3.25.2010

Səni kim sevir?!




Səni öldürüb basdıracağlar. Arxanca tərifliyib səni xatırlayacağlar. Ölümün necədə qəribə, xoşagəlməz, danılmaz olduğunu sənə öyrədəcəylər. Sən isə eyni zamanda həyata daha çox bağlanacağ, onu daha da çox sevəcəysən. Sonra isə sənə bu həyatın da necə mənasız olduğu haqqında kitabları oxudaraq(məcburi və ya həvəsləndirici üsullarla), səni bu həyata iyrəndirəcək fikirlərlə doldururlar. Bu an sakit dayanmağıvı istəyərək, sənə heyvanlar aləmi, bitkilərin, çiçəklərin gözəlliyini gözəl çəkilmiş kadrlarla sevdirirlər. Sən isə buna görə yaşamağa dəyər deyib, dərində ah çəkirsən və davam deyirsən.
Sən qayda pozursan, cəzalanırsan. Cəzanı çəkirsən, mükafatlanırsan. Özünlə qürur duyursan. Sonra isə sənə "Özün üzərində işlə! Heç bir vaxt dayanma! Ən yaxşı olmağa doğru iri addımlar at!" deyə fikirlərlə təzyiq edirlər.
Bir gün sevirsən, sevginin necə də gözəl bir şey olduğunu, ona nail olmağın həyatda çox adama qismət olmadığını anlayırsan. Yenə kitablar oxuyursan, sevgisi uğrunda hətta canından da belə keçənlərin olduğuna inanırsan. Onu fikirləşirsən. Onu düşünürsən. Bir gün o səni atır, əslində elə də təəccüblü proses deyil, yalnış anlaşılma, səhv hərəkətlər sayəsində qoyulan səhv addımlar nəticəsində alınan vəziyyət. Sevirsən və ayrılırsan. Heç bir sevgi əbədi deyil. Həyatdan küsürsən, ən azı bu yaşadığın, yadına salırsan oxuduğun əsərlərdəki əsas qəhrəmanları, özünü "alova" atırsan, intihar qığılcımlarını beynində yaradırsan. Fani həyat kimi yadına saxladığın bu insanlar yığınını heçə sayıb, tanrını danırsan və içdən gur səslə "Niyə mən?!" qışqırırsan. Bu bağırtının içində özünü tapa bilmədiyindən ya fırlanaraq binanın damından yerə qədər olan məsafəni ölçürsən, ya da ülgüclə biləyinin enini. Sən zəyif olduğunu o an anlamırsan, yanına buraxmadığın adamların sənə dediyi sözlərə qulağ asa bilərdin. Sən heçkimsən.
Diqqətsizlik etmisən, əslində sən heçbir səhv etməmisən. Səni O yaradıb deyə min fikirə inanırsan. İnanmalısan. Çünkü inanmasan səni ətrafın sıxışdırıb çıxardacaq. Səni "öldürən" fikirləri dirildirsən. Sən tabe olursan. Təslim olursan. Səni çaşdıran kitablarla, dəyişdirilmiş hərflərlə tüklərinin biz-biz olmasının şahidi olursan. Günahları savablara qatıb, onlarla birgə mübahisələr edirsən. Amma heçnə dəyişmir.
Sən öz fikirin deyilən bir şey yoxdur. Sən yoxsan. Sən boşluqda dövr edən heçkimsən. Dayanmaq istəyirsən amma alınmır. Cəmiyyət. Bax bu söz səni "öldürür". Əslində sözün arxasında duranlar. Bax ən qəribəsi də budur. Hər bir cəmiyyətin üzvü ayrılıqda sənin kimidir. Onlarda cəmiyyətə nifrət edirlər. Amma onun əsas silahı olan əsas stereotiplərin quluna çevrilirlər. Mentalitet damğasını isə təhlükə yarandıqda hər ehtimala qarşı kimi istifadə edir.
Sən bütün bunlara baxmayaraq həyatını davam edirsən. Məktəbdən çıxıb evə, evdən işə, işdən uşağlarını baxçadan götürməyə, nəvələrinə kanfet almağa, öz baş daşına pul yığmağ da davam edirsən. Dövr edirsən. O da düzdü ki, sən zəncirin halqalarını qıra bilmərsən. Çünkü mümkün deyil. Bunu da oxuyub istəyindən olursan. Həvəsini öldürürsən. Dahi filosofların kitablarındakı kimi sözlərin, fikirlərin necə də gözəl olduğunu, necə də yerində deyildiyini dərk edirsən amma əməl etmirsən. Edə bilmirsən.
Oxudun? İndi isə, bunların yalan olduğunu təsdiqlə içində bir dəfə! Nə qədər düz yolda olduğunu anla! 
səni kim sevir?!

by Rafit 
18.03.10