11.07.2009

Özüvü dəyiş...

Mən yaşıyıram. Ey camaat məni eşidirsiz? Mən yaşıyıram. Mən nəfəs alıram. Siz məni tanıyırsız? Məni tanıyırsız? Eh... Hardan tanıyasız e..?
Nəisə
Bilin də yəni mən yaşıyıram. Sizin kimi nəfəs alıram. Amma haçansa öləcəm, helə sizin kimi. Öləcəm...

Ölənnən sora mənim ruhum yuxarı uçacağ.Helə sizin ruhunuz kimi. Yuxarıda 2 dənə yər var. Məkan var. Cənnət, cəhənnəm.
Mən cənnəti istiyirəm. Sizin kimi. Hələ elə bir adam da qarşıma çıxmıyıb ki, desin ki mən cənnətə istəmirəm.
Amma əməldə "heç kim" doğurdan da istəmir...
Bəs körpüdən keçəndə hansı üznən cənnət istiyəcəylər. Mən deyirəm qismətdi amma, sükan hamının özündədi.
Qorxuram cəhənnəmdən. Birdən deyirəm ora düşdüm. Orda mənə zülüm edəcəylər. Cəhənnəm zülmünü. Sonra da fikirləşirəm ki, əgər ora düşmüşəmsə deməli oranı özüm haqq etmişəm. Öz əməllərimlə qazanmışam.
O mənim kimi olan insanlar da, elə mənim kimi etsələr, onlar da ora gedəcəylər. Çünkü onlarda mənim kimidirlər. Belə baxanda pis yaşamağa nə var? Yenə qayıddığ pis yaxşı məsələsinə. Düzəlin də.
Pis əməldən uzaqlaşmaq, özü yaxşı əmələ yaxınlaşmaq kimidir...

P.S Özüvü dəyiş! Bəsdir day, Allahına sığın! Qiyamətə az qalıb. Sonuna az qalıb...
by Rafit
07.11.09