3.20.2010

Biz-Sən-Siz...


Onlar səni səndən ayırmaq üçün, yəni bizdən, siz deyilən şeyi yaradırlar. O sizə daxil olmaq üçün sən onların dediylərini bizə yayırsan. Biz sənə inanıb sizə qoşuluruq. Siz isə bizdən çox uzaqda olduğunuz, ya da, bizi sizdən uzaqlaşdırmaq üçün nə qədər xəbərsiz olduğumuzu bizə bildirib, bizdən çox ağıllı olduğunuzu bəyan edirsiz. Əslində onlar ağıllı deyillər, biz ağılsızıq. Biz deyəndə sizi nəzərdə tuturam. Siz bizsiz, amma biz siz deyilik. Siz indi çox yuxarıdasız və bizi idarə edirsiz. Biz gücsüzük. Biz çox gücsüzük. Biz heç özümüzlə yola getmirik. Bu da sizin siyasətdir. Bizi özümüzə qarşı tutmaq. Bizi öz aramızda parçalamaq. Bizi birlikdən çıxartmaq. Biz birliyi danırıq. Biz özümüzə nifrət edirik. Bizə bizim zəyif olduğumuzu anlatan insanları sıxırıq. Onlara lağ edirik. Hər baxışda, hər addımda lağ edirik. Onlar kimdi? Onlarda bizdən biriləridi lakin, onların bizdən bir fərqi var. Onlar bizi onların əlindən xilas etmək istəyirlər. Etməsələr də ən azından cəhd edirlər. İnanırlar. EDƏCƏKLƏR. Biz isə onlara kömək etməyək! Amma maneəçilik də törətməyək!
Biz bizi sevən onları çox sevirik. Onlar bizə bəsdi. Çünkü ancağ onlar bizi qoruyacağlar. Bizim biz olduğumuzu xatırladırlar. Biz isə öz dərdlərimizlə məşğul olaq. Bizi bizə birləşdirən əsas izlərlə. Stereotiplərlə, özünü dərk etməyə ehtiyacı olmayan gənclərlə. Sən bizi korladın. Sən bizi məhv etdin. Sən onlardansan. Sən onları sevirsən. Sənə görə biz heçkimik. Biz heç kimik. Sən bizə onlardan rəngli görüntülər gətirirsən. Sən bizi məhv edirsən.
Bizə, onu ver! Ona ehtiyacımız var

by Rafit 
[18.03.10]