11.10.2009

Narkamanla müsahibə...



- Ilk dəfə narkotik maddənin hansı növündən və nə vaxt istifadə etmisiz?
- İlk dəfə 8`ci sinifdə xaş-xaşla başlamışam. Öz aramızda “ot” deyirik. Dərsə getmirdim, avara uşaqlara qoşulub çəkirdik. Eehh yenə o günlər düşdü yadıma.
- Narkotik maddədən ilk istifadə sizə necə təsir etmişdi?
- Pis təsir etsəydi 29 yaşıma qədər istifadə etməzdim.
- Narkotik ahudəçiliyin sonunun erkən ölüm olduğunu hər halda bilirsiz...
- Mən öləcəm, ancaq narkotikdən yox. Çünki həddən artıq və iynədən istifadə etmirəm. Sadəcə, həyatın gözəlliklərini dərk etmək üçün xaş-xaşdan istifadə edirəm.
- Ailə quranda həyat yoldaşınız narkaman olduğunuzu bilirdi?
- Əlbəttə yox. Sonradan öyrəndi. Ancaq mən nəşəli olanda problem çıxartmadığım üçün heç bir söz demədi.
- Narkotik maddə sizə nə verir?
- Özümü xoşbəxt insan hesab edirəm. Arzuladığım, ancaq heç vaxt gerçək olmayan fikirlər, idealar gəlir ağlıma.
- Maraqlıdır, nə fikirdi o elə?
- Xəyallar qururam. Təsəvvür edirəm ki, “Neftçi” “Barcelonaya” 5-0 qalib gəlir.
- İçki də içirsiz?
- Yox əsla.
- Niyə?
- Çünki içki haramdır. Qurani-Kərimdə yazılıb ki, spirtli içkilər haramdır.
- Bəs narkotik haram deyil?
- Yox. Quranda narkotik haramdır yazılmayıb.
- Qurana inanırsan. Bəs cənnət-cəhənnəmə necə?
- Mən indi cənnətdəyəm. Mənim cənnətim narkotikdir.
- Narkaman adı sizə pis təsir etmir?
- Mənə narkaman deməyin xahiş edirəm. Mən narkaman deyiləm, sadəcə, həyatdan zövq alıram.
- Gündə neçə dəfə istifadə edirsiniz?
- 5-6 dəfə
- Çox deyil? Axı, bu, həyat üçün təhlükəlidir.
- Ot nə vaxtdan adam öldürür? Heç nə olmaz. Zövq almaq lazımdır.
- Narkamanlığa görə kimsə sizi alçaldıb?
- Məni kim alçalda bilər? Otdan istifadə edəndə dünya ayağımın altında olur, nəinki insanlar.
- Nə vaxtsa bu vərdişi buraxmaq fikriniz var?
- İstəsəm sabah ataram.
- Axı narkotiki buraxmaq çətin olur.
- Güclü iradəsi olan buraxa bilər...
Mənbə: Yeni Müsavat qəzeti