2.25.2011

sadə


Evimizə yağış yağır.
Buz bağlayıb hər yerimiz
Sınıq salxaq bir otaqda
Hədər gedib günlərimiz
Işıq varmı?
Küçələri min bir rəngə boyasaq da
Boz rəngdədi otağımız
Vitrinlərdən bizə baxan manikendi hisslərimiz
Toz bağlayıb silən yoxdu
Artıq ona baxıb gulən yoxdu
Amma yenə də çılpaqdı
Demə ki, biz balacaydıq.
Elə adam tanımıram
Vitrindeki o çilpağa baxıb rişxənd eləməsin.
Rəngli şəhərin qanunudur.
Baxımsız, amma, ondan gözəlləri
Hər görəndə lağa qoyur.
İçden içə paxıllayir
Köks oturub sızıldaylr..
Onun xəbəri yoxdu içindəki gözəllikdən
Bir gün üzə çıxacaq o.
Yüz illiyin qəhqəsi təsir etməz heç həmin gün
Bəlkə o vaxt qeybə çıxar.
Xəbər olmaz bir də ondan.
bilməy də olmaz bu da ondan
bax insan oğlu, çox bəsitdi
işi-gücü, ruhu, özü
fikirləşmək və etməkdi
nəsə düz, hərdənsə səhv
əsas etdiyin öyrənməkdir.
həyat belə qurulub
hər addım - önə getməkdir.
sevinc, kədər və s.`lər
burda sadəcə köməkdir.
bax damlayır son damlalar,
ötən payız dünənindən
tökdüyü yarpağlardır,
bu gün tutub əllərindən
demirəm mən atıl - yorul.
qaç çəmənlik güllərindən
sadəcə hərdən, bax arxaya
vidalaş kədərli günlərindən

by Belatriks (Feride M`Zone), Rafit Monea
22:48 
25.02.2011