11.04.2009

Kukla...

Gəl bura! Saçlarını darıyım. Paltarını düzəldim. Yox bu pisdi sənə, ağ köynək,qara pencək almışam. Daha səliqəli, daha şux. Sənə təzə ayaqqabı almışam. Bax gör necə parıldayır? Səliqəli. Bu partfeli də götür əlinə, sənədləri qoymaq üçün. Dayan! Bu qalstuku da tax! Əla. Sıxsa biraz boşaldarsan!
by Rafit
04.11.09