2.25.2011

sadə


Evimizə yağış yağır.
Buz bağlayıb hər yerimiz
Sınıq salxaq bir otaqda
Hədər gedib günlərimiz
Işıq varmı?
Küçələri min bir rəngə boyasaq da
Boz rəngdədi otağımız
Vitrinlərdən bizə baxan manikendi hisslərimiz
Toz bağlayıb silən yoxdu
Artıq ona baxıb gulən yoxdu
Amma yenə də çılpaqdı
Demə ki, biz balacaydıq.
Elə adam tanımıram
Vitrindeki o çilpağa baxıb rişxənd eləməsin.
Rəngli şəhərin qanunudur.
Baxımsız, amma, ondan gözəlləri
Hər görəndə lağa qoyur.
İçden içə paxıllayir
Köks oturub sızıldaylr..
Onun xəbəri yoxdu içindəki gözəllikdən
Bir gün üzə çıxacaq o.
Yüz illiyin qəhqəsi təsir etməz heç həmin gün
Bəlkə o vaxt qeybə çıxar.
Xəbər olmaz bir də ondan.
bilməy də olmaz bu da ondan
bax insan oğlu, çox bəsitdi
işi-gücü, ruhu, özü
fikirləşmək və etməkdi
nəsə düz, hərdənsə səhv
əsas etdiyin öyrənməkdir.
həyat belə qurulub
hər addım - önə getməkdir.
sevinc, kədər və s.`lər
burda sadəcə köməkdir.
bax damlayır son damlalar,
ötən payız dünənindən
tökdüyü yarpağlardır,
bu gün tutub əllərindən
demirəm mən atıl - yorul.
qaç çəmənlik güllərindən
sadəcə hərdən, bax arxaya
vidalaş kədərli günlərindən

by Belatriks (Feride M`Zone), Rafit Monea
22:48 
25.02.2011

2.20.2011

ağzıma gələnlər - allah bilir neçənci ((:

açdığım bəlkə də 200`cü untitled
yorulmuram bunu etməkdən gələndə həvəs
oxuyursan oxu oxumursansa ged
bunu eşitməkçün lazımdımı bura keçmək
lazım oldu yazıram, istədiyimi hətta
kiminsə zövqünə oynamıram klavlarla
özgəsi deyilsən deyim sənə biraz
istədiyini elə, gözlərdə istəsən qırağ
heç kimnən, heçvaxt qorxmuram brat
onların həyatı uzağı ayağımın altı,
deyiləm koroğlu yoxdu atım qırat
heç lazım deyil silahım qələmdə qaldı.
"ver gülü!" yox, vergülü yazaraq keçəcəm növbəti
gəlməyi, getməyi var bunları bilməli,
harasa qeyd etməli,
hazır text`di bura yazıram sora silməli,
yox elə beləcə təqdim etməli
bunu bilənlər güləcək, qısqanan çevirəcək,
sənsən mənim uğurum deyəcəm sənə..
deyəcəm sənə, bu dəfə mən güləcəm sənə ((:

22:05
20.02.2011

2.18.2011

sizdən


kimin həyatı əlimdə oyuncağdı
kimin əlində həyatım oyuncağdı
əsas odu yaşadığımı, istəyim və doyuncadı
yaddaşım hər hansı bir dərd mənimdi
müəllif hüququları, made by rafii
qarışma yazılarıma,
qarışmıyın siz mənə
qarışma dərdlərimə,
sizin kimi bir dəliyəm mən də,
nə baxırsız qəribə, nə baxırsız,
nə anlıyırsız? mənim sifətimə
iyrənc və murdar cizgilərdən
sizdən gizlətmirəm, gizlətmirəm.
hətta içimdəki qəfəs deyil bu, tordan
azadlıq dediyimi, hər nədisə cırıram,
çıxıram, hər tərəf əl-əlvan
bu deyil, bu deyil nağıllardakı
hər hansı bir qələbə, günəş yada ki,
bu sadəcə iç dünyamdı çölümə yayılıb.
əlbəttə sizsiz bir günüm olmasın yanımdasız
bezməmişəm sizdən öyrəşmişəm ağlımdasız
bəlkə də sizsiz sevgim, camaatın dediyləri boş
və mənasız, marağsız söhbətlərdi, nədi?
gücüm artığ tükənib, əzələ liflərim verdiyi refleksdi.
ya bir qurtum su, ya da sevgi verin mənə
içki verin mənə, dəm olmağçun dərd verin mənə
dərdlərdə boğulmamağçun səbr verin mənə

PS, bezmişəm sizdən, sizdən və sizdən..

22:33
18.02.2011

2.17.2011

Arsa - Barça

Saat 00:39 və Arsenal - Barselona oyunun taymautundayığ. super təsüratla deyə bilərəm ki, baxdığım ən marağlı oyunlardan biridir. Barseloan oyunundan zəhləsi gedənlərin əsl futbol dərsi ola biləcək bir oyun. indi mən bilmirəm hesab neçə olacağ. ona görə oyuna tam baxıb yazacam. bütün aydınlığı ilə. qolu Villa vurub, Messinin pası ilə. birazdan gələcəm.

Saat 01:34 düzdü elə də xoşa gələn hall olmadı. Arsenal iki qolu vurmağı bacardı. və hesab 2 -1 oldu. mən isə başqa şeyə görə heyifislənirəm. Pikenin sarı vərəqə alıb növbəti oyun şansını itirməsinə. belə ki, Puyol da zədəsini düzəldə bilməsə Kamp Nouda əməlli başlı çətinliyə düşmüş olacağ. inaşallh düzələrə hər şey.
amma belə, pis hesab deyil 2 - 1.

PS, gələn oyun..

2.11.2011

svlbgymrtllhblrkkyprt ((:


sosiallaşmadan bir gün yaşıya bildim,
yəqin ki, yaşayaram başqa bir gün daha
düzü yeni bir heçnə öyrənmədim,
hələ gün qutarmıyıb hər şey qabağda.
ümüd uzağda ona çatmağ deyil istək,
əsas odu yaşayasan nə olar olar deyək.
stolun üstündə siçan, klaviatura
biraz uzağda dayanıb monitor,
əslində bitişikdi bunnar bir-birinə,
noutbukda sistem yaradılıb belə,
bilmirəm niyə, keçmək istədim,
buna dəxli olmayan başqa sətirə,
tanıdım bu gün yeni bir nəfər də,
yeni həyat, yeni tale, yeni nəfəslə,
qatdı öz rəngini mənim təsəvvür şəkilmə..
nəsə bəsdi onsuz marağsızdı
yazmağ da mənə, nəsə yenə..

22:03 
11.02.2011

Для нее


qaqaşın canı yansın. maskadı da..
Когда потухнет свет на кухне, там останется Guf

 

Rafit Monea


diyəsən dünən oturub fikirləşirdim ki. yox yox fikirləşmirdim, elə birdən ağlıma gəldi ki, mən sosiallaşmağ nə`m qloballaşmağ zad istəmirəm. heç məhşur da olmağ istəmirəm. elə bu. amma bloqumun peycini açmağ ideayısı facebook`un səhifələr üçün yaratdığı söhbətdən sora gəldi. dostlarımnan biri təklif elədi düzün desəm. elə açdı. məni də admin elədi. dedim: "yaxşı. onsuzda çıxırdım feysdən." bu qalsın elə əvəzimə. elə-belə mırt söhbətlərdən son nəticə olaraq bu alındı. heç kim məcbur deyil və bu yazını heçkimə məcbur eləməmişəm oxumağa. nəsə qalanı msn. ((:
yazdı: antisistemşik Rafit :P
dəyişməyə özümüzdən başlayaq deyir həm də.. ((:
love u`r all.

13:29
11.02.2011

2.09.2011

mktbsndylnszmmblkdsnd :/


unutmamışam səni. diyəsən bu gün ya dünən idi sənin adını sayığladım səhər. evdəkilər mənnən soruşanda "o kimdi?". "yuxumdakı gözəl qız persanajı" deyəndə, nə bilim diyəsən anladılar məsələni. nəsə vecimə deyillər onsuz. mən sənə darıxıram. özdə çox. artığ nə siqaret nə də ATV`nin bağlanma səbəbini öyrənmək kifayət edir səni unutmağa. bəlkə də heç vaxt unutmayacam. biri çıxsaydı qarşıma bu bəlkəni də bir fikirləşərdim. nəisə bəsdi bu qədər yazdım. sağol.

PS, romantik zad deyiləm. elə-belə yazdım.
PPS, axır vaxtlar nəsə çox elə-belə yazıram. Allah axırın xeyir eləsin.

15:53
09.02.2011

2.07.2011

://


görəsən qar əriyəndə bütün ağ hara gedir? ://

2.06.2011

deyə-deyə


bu millət əla, real həyat kef-damağ yerində,
artığ like`lar yox fav`lar girir gözə.
əvvəllər tag idi, qutarmışdığ, a bunədi belə
saymıyağ bunu təhqir, lazımdı hərdən düz
bizdə belədi, deyəndə sözü düz. sallanır üz.
siz heç dəyişmiyin güclə öyrəşmişəm
sadəcə deyirəm, oxu və at qırağa küs
vecimə deyil, vecimə deyil heç, deyil heç.
əsas odu, öz həyatında öz yolunu düz seç
fikir vermə, mənimkimiyə, mənim kimiyə
bizlər elə deyə-deyə, deyə-deyə
çürüyüb öləcəy hardasa bir yerdə..

PS, bəsdi! bəsdi! bəsdi!

21:10 
06.02.2011

3:10


saat 3:10 canlı yayım. test 1212..
bayağları baxdığım futbol mənə deyir ki,
yaz mənim haqqda, blogunda bir yerdə..
nəs axır vaxtlar mənimki, olub şer yazmax..
əslində dyil bu kakoyta şer sadəcə demişdim.
bəzən qafiyəyə görə sözlərdən
lazımdı yığıncağ. oyuncağ
aha barça vurdu 3 qol, rəqibi hansısa Madridi
za eta spasibo za ball i samoye vaşnomu Messi
bu qaqaşlar bacarır futbol, 
sevirəm onları nəisə qatığladım 
əlim ağrıyı yazmıram. hansı? -sol.
indi də gecə mənə deyir bu da son.
get ay bala get yat. bəsdi
jj məni bağışla.. bu da dramatik "son"

03:17
06.02.2011

empty recycle bin


həyat yox bəlkədə ən böyük həzzdən ibarətdi.
ipod dolu treklə yalnız play`dən ibarətdi.
yazmıram plaqiyat sadəcə əzbərdədi sözlər,
biraz dəyişirəm, niyniyim gəlir fikirlər.
yaxşı mövzunu dəyişim, elə bil həyatdı
niyə? olmur axı. dəyiş sanki corabdı?
olur axı. indi dəyişirəm fikirlərim axır,
söz yığınından ibarət bir şey yaranır.
dayanıb, vecimə deyilsən onsuz
jj`mə xoş gəlmisən demirəm, duzsuz
səndə heç yumor hissidi nədi yoxdu artist.
iki üzlə qabağa gedə bilməyəcəysiz
say üzləri sanki taxist sayır pulları,
adamda insafı olar? səninki var, xat'a azdı

PS, sadəcə gül və məhv ol!
bir dəfə də olsun öz ol!
həyatınız yalan səhnəsində sadəcə bir rol..
00:30
06.02.2011

2.05.2011

bir kilo


bir-iki sözlə nəsə dəyişəcəm mən guya,
əsas odu yazım, oxuyan oxuyar,
hə nəisə başdıyım yoxsa yadımnan çıxar
aha çıxmasa yaxşıdı, deyə bilmişdim
insanları başa düşmürəm, bunu demişdim
sadə amma, sərt olasan mən dəyişmişdim
nə deyəcəydim, diyəsən yenə itirdim
gəl sən bitir, yazını mənsə gedim.
çoxsunun həyatından mən qopdum ayrıldıım
istəməsəm də çoxsuyla yol saydım,
bazardan da bir kilo keçəndə alma aldım
hehe narahat olma bir-az gül deyə
bunu elə-belə qafiyə xətrinə yazdım
beyninlə fəxr edib, onu unuda bilərsən.
istəsən sənə kitab verim biraz öyrənərsən.
kitabı da boş ver onsuz mənasız,
hərə ağlına gələni yazır, satışa məhduddu.
öyrən hər şeyi özün özündən,
təbii ki, öyrənməyə meyillisənsə.
öldürmə qızıl vaxtını sən netdə
əgərchat, pm, boş söhbət kiminləysə.

PS, istiiyrəm hərdən vecimə olsun
ki, mənim haqqda görən nə fikirləşirsən?
18:31
05.02.2011

2.04.2011

1saat


başa düşmürəm insanları.
bəlkə elə belə də öləcəm.
heçkim mənə öyrətməyəcəy bunu ölənəcən. nəisə
hava qaraldı, əlimi klaviatura nəsə cəzb edir.
1 saat qabağ yazdığım yazıya reaksiya bəlkə.
məni buna məcbur edir gəlsə yol
bir trek paylaşır camaat.
dvumya slovami: fiqnya kakaya-to 
mojet xoroşaya, aha, navernoe, beat
vse lyubyat, i, kajetsa, like it
znaçit v etom dolbannom fbe
tolko mne ne nravitsya,
okay okay vse nervniçayutsa
elə də sökürəm rusca yazmıyacam artıq.
bir aksenti yığışdıra bilsəm.
davam edərəm yəqin ölməsəm..
təbii ki, insanları başa düşməmiş mən :/

23:48
04.02.2011

like elə bunu


bu gün mən çox darıxıram
ətrafım sıxır, utanıram bunu deməydən, amma 
like elə bunu!
dünən indi qaçırdım, yıxıldım.
çox pis özdə, 2 əl, 1 ayağ
like elə bunu
sevdim, əl-ələ gəzdim, yoruldum 
bezdim, ayrıldım, bəsdi.
like elə bunu!
həyatım sizdən uzağ, 
antisisteməm mən blin.
like elə bunu!
punk, emo, rok, 
host, rep, reqqi respect
like elə bunu!

PS, bəlkə də həyatım bundan ibarət, 
utanmıram nə gəldi yazıram bu da adət.
dərdimə yanan yox yüz faiz
like eliyənim var, amma
əsas darıxmıram ən tək olanda..
22:47 
04.02.2011

düzdü.


3 saatdı ayağlar durmadan gəzir,
artıq yer belə ayağımı əzir,
bəlkə də yaxında oturmağa var,
gözlərim bayağdan parkda yer gəzir.
nəhayət tapdım, keçdim oturdum. düzdü.
qulağımı da əzən ipod`a cibimdə yer tapdım,
elə onda da belim ağrıdı.
qocalıram dedim birdən özümə,
qocalıram bildim, çoxdan bilirəm. düzdü.
birdən, əlim cibimdə vərəqlə toqquşdu,
ərinmədən o birindən qələmi götürdüm. 
yazmağ ağlıma gəldi, kinolar yadıma düşdü. 
yazmağ qərarına gəldim və yazdım. düzdü :))
22:29 
04.02.2011

2.02.2011

fv


fərq var, sənin beyninlə mənim beynim arasında.
fərq var çox gümanki bunu oxuyanda dərd orasında,
fərq var cibinnən pul tökülən, aclığdan ölənlə
fərq var bunu heçə sayıb susan, sizə deyənlə
utanmazların etdiyi rəqsdən yaranan düşüncə,
undergraund deyə hər səviyyəsizə olan hörmətdə,
bilmirəm cəmiyyətdə yoxsa bizim millətdə,
yaranıb hər düşüy şeyə marağ brendlə, mal arasında.
fərq var boşboğazların xəbər boxçasında,
qiybəti edir utanmır, artığ camaat arxasından,
fərq varmı indi de qoyunla siz arasında?
yoxdusa başını yellə onsuz düzə sallanırda.
çoxsu bizdən dərin məna istiyir anlamıram.
fərqin daha geniş olduğunu deyir heç saymıram.
özü nə bilir edir deyə soruşanda?
mənə cavabda iki hıqqanır, onu anlıyıram. ((:

unkown
02.02.2011