4.23.2010

my diaryblog


bu gündən günlərimi bura qeyd edəcəm...
şəxsi həyatım :)
elə-belə günlük kimi... 
kimə marağlıdısa girib oxuyar, şəxsən mənə heç marağlı deyil ;)

The Midnight Meat Train - Gecəyarısı Qatarı



kino kimi, əla çəkilib, effektlər zaddar, marağlıdı.
Mövzuda ki qorxu(sevdiylərimdən), nəyinsə davamçıları, hansısa nəsil-xüsusi nəsil ki, onları qidalandırmağ üçün özləri özlərinə adam tapırlar. 
Onun isə heç bir şey etməyə çarəsi yoxdur, ya dediylərini eləməli ya da ölməlidi..
 Sadə fotoqrafın insan qatilinə çevrilməsi...
"O nə vaxtsa öləcəyini bilirdi. Səni gözləyirdi. Onu öldürdün. Sən də artığ bizdənsən, sakit dur və işini gör!"
P.S məsləhətdi, baxın, amma, sora məni söymüyün =)) 

torrentlə:  http://tfile.ru/forum/viewtopic.php?t=175699

4.22.2010

ver.3

 
blog`da bir neçə dəyişikliklər edəcəm
sadəcə yazı yox, filmlərdən, şəkillərdən, görüntülər və s. bla bla...
sadəcə belə özümə də sıxıcı gəlir. =)

4.12.2010

Das Parfum - Parfumer

...bilmirəm niyə, amma, baxdığım ən gözəl kinodu. Qərarım dəyişənə kimi...
...bir ətirin insanın həyatını necə dəyişəcəyi haqqda...
...baxmıyanlara tövsiyyə edirəm...
DVD almağ istəməyənlər üçün(torrentlə):

3.25.2010

Səni kim sevir?!




Səni öldürüb basdıracağlar. Arxanca tərifliyib səni xatırlayacağlar. Ölümün necədə qəribə, xoşagəlməz, danılmaz olduğunu sənə öyrədəcəylər. Sən isə eyni zamanda həyata daha çox bağlanacağ, onu daha da çox sevəcəysən.

3.20.2010

Biz-Sən-Siz...


Onlar səni səndən ayırmaq üçün, yəni bizdən, siz deyilən şeyi yaradırlar. O sizə daxil olmaq üçün sən onların dediylərini bizə yayırsan. Biz sənə inanıb sizə qoşuluruq.

3.11.2010

Artığ Yorulduğumu Anlar



keçir zaman, keçir anlar,
itirilir ancağ göz yaşlar.
səni sevdiyimi çatdıran mələk,
artığ yorulduğumu anlar.