Salam. Dünya sən niyə fırlanırsan? VAllah lazım deyil. Qoy səhər açılmasın. Gün batmasın. İnsanlar vaxtı bilməsin. Səni də başa düşürəm fırlanmalısan. Əgər öz oxun ətrafında fırlanmasan günəş səni özünə çəkər. Məhv olarsan.=) Amma gör özünü qurban verib neçə-neçə insanların axırına çıxa bilərsən. Sən də insan kimisən sənin də axırın gələcək. gör neçə milyard il yaşamısan e... Sənin də axırın gələcəy o gün...
İntihar elə dayan!!!
belə varlıqları üstündə gəzdirməydənsə... Özün bilərsən. Mənnən sənə məsləhət... Nəisə mən getdim yatmağa sağol... =)))
- Ilk dəfə narkotik maddənin hansı növündən və nə vaxt istifadə etmisiz?
- İlk dəfə 8`ci sinifdə xaş-xaşla başlamışam. Öz aramızda “ot” deyirik. Dərsə getmirdim, avara uşaqlara qoşulub çəkirdik. Eehh yenə o günlər düşdü yadıma.
- Narkotik maddədən ilk istifadə sizə necə təsir etmişdi?
- Pis təsir etsəydi 29 yaşıma qədər istifadə etməzdim.
- Narkotik ahudəçiliyin sonunun erkən ölüm olduğunu hər halda bilirsiz...
- Mən öləcəm, ancaq narkotikdən yox. Çünki həddən artıq və iynədən istifadə etmirəm. Sadəcə, həyatın gözəlliklərini dərk etmək üçün xaş-xaşdan istifadə edirəm.
- Ailə quranda həyat yoldaşınız narkaman olduğunuzu bilirdi?
- Əlbəttə yox. Sonradan öyrəndi. Ancaq mən nəşəli olanda problem çıxartmadığım üçün heç bir söz demədi.
- Narkotik maddə sizə nə verir?
- Özümü xoşbəxt insan hesab edirəm. Arzuladığım, ancaq heç vaxt gerçək olmayan fikirlər, idealar gəlir ağlıma.
- Maraqlıdır, nə fikirdi o elə?
- Xəyallar qururam. Təsəvvür edirəm ki, “Neftçi” “Barcelonaya” 5-0 qalib gəlir.
- İçki də içirsiz?
- Yox əsla.
- Niyə?
- Çünki içki haramdır. Qurani-Kərimdə yazılıb ki, spirtli içkilər haramdır.
- Bəs narkotik haram deyil?
- Yox. Quranda narkotik haramdır yazılmayıb.
- Qurana inanırsan. Bəs cənnət-cəhənnəmə necə?
- Mən indi cənnətdəyəm. Mənim cənnətim narkotikdir.
- Narkaman adı sizə pis təsir etmir?
- Mənə narkaman deməyin xahiş edirəm. Mən narkaman deyiləm, sadəcə, həyatdan zövq alıram.
- Gündə neçə dəfə istifadə edirsiniz?
- 5-6 dəfə
- Çox deyil? Axı, bu, həyat üçün təhlükəlidir.
- Ot nə vaxtdan adam öldürür? Heç nə olmaz. Zövq almaq lazımdır.
- Narkamanlığa görə kimsə sizi alçaldıb?
- Məni kim alçalda bilər? Otdan istifadə edəndə dünya ayağımın altında olur, nəinki insanlar.
Mən yaşıyıram. Ey camaat məni eşidirsiz? Mən yaşıyıram. Mən nəfəs alıram. Siz məni tanıyırsız? Məni tanıyırsız? Eh... Hardan tanıyasız e..? Nəisə Bilin də yəni mən yaşıyıram. Sizin kimi nəfəs alıram. Amma haçansa öləcəm, helə sizin kimi. Öləcəm...
Ölənnən sora mənim ruhum yuxarı uçacağ.Helə sizin ruhunuz kimi. Yuxarıda 2 dənə yər var. Məkan var. Cənnət, cəhənnəm. Mən cənnəti istiyirəm. Sizin kimi. Hələ elə bir adam da qarşıma çıxmıyıb ki, desin ki mən cənnətə istəmirəm. Amma əməldə "heç kim" doğurdan da istəmir... Bəs körpüdən keçəndə hansı üznən cənnət istiyəcəylər. Mən deyirəm qismətdi amma, sükan hamının özündədi. Qorxuram cəhənnəmdən. Birdən deyirəm ora düşdüm. Orda mənə zülüm edəcəylər. Cəhənnəm zülmünü. Sonra da fikirləşirəm ki, əgər ora düşmüşəmsə deməli oranı özüm haqq etmişəm. Öz əməllərimlə qazanmışam. O mənim kimi olan insanlar da, elə mənim kimi etsələr, onlar da ora gedəcəylər. Çünkü onlarda mənim kimidirlər. Belə baxanda pis yaşamağa nə var? Yenə qayıddığ pis yaxşı məsələsinə. Düzəlin də. Pis əməldən uzaqlaşmaq, özü yaxşı əmələ yaxınlaşmaq kimidir...
P.S Özüvü dəyiş! Bəsdir day, Allahına sığın! Qiyamətə az qalıb. Sonuna az qalıb...