2.20.2011

ağzıma gələnlər - allah bilir neçənci ((:

açdığım bəlkə də 200`cü untitled
yorulmuram bunu etməkdən gələndə həvəs
oxuyursan oxu oxumursansa ged
bunu eşitməkçün lazımdımı bura keçmək
lazım oldu yazıram, istədiyimi hətta
kiminsə zövqünə oynamıram klavlarla
özgəsi deyilsən deyim sənə biraz
istədiyini elə, gözlərdə istəsən qırağ
heç kimnən, heçvaxt qorxmuram brat
onların həyatı uzağı ayağımın altı,
deyiləm koroğlu yoxdu atım qırat
heç lazım deyil silahım qələmdə qaldı.
"ver gülü!" yox, vergülü yazaraq keçəcəm növbəti
gəlməyi, getməyi var bunları bilməli,
harasa qeyd etməli,
hazır text`di bura yazıram sora silməli,
yox elə beləcə təqdim etməli
bunu bilənlər güləcək, qısqanan çevirəcək,
sənsən mənim uğurum deyəcəm sənə..
deyəcəm sənə, bu dəfə mən güləcəm sənə ((:

22:05
20.02.2011