez dəftərini mənə verərdi. Mən də bütün misalları həll edərdim, sonra da vərəqin qırağına ürək şəkli çəkərdim. Bir gün isə o, bütün gücünü toplayıb dedi: “O ürəkləri daha çəkmə...” Sevincimdən uçurdum. O mənim sevgimi qəbul etmişdi, ürəyimi demək sevgimi də qəbul etmişdi. O gündən biz bir cütlük olduq – hamıdan fərqli bir cütlük. O məni qısqandırmaq üçün gündə bir qızla gəzirdi. Dəlidi də... Hələ də inana bilmirdi ki, doğrudan onun sevgisinə razılıq vermişəm. Hətta iş o yerə çatmışdı ki, eybəcərin biri ilə yalandan nişanlanmışdı da. Bu oğlanların sevgisini başa düşə bilmirəm də... Necə ağılsız olurlar. Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib. Atam məni həkimə apardı. Məni xeyli sorğu-sual etdilər. Düzdü, Tibb Universitetini bitirməyə hələ 3 il qalmışdı. Amma həkim atamın dediyi kimi məni işə qəbul etdi. İndi işləyirəm, öz otağım var, ciddi tətqiqatla məşğulam. Dəlilərin arasında onların vəziyyətini öyrənirəm. Xəstələr bilməsinlər deyə məni də onlar kimi geyindiriblər, onlara verilən dərmanlardan mənə də verirlər. Düzdü, bir az bezdirici olsa da xasiyyətim dəyişməyib. Mən heç vaxt heç kimə xor baxan deyiləm. Axı bu insanlara kömək etmək lazımdır. Ona görə də onları atıb getmərəm. Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...
iyirmidoqquz və otuz
Biri birinə dəyməz.
O birisi də obirisinə.
Mənasız...
Mən bir şey deyim.
Artıq günləri silərəm dəftərdən,
Qorxuram silinər bütün səhifələr.
bu 4 də deyil 5 divar arasında)),
Tək qalaram tək bitər tənha illər.
))))